Ukrayna təhlükəsizlik zəmanəti tələb edir
27.01.2026 [10:14]
Rusiya-Ukrayna müharibəsi ilə bağlı sülh prosesi beynəlxalq müstəvidə əsas müzakirələrdən biridir. ABŞ Ukraynanın ərazi güzəştlərinə getməsinə çalışsa da, Kiyev buna hələ də müqavimət göstərməkdədir. Hazırda danışıqların əsas mövzusu Ukraynanın təhlükəsizlik təminatı ilə bağlıdır. Yanvarın 24-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqlarda da bu məsələ diqqət mərkəzində olub. Danışıqlar neytral vasitəçi və ev sahibi kimi çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtındakı sarayda müxtəlif formatlarda keçirilib. Məsləhətləşmələrdən əvvəl nümayəndə heyətlərini BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qəbul edib.
Zelenski görüşün nəticələrini konstruktiv adlandırıb
Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş idarəsinin rəisi admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov rəhbərlik ediblər. Danışıqlar təhlükəsizlik məsələlərinə, o cümlədən bufer zonalarının yaradılması, onlara nəzarət və monitorinq mexanizmləri, eləcə də nizamlanmanın ərazi aspektlərinə yönəlib.
Ukrayna Prezidenti Volodimir Zelenski Əbu-Dabidə keçirilən üçtərəfli görüşün nəticələrini konstruktiv adlandırıb. “Telegram” kanalında paylaşımında qeyd edib ki, danışıqlar üç tərəfin hərbi nümayəndələrinin iştirakı ilə davam edib. Müzakirələrin əsas diqqət mərkəzində müharibənin sona çatması üçün mümkün parametrlər olub. Amerikanın müharibənin sona çatması və real təhlükəsizliyin qorunması prosesinin monitorinqi və nəzarətinə ehtiyac olduğunu qəbul etməsini yüksək qiymətləndirirəm”, - deyə Zelenski vurğulayıb.
Ukrayna Prezidenti qeyd edib ki, Amerika tərəfi müharibənin sona çatması üçün parametrlərin təsdiqlənməsi üzrə mümkün formatlar və zəruri təhlükəsizlik şəraiti məsələsini qaldırıb: “Son bir neçə gün ərzində keçirilən görüşlərdən sonra bütün tərəflər danışıqların hər bir aspekti üzrə paytaxtlarına hesabat vermək və gələcək addımları liderləri ilə əlaqələndirmək barədə razılığa gəliblər”. Zelenski vasitəçiliyinə və gələcək görüşlərə ev sahibliyi etmək istəyinə görə BƏƏ-yə və onun Prezidentinə təşəkkür edib.
BƏƏ-də danışıqların növbəti mərhələsi olacaq
Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff isə bu həftənin sonu Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni mərhələsinin keçirilməsi planlarını təsdiqləyib. O, bu barədə X sosial şəbəkəsində paylaşım edib. Uitkoff bildirib ki, “cümə və şənbə günləri ABŞ, Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə BƏƏ-nin ev sahibliyi etdiyi üçtərəfli görüş keçirilib. Danışıqlar çox konstruktiv mühitdə baş tutub və müzakirələrin Əbu-Dabidə davam etdirilməsi planlaşdırılır”. O əlavə edib ki, Tramp administrasiyası münaqişəyə son qoymaqda qətiyyətlidir.
“Politico” nəşri isə Tramp administrasiyasında adı açıqlanmayan məmura istinadla məlumat yayıb ki, ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadın artırılmasına ümid edir. Nəşrin mənbədən sitat gətirdiyi açıqlamada deyilir: “Aydındır ki, hazırda Avropa ilə Rusiya arasında etimad səviyyəsi yüksək deyil. Lakin biz etimadın formalaşmasına imkan verəcək yeni bir paradiqmanın işə salınması üçün zəmin yaratmaq istəyirik”. “Politico”nun məlumatına görə, iqtisadi məsələlər və Zaporojye Atom Elektrik Stansiyası üzərində nəzarət Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən məsləhətləşmələrin əsas mövzuları olub.
Kiyev üçün ABŞ-ın təhlükəsizlik zəmanəti əsasdır
ABŞ hesab edir ki, Ukrayna üçün Vaşinqton tərəfindən verilə biləcək təhlükəsizlik zəmanətləri Avropadan olan “Könüllülər koalisiyası”nın səylərindən daha əhəmiyyətlidir. Qəzet Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında Əbu-Dabidə keçirilən üçtərəfli məsləhətləşmələrdən sonra mənbənin sözlərini sitat gətirərək yazır: “Könüllülər koalisiyası”nın səyləri müsbətdir. Onların bir neçə helikopteri, bir neçə əsgəri və müəyyən zəmanətləri var. Lakin ukraynalılarla danışsanız, əslində həlledici olanın Amerika təhlükəsizlik zəmanətləri olduğunu görərsiniz”.
Prezident Zelenski də Litvaya səfəri zamanı bəyan edib ki, Ukrayna üçün konkret təhlükəsizlik zəmanətləri təkcə Ukrayna ərazisində deyil, həm də bütün Avropa üçün təhlükə yaradan müharibənin dəqiq bitmə tarixinin müəyyənləşdirilməsinə yol aça bilər. Onun sözlərinə görə, ABŞ ilə ikitərəfli təhlükəsizlik zəmanətləri Ukrayna üçün əsasdır. Müvafiq sənəd artıq hazırdır və Ukrayna tərəfdaşların imzalaması üçün müvafiq status verməyə hazır olduğunu gözləyir: “Sənəd 100 faiz hazırdır və tərəfdaşlarımızın imzalanma tarixi və yeri ilə bağlı hazır olmalarını gözləyirik. Daha sonra sənəd razılaşmalarımıza uyğun olaraq ABŞ Konqresinə və Ukrayna parlamentinə təsdiq üçün təqdim ediləcək”.
Prezident təhlükəsizlik zəmanətlərinin ikinci elementi kimi Avropa zəmanətlərini, eləcə də Ukraynanın gələcəkdə Avropa İttifaqına üzvlüyünü qeyd edib. Zelenski, həmçinin iqtisadi təhlükəsizlik zəmanətlərinin və Avropa inteqrasiyası üçün dəqiq müddətlərin vacibliyini qeyd edib. Onun sözlərinə görə, Ukrayna texniki olaraq 2026-cı ilin birinci yarısında, 2027-ci ildə isə tam olaraq Aİ ilə danışıqlar klasterlərini açmağa hazır olacaq. Prezident deyib ki, Ukrayna müharibənin sona çatması ilə bağlı sazişdə konkret bir tarixi təmin etməyə çalışır ki, təcavüzkar da daxil olmaqla bütün tərəflər sazişlərə əməl etməyə və gələcəkdə baş verə biləcək maneələrin qarşısını almağa borclu olsunlar.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

