İran - Qərb bloku: Çatlar dərinləşir
14.10.2025 [09:13]
ABŞ və İsrail tərəfindən İrana qarşı həyata keçirilən 12 günlük müharibədən sonra qonşu ölkənin nüvə proqramı ətrafında gərginlik yenidən artıb. Bugünlərdə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran hakimiyyəti sanksiyaların bərpası fonunda “Avropa üçlüyü” ölkələri (Böyük Britaniya, Almaniya və Fransa) ilə İranın nüvə probleminə dair danışıqları bərpa etmək üçün heç bir səbəb görmür. “İran üç Avropa dövləti ilə danışıqların bərpası üçün heç bir səbəb görmür və münasibətlərini yalnız milli maraqlar və müstəqil siyasətlər əsasında qurur”, - deyə Abbas Əraqçi vurğulayıb.
İranın XİN rəsmisinin bu bəyanatı Tehranla Brüssel və bütövlükdə Qərb bloku arasında körpülərin yandırılması anlamına gəlir. Bəs buna səbəb nədir? Niyə 12 günlük müharibədən sonra İranın nüvə proqramı ilə bağlı başlanan danışıqlar yenidən dalana dirənib?
Uğursuzluqla nəticələnən nüvə danışıqları
Sualların cavabı olaraq bildirmək yerinə düşər ki, BMT və Amerika Birləşmiş Ştatları (ABŞ) başda olmaqla Qərb bloku rəsmi Tehrana nüvə silahı əldə etmək imkanını birmənalı şəkildə tanımır. 12 günlük müharibəyədək qonşu ölkənin uranın zənginləşdirlməsində əhəmiyyətli irəliləyişə nail olduğu bildirilirdi. Vurğulanırdı ki, İranda zənginləşdirilmiş uran bir neçə nüvə başlığı hazırlamaq üçün kifayətdir. 12 günlük müharibə də məhz İranın nüvə obyektlərini sıradan çıxarmağa hesablanmışdı. Lakin ABŞ qısamüddətli müharibədə İranın nüvə arsenalını sıradan çıxartmaq hədəfinə çatdığını bildirsə, bunu təsdiqləyəcək konkret faktlar təqdim etmədi. Hərçənd ki, beynəlxalq ictimaiyyət bu xüsusda suallar ünvanlamaqda tam haqlıdır. Eyni zamanda, İran rəsmilərindən gələn açıqlamalar da 12 günlük müharibənin səmərəliliyinə şübhələri artırır.
Beləliklə, qısamüddətli müharibədən sonra İranın nüvə proqramı ilə bağlı danışıqların rəvan gedəcəyi və yekdil razılaşmanın əldə olunacağı gözlənilsə də, bu, baş vermədi. Danışıqlar həm Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA), həm də ABŞ müstəvisində uğursuzluğa düçar olub. Xatırladaq ki, 2025-ci ildə İran-ABŞ nüvə danışıqlarının beş raundu heç bir razılaşma olmadan başa çatıb. Artıq Tehran BAEA ilə də əməkdaşlığa rəsmi şəkildə xitam verib. Rəsmi Tehran bunun Qərbin “ədalətsiz və birtərəfli addımları” ilə bağlı olduğunu bildirir. Söhbət İranla BAEA arasında Misirdə əldə olunmuş razılaşmanın dayandırılmasından gedir. İranın Ali Milli Təhlükəsizlik Şurası müvafiq qərarı BMT-də Tehrana qarşı sanksiyalara dair səsvermə fonunda sentyabrın son günlərində verib. Qərarla bağlı verilən bəyanatda qeyd olunub ki, Xarici İşlər Nazirliyinin agentliklə əməkdaşlığına və böhranın həlli ilə bağlı təklif olunan planlara baxmayaraq, Avropa ölkələrinin hərəkətləri səbəbindən BAEA ilə qarşılıqlı fəaliyyət dayandırılacaq.
Geri qayıdan sanksiyalar
Nəticədə, İrana qarşı sanksiyalar yenidən gündəmə gəlib. BMT məlum dinləmələrdən sonra İrana qarşı genişmiqyaslı sanksiyaları son 10 ildə ilk dəfə olaraq bərpa edib. Bura Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi silah embarqosu və digər sanksiyalar daxildir. Sanksiyalar İranın nüvə və ballistik raket proqramları ilə bağlı əməliyyatları qadağan edir. Eyni zamanda, İran neftinin ixrac həcminə məhdudiyyət tətbiq olunur.
Paralel şəkildə, ABŞ Maliyyə Nazirliyi İran neftinin və mayeləşdirilmiş təbii qazının (LNG) satışı və nəqli ilə məşğul olan 50-dən çox fiziki və hüquqi şəxsə, eləcə də gəmilərə məhdudiyyətlər tətbiq edərək İrana qarşı sanksiyaları genişləndirib. Verilən məlumata görə, bu qurumlar milyardlarla dollar dəyərində neft və neft məhsullarının ixracına şərait yaradıb, İrana xeyli gəlir gətiriblər və ABŞ üçün təhlükə yaradan terror qruplaşmalarına dəstək veriblər. Sanksiyalar İran LNG-sinin satışından əldə edilən yüz milyonlarla dolların dövriyyəsini təmin edən şəbəkəni, iyirmiyə yaxın “kölgə” gəmisinin istismarını, Çində neft terminalını və digər fəaliyyətlərə yönəlib.
Bu, Tramp administrasiyasının İran neftini almağa davam edən Çin neftayırma zavodlarını hədəf aldığı dördüncü sanksiyalar paketidir. Yeni tədbirlər iyul və avqust aylarında İran neftinin ixracında əsas vasitəçiləri hədəf alan sanksiyaları tamamlayır.
İrana qarşı sanksiyalar həmçinin Avropa İttifaqından (Aİ) gəlib. Belə ki, Avropa İttifaqı Şurası İrana qarşı 2015-ci ildə dayandırılmış bir sıra sanksiyaların sentyabrın 29-dan qismən bərpasına qərar verib. Bu təşəbbüs isə “Avropa üçlüyü” dövlətlərindən gəlib. “Bu gün Avropa İttifaqı Şurası, 2015-ci ildə Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) qüvvəyə minməsindən sonra dayandırılmış, İranın nüvə fəaliyyətləri ilə bağlı bir sıra məhdudlaşdırıcı tədbirlərin bərpasına razılıq verib”, - deyə qurumun yaydığı bəyanatda bildirilir.
Xatırladaq ki, 2015-ci ildə İran ilə “altılıq” (ABŞ, BMT TŞ-nin daimi üzvləri və Almaniya) arasında imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində, Tehran nüvə proqramını məhdudlaşdırmağı, əvəzində isə ona qarşı tətbiq olunan sanksiyaların aradan qaldırılmasını öhdəsinə götürmüşdü. ABŞ 2018-ci ildə birtərəfli qaydada razılaşmadan çıxıb. İndi isə razılaşmada yer alan digər dövlətlər də İrana münasibətdə sanksiyaların geri qayıtmasına “hə” deyiblər.
İranı qarşıdakı dövrdə çətin sınaq gözləyir. Təzyiqlərin əsas məqsədi Tehranı nüvə proqramı ilə bağlı onun qarşısına qoyulan şərtləri yerinə yetirməyə məcbur etməkdir. Qonşu ölkənin çətin sınaqdan necə çıxacağını isə zaman göstərəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

