20-ci sanksiya paketinə doğru...
18.12.2025 [09:55]
Rusiya-Ukrayna münahirbəsində diplomatik təşəbbüslərin artdığı vaxtda cəbhə xəttində döyüşlər də güclənir. Rusiya qoşunları diplomatik masada üstünlüyünü qorumaq üçün daha çox ərazi ələ keçirməyə çalışır. Belə bir şəraitdə Kiyev və müttəfiqləri hucumların miqyasını azaltmaq və Rusiyanı zəiflətmək üçün müxtəlif təşəbbüslər göstərir. Belə təşəbbüslərdən biri də Rusiyaya qarşı sanksiyaları daha da genişləndirməkdir.
Yeri gəlmişkən, bugünlərdə Avropa İttifaqı (Aİ) Rusiyanın hibrid fəaliyyətləri, o cümlədən informasiya manipulyasiyaları və müdaxilələri, Aİ-yə üzv dövlətlərə və tərəfdaşlarına qarşı kiber fəaliyyətləri nəzərə alaraq əlavə 12 şəxsə və 2 təşkilata məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Siyahıya Kremlin siyasət və informasiya aparatına yaxın və ya ona bağlı institutlarda, düşüncə mərkəzlərində və universitetlərdə fəaliyyət göstərən tanınmış xarici siyasət analitikləri, həmçinin Ukraynaya müdaxilə, anti-Ukrayna və anti-NATO təbliğatını, eləcə də Rusiyanın təbliğatı və sui-qəsd nəzəriyyələrini yaymaqla məşğul olan şəxslər və təşkilatlar salınıb. Onların arasında keçmiş hərbçilər və polis əməkdaşları da var.
700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib
Bundan əlavə, Avropa İttifaqı Rusiya ilə bağlı sanksiya siyahılarına daha 40 gəmi daxil etmək niyyətindədir. Bunu Aİ-nin ali nümayəndəsi Kaya Kallas bəyan edib. “Biz kölgə donanmasındakı gəmilərlə bağlı qərar qəbul edəcəyik. Söhbət 40 gəmidən və sanksiyalardan yayınmağa kömək edən şəxslərdən gedir”, - deyə K.Kallas bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski isə teleqram kanalında yazıb ki, ümumilikdə Rusiyanın müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi 700 gəmiyə qarşı sanksiyalar qüvvəyə minib: “Rusiya donanmasının sanksiyalara məruz qalan gəmiləri neft və başqa enerji resursları daşıyır və müharibəninin uzadılması üçün pul verir. Bu, Rusiyanın kölgə donanmasına qarşı ən böyük sanksiyalar paketidir. Təkcə Rusiya bayrağı yox, digər dövlətlərin bayraqları dalğalanan gəmilər də məhdudiyyətlərə məruz qalıb”. Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 656 gəmiyə qarşı sanksiya tətbiqi əks olunan qərarının qüvvəyə minməsi üçün sərəncam da imzalayıb. Sanksiyalar altında olan gəmilər 50-dən çox ölkənin bayraqları ilə hərəkət edib. Daha çox Qambiya, Syerra-Leone, Panama və Kamerunun bayraqları istifadə olunub. Ukrayna Prezidentinin sözlərinə görə, Kiyev bu sanksiyalarla bağlı müttəfiqləri ilə birgə iş görəcək.
2027-ci il yanvarın 1-dən...
Ukraynanın tərəfdaşları Rusiyaya qarşı sanksiyaları daha da genişləndirmək üçün əməkdaşlığı davam etdirirlər. Bu yaxınlarda Kiyevdə ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri də daxil olmaqla 21 dövlətin nümayəndələrinin iştirakı ilə ilk “sanksiyalar” sammitinin keçirilməsi də bunun göstəricisidir. Sammitin nəticəsi olaraq beynəlxalq sanksiya koalisiyasının gücləndirilməsi üzrə əlavə planın hazırlanacağı, həmçinin Aİ-nin 20-ci sanksiya paketinə dair təkliflərin formalaşdırılacağı nəzərdə tutulur.
