Altı gün qaldı...
02.08.2025 [10:17]
Donald Trampın Rusiyaya xəbərdarlığı nəticə verəcəkmi?
ABŞ-ın Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına yönəlik təşəbbüslərinin heç bir nəticəsi yoxdur. Halbuki Donald Tramp hələ seçki kampaniyası zamanı prezident seçiləcəyi təqdirdə müharibəni “24 saat ərzində dayandıracağını” vəd etmişdi. Dövlət başçısı seçildikdən sonra, münaqişənin nizamlanması üçün Vaşinqton tərəfindən bir sıra görüş və tədbirlər təşkil edilsə də, prosesdə nəticə yoxdur. Bu səbəbdən də, Tramp bu məsələdə nikbin görünmür.
Rusiya Ukraynaya hücumları gücləndirib
Əslində, son vaxtlar D.Tramp münaqişə ilə əlaqədar Rusiyadan narazılığını ifadə edir. Bu isə o deməkdir ki, ABŞ Prezidentinin sülh təşəbbüslərinin reallaşmasına başlıca maneə Moskvanın mövqeyidir. Bütün bunların fonunda Donald Tramp hələ iyulun 14-də Rusiya ilə bağlı ciddi bəyanatla çıxış edəcəyini bəyan etmişdi. Və o, iyulun 14-də NATO-nun Baş katibi Mark Rutte ilə Oval kabinetdə keçirilən görüşdə Ukrayna ilə müharibənin 50 gün ərzində dayandırılmasına dair razılıq əldə olunmasa, Rusiyanı tariflərlə cəzalandıracağını demişdi. Sonra o, bu möhləti 10-12 günədək əvəzlədi. ABŞ Prezidenti, həmçinin Rusiyanı ciddi sanksiyalarla hədələmişdi.
Lakin Trampın xəbərdarlıqlarına baxmayaraq, Rusiya Ukraynaya qarşı işğal siyasətini davam etdirir. Son günlər Ukraynanın bir sıra yaşayış məntəqələri qəsb olunub, iri şəhərlər isə raket hücumlarına məruz qalır. İyulun 31-də gecə saatlarında Rusiya ordusu kütləvi hücuma keçib. Ruslar 309 hücum pilotsuz uçuş aparatı və səkkiz ədəd “İsgəndər-K” qanadlı raketindən istifadə ediblər. Düşmənin budəfəki əsas hədəfi paytaxt Kiyev olub. Hücum nəticəsində şəhərin müxtəlif ərazilərində onlarla dağıntı qeydə alınıb, yaşayış binaları dağılıb. Hücum nəticəsində 200 nəfərə yaxın yaralı var, ölənlərin sayı isə 30 nəfərdən çoxdur. Qurbanlar arasında azyaşlı uşaqlar da var.
Tramp: Rusiyanın etdikləri iyrəncdir
Rusiyanın bu hücumu ABŞ Prezidentini qəzəbləndirib. Belə ki, o, avqustun 8-dək Ukraynaya qarşı müharibənin dayandırılması ilə bağlı razılığın əldə olunmayacağı təqdirdə Rusiyanı sanksiyalarla hədələyib. Rusiya ordusunun Kiyevə kütləvi hücumunun nəticələrini şərh edən Tramp Kremlin hərəkətlərini kəskin tənqid edib: “Rusiyanın etdikləri iyrəncdir”. ABŞ lideri, həmçinin qeyd edib ki, o, sanksiyaların Rusiya Prezidenti Vladimir Putini çəkindirə biləcəyinə hələ əmin deyil, lakin Vaşinqton hər halda onları tətbiq etmək niyyətindədir. “Biz sanksiyalar tətbiq etməyə hazırlaşırıq - bilmirəm, o (Putin - red.) sanksiyalardan narahatdır, ya yox. Onların sanksiyalardan xəbəri var. Mən sanksiyalar və tariflər haqqında hamıdan çox bilirəm. Bunun effekti olub-olmayacağını bilmirəm, amma biz bunu edəcəyik”, - deyə ABŞ prezidenti vurğulayıb.
