ABŞ Ukraynaya hərbi yardım paketi ayırdı
19.09.2025 [09:41]
Məqsəd Rusiyanı hədəfinə çatmağa imkan verməməkdir
Ukrayna ordusu daha müasir ABŞ silahları ilə təmin olunacaq. Belə ki, “Reuters” agentliyi öz mənbələrinə istinadən qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynaya avropalı müttəfiqlər tərəfindən ödənilən ilk hərbi yardım paketini təsdiqləyib. Agentliyin məlumatına görə, bu yardım paketi Ukrayna ordusunu həm müdafiə, həm də hücum xarakterli yeni effektiv silahlarla təzcih etmək üçün nəzərdə tutulub. Qeyd edək ki, iyul ayında Tramp bəyan etmişdi ki, ABŞ və Avropa ölkələri Ukraynaya hərbi yardımın göstərilməsi üçün yeni sxem üzrə razılığa gəliblər - o, vurğulayıb ki, Amerika silahlarının yeni tədarükü Aİ ölkələri tərəfindən ödəniləcək.
Ekspertlərin fikrincə, Tramp administrasiyasının Ukraynaya hərbi yardım paketini təsdiqləməsi onu deməyə əsas verir ki, Vaşinqton NATO-dakı avropalı müttəfiqləri ilə bərabər Rusiyaya qarşı vahid cəhbədə birləşmək qərarına gəlib - Ağ Evin əsas hədəfi dolayı yolla Ukraynanın silahlandırılmasını sürətləndirməklə cəbhədə hazırkı vəziyyəti Rusiyanın əleyhinə çevirmək, rus ordusunu daha ağır və acınacaqlı duruma salmaq - nəticə etibarı ilə Moskvanı cəzalandırmaqdır.
Məsələ ilə bağlı politoloq Məhəmməd Əsədullazadə “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Ağ Ev Moskvanın davranışlarından məmnun deyil.
“Bu ilin fevralından etibarən ABŞ ilə Rusiya arasında aparılan danışıqlarda, xüsusilə də avqustun 16-da Alyaskada baş tutan Tramp-Putin görüşündə heç bir müsbət nəticə əldə olunmadı. Tramp Putini bir çox məsələlərdə razı sala bilmir. Kremlin rəhbəri nə danışıqlar masasına oturmaq, nə də Ukraynada müharibəni dayandırmaq istəyir - belə demək mümkünsə, Rusiya rəhbərliyi Ukraynada öz hədəflərinə nail olmaqda israrlıdır. Moskva Ukraynanın bütün cənub-şərq ərazilərini öz nəzarəti altına almaq, rəsmi Kiyevə NATO-ya üzv olmağa imkan verməmək və Şərqi Avropada öz geosiyasi maraqlarını həyata keçirmək, ən əsası da fövqəl güc mərkəzi olmaq məqsədi güdür. Bu, Qərb üçün qətiyyən qəbuledilməzdir. Bugünlər Belarusda aparılan genişmiqyaslı “ZAPAD-2025” hərbi təlimlərinə nəzər yetirsək, başa düşərik ki, Kreml Ukraynada müharibəni öz hədəflərinə nail olana qədər davam etdirməkdə maraqlıdır,” - deyə M.Əsədullazadə bildirib ki, artıq Rusiya NATO-ya üzv olan ölkələrə də təhdid edir; “Rusiya Polşa və Ruminiyada dronlar vasitəsilə hərbi kəşfiyyat uçuşları həyata keçirir - məqsəd də NATO-nun hava hücumundan müdafiə sistemlərinin dayanıqlığını yoxlamaqdır. Həm ABŞ, həm də Avropa ölkələri bunun fərqindədirlər, yəni vəziyyət təhlükəli xarakter almağa başlayıb. Başa düşürlər ki, NATO Rusiyaya qarşı konkret addımlar atmalıdır. Hazırda ABŞ Avropadakı müttəfiqləri ilə Rusiyaya qarşı birgə tədbirlər barədə müzakirələr aparır. Doğrudur, Tramp bu yaxınlarda bəyan edib ki, ilk növbədə Avropa ölkələri bu istiqamətdə addım atmalıdır, xüsusilə də Rusiyadan neft idxalını dayandırmalıdır, ondan sonra Ağ Ev birgə sanksiyaları nəzərdən keçirə bilər. Putinin Ukraynada apardığı siyasət ABŞ və Avropanı bir-birinə daha da yaxınlaşdırır”. Ekspert əlavə edib ki, ABŞ-ın hazırki administrasiyası tərəfindən Ukraynaya hərbi yardım paketinin ayrılması bir sıra siyasi məqsədlərə söykənib. “Təbii ki, Avropa ölkələri ABŞ-dan bir milyard dollar dəyərində olan hücum xarakterli silahları alacaq, sonra isə bu silahları Ukraynaya ötürəcək. Hər ikisinin əsas məqsədi Rusiyanı daha ağır təzyiqlər altına qoymaq, rus ordusunun itkilərini çoxaltmaq və Moskvanı danışıqlar masasına oturmağa məcbur etməkdir”.
Yunis ABDULLAYEV
Xəbər lenti
Hamısına baxSiyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12
Sosial
29 Sentyabr 11:10
Elanlar
29 Sentyabr 11:09
Siyasət
29 Sentyabr 10:58
İqtisadiyyat
29 Sentyabr 10:50
Elanlar
29 Sentyabr 10:35
Hadisə
29 Sentyabr 10:30
Sosial
29 Sentyabr 10:27
Dünya
29 Sentyabr 10:25
Gündəm
29 Sentyabr 10:24
Dünya
29 Sentyabr 10:22
İqtisadiyyat
29 Sentyabr 10:18
İqtisadiyyat
29 Sentyabr 10:17
Analitik
29 Sentyabr 09:45
Analitik
29 Sentyabr 09:17
Sosial
29 Sentyabr 08:50
Turizm
29 Sentyabr 08:34
İqtisadiyyat
28 Sentyabr 23:35
Dünya
28 Sentyabr 23:12
Elm
28 Sentyabr 22:40
Dünya
28 Sentyabr 22:18
Dünya
28 Sentyabr 21:56
Dünya
28 Sentyabr 21:29
Dünya
28 Sentyabr 20:45
Dünya
28 Sentyabr 20:32
Dünya
28 Sentyabr 20:17
Dünya
28 Sentyabr 19:50
Dünya
28 Sentyabr 19:24