Xatırladaq ki, Avropa İttifaqına üzv ölkələr Rusiyaya qarşı sonuncu - 19-cu sanksiyalar paketini oktyabr ayında qəbul ediblər. Bu istiqamətdə işlərə hələ iyul ayında - 18-ci sanksiyalar paketi təsdiqləndikdən dərhal sonra başlanmışdı. O zaman Avropa İttifaqı “yarımçıq tədbirlərlə kifayətlənməyəcəyini” bəyan etmişdi. 19-cu sanksiyalar paketinin qəbulu isə asan olmayıb. Çünki Aİ daxilində həmin məhdudlaşdırıcı tədbirlərin qəbul olunmasına bir sıra müqavimətlər var idi. Narazılar hesab edirdilər ki, bu sanksiyalar Aİ ölkələrinə də mənfi təsir göstərə bilər. Buna baxmayaraq, ittifaq daxilində konsesusa gəlmək mümkün olub. Avropa İttifaqının 19-cu sanksiyalar paketi üzv ölkələrə Rusiyadan maye qaz idxalını qadağan edir. Bu sanksiyalar paketi, həmçinin Rusiya diplomatlarının Avropa İttifaqı ölkələri ərazisində hərəkətinə məhdudiyyətlərin tətbiqini də ehtiva edir. Qadağanın mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur. Qısamüddətli müqavilələr üçün 6 aylıq keçid dövrü müəyyən edilib. Uzunmüddətli müqavilələr üzrə qadağa isə 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
Sanksiya siyahısına “kölgə donanması”nın daha 117 tankeri daxil edilib, bununla da sanksiya altında olan gəmilərin ümumi sayı 558-ə çatır. “Maliyyə” blokuna qarşı məhdudlaşdırıcı tədbirlər aşağıdakıları əhatə edir: Rusiya tərəfindən istifadə olunan təyyarə və gəmilərin üçüncü ölkəyə satıldıqdan sonra ilk 5 il ərzində sığortalanmasının qadağan edilməsi; beş Rusiya bankı ilə əməliyyatlara tam qadağa qoyulması və elektron ödəniş sistemlərinə, xüsusilə “Mir” sisteminə mövcud qadağanın, eləcə də Belarus və Qazaxıstandakı daha dörd banka qarşı sanksiyaların genişləndirilməsi. Bundan başqa, Avropa operatorlarının Rusiyada turizmlə bağlı xidmətlər göstərməsinə qadağa qoyulacaq.
Aİ Ukraynanın bərpası xərclərini təkbaşına ödəyə biləcəkmi?
Bu arada Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcəyi və bu işə özəl sektoru cəlb etməli olacağını bəyan edib. Bunu Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə çıxış edərkən deyib. “Hazırda Ukrayna üçün maliyyələşdirmə ilə bağlı razılaşma prosesindəyik. Lakin Ukraynanın bərpası özəl vəsaitlər cəlb edilmədən və özəl şirkətlər olmadan mümkün deyil. Özəl şirkətlərin Ukraynaya sərmayə yatırması və yenidənqurma işlərində iştirakı üçün təhlükəsiz investisiya mühiti və hüquqi müəyyənlik lazımdır. Korrupsiyaya qarşı mübarizə tədbirləri məhz bu məqsədlə aparılmalıdır”, - deyə Marta Kos Ukraynadakı korrupsiya qalmaqallarını şərh edərkən bildirib.
Qeyd edək ki, dekabrın 18-19-də keçiriləcək sammitdə Avropa İttifaqı liderləri 2026-2027-ci illərdə Rusiya aktivlərinin ekspropriasiyası yolu ilə Ukraynaya təzminat kreditini razılaşdırmaq niyyətindədirlər. Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin dekabrın 3-də elan etdiyi plana əsasən, Brüssel 2026-2027-ci illərdə Ukraynanın cari hərbi xərclərini və ya sülh bağlanacağı təqdirdə ordusunun yenidən qurulmasını Rusiyanın ekspropriasiya edilmiş 210 milyard avroluq aktivləri hesabına ödəmək niyyətindədir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04
Dünya
02 Avqust 23:37
Hadisə
02 Avqust 22:20
İdman
02 Avqust 21:32
Sosial
02 Avqust 20:19
Hadisə
02 Avqust 19:17
Dünya
02 Avqust 18:22
Dünya
02 Avqust 17:35
Hadisə
02 Avqust 16:19
Hadisə
02 Avqust 15:53
Dünya
02 Avqust 14:28
Dünya
02 Avqust 13:40
Ədəbiyyat
02 Avqust 12:36
Dünya
02 Avqust 12:16
Ədəbiyyat
02 Avqust 11:59
Siyasət
02 Avqust 11:46
Siyasət
02 Avqust 11:42
Dünya
02 Avqust 11:34
Dünya
02 Avqust 10:12
Dünya
02 Avqust 09:18
Dünya
02 Avqust 08:59
Dünya
01 Avqust 23:18
Dünya
01 Avqust 22:45
Xəbər lenti
01 Avqust 22:12
Ədəbiyyat
01 Avqust 21:31
Siyasət
01 Avqust 20:15
Maraqlı
01 Avqust 19:17
Dünya
01 Avqust 18:21
Dünya
01 Avqust 17:35
Dünya
01 Avqust 16:40
Dünya
01 Avqust 16:18
Hadisə
01 Avqust 15:59
Dünya
01 Avqust 15:23
İdman
01 Avqust 14:40
Ədəbiyyat
01 Avqust 14:32
Gündəm
01 Avqust 14:32
Dünya
01 Avqust 14:31
Siyasət
01 Avqust 14:12
Dünya
01 Avqust 13:19
Dünya
01 Avqust 12:50
Gündəm
01 Avqust 12:25
Sosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59