D.Tramp xüsusi elçi Stiv Uitkoffun yaxın günlərdə Rusiyaya səfər edəcəyini də deyib. Səfər xüsusi elçinin İsrailə səfərindən sonra baş tutacaq. Ziyarət ABŞ-ın Ukrayna ilə münaqişəyə son qoyması üçün Rusiyaya verdiyi vaxtın bitdiyi ərəfəyə təsadüf edir.
ABŞ Rusiyaya qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi imkanını da araşdırır. Nəzərdə tutulur ki, Rusiyadan məhsullar alan ölkələrə sanksiyalar tətbiq edilsin. Belə olan halda, Rusiyanın gəlirləri xeyli dərəcədə azala bilər. Tramp Moskvanın Kiyevlə sülh sazişinə nail olmayacağı təqdirdə Rusiyadan neft alan ölkələrə 100 faizlik rüsumlar tətbiq etməklə hədələyib. ABŞ liderinin bu xəbərdarlığından sonra Hindistanın dövlət neft emalı zavodları Rusiya neftinin alışını dayandırıb. Dünyanın üçüncü ən böyük neft idxalçısı olan Hindistan Rusiya neftinin dəniz yolu ilə ən böyük alıcısıdır. Lakin artıq “Indian Oil Corp”, “Hindustan Petroleum Corp”, “Bharat Petroleum Corp” və “Mangalore Refinery Petrochemical Ltd” dövlət neft emalı zavodları Rusiyadan neft alışını dayandırıb. Bu zavodlar Rusiya neftini əsasən Yaxın Şərq nefti ilə əvəzləyib.
Kiyevə yeni silahlar veriləcək
Rusiyaya qarşı sanksiyalardan əlavə, Vaşinqton Kiyevi silahlandırmağa davam edəcək. Artıq ABŞ Konqresinin Senatına Ukraynaya 54,6 milyard dollar məbləğində əlavə yardım ayrılması barədə qanun layihəsi təqdim edilib. Bu barədə yuxarı qurumun Xarici İşlər Komitəsinin məlumatında deyilir. Qanun layihəsinin müəllifləri komitənin üzvləri demokrat Cinn Şahin (Nyu-Hempşir ştatı) və respublikaçı Lisa Murkovskidir (Alyaska ştatı). Layihəyə görə, 55 milyard dollara yaxın yardım Ukraynaya 2026-cı (1 oktyabr 2025-ci ildə başlayacaq) və 2027-ci maliyyə illəri ərzində verilməlidir.
Qanun layihəsi Ukraynaya birbaşa hərbi yardımın, habelə ABŞ-ın hərbi-sənaye sektoruna investisiyaların ayrılmasını nəzərdə tutur. Bundan əlavə, onun müəllifləri Ukraynaya yardım üçün ABŞ-d dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirdən istifadəni təklif edirlər. Senatorlar Ukraynaya hərbi yardım üçün 30 milyard dollar ayırmağı, xarici ölkələrə Amerika silahlarının alınması üçün qrant və kreditlərin verilməsini nəzərdə tutan “Foreign Military Financing” mexanizmi çərçivəsində Kiyevə 3 milyard dollar verməyi nəzərdə tuturlar.
Bundan əlavə, ABŞ Müdafiə Nazirliyi ölkənin böyük silah istehsalçısı olan “RTX Corporation”ın törəmə bölməsi “Raytheon” şirkəti ilə Ukrayna və bir sıra digər ölkələrə hava-hava sinfinə aid AMRAAM (Advanced Medium-Range Air-to-Air Missile) aviasiya raketlərinin verilməsi haqqında müqavilə bağlayıb. Bu barədə nazirliyin məlumatında deyilir: “Raytheon Technologies Corp.”un bölməsi olan “Raytheon” şirkəti 3,5 milyard dollardan çox olmayan məbləğdə qeyri-müəyyən müddətli müqavilə bağlayıb”. Pentaqon AMRAAM raketlərinin, AMRAAM telemetrik sisteminin istehsalının, həmçinin istehsala texniki dəstək üzrə digər tədbirlərin nəzərdə tutulduğunu bildirib.
Bütün bunlar ABŞ-ın Rusiyaya təzyiqlərinin göstəricisidir. Son 6 gün ərzində Moskva Vaşinqtonun atəşkəs təklifini qəbul etməsə, ciddi təzyiqlərlə üzləşəcək. Hər halda, Trampın bəyanatları bunu deməyə əsas verir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16

