Bir gündə iki etimadsızlıq...
25.02.2026 [10:13]
Fransada hökumət böhranı pik həddə çatdı
Son bir il ərzində Fransada sosial-iqtisadi və siyasi mühit kəskin şəkildə mürəkkəbləşib. Yüksək inflyasiyanın təsirləri, dövlət borcunun artması, büdcə kəsirinin Avropa İttifaqı meyarlarını aşması və sosial xərclərin azaldılması planları cəmiyyətdə narazılığı gücləndirib. Xüsusilə 2026-cı ilin dövlət büdcəsinin parlamentdən keçməməsi ölkədə institusional bloklanma yaradaraq 2025-ci ilin sonlarında hökumət böhranını dərinləşdirib.
Qeyd edək ki, büdcə layihəsinin qəbul edilməməsi təkcə maliyyə sənədinin gecikməsi deyil, həm də icraedici hakimiyyətlə qanunverici orqan arasında dərin siyasi uçurumun göstəricisi kimi qiymətləndirilir. Müxalif qüvvələr hökuməti sosial ədalətsizlikdə, qeyri-effektiv iqtisadi idarəetmədə və ictimai dialoqu zəiflətməkdə ittiham edirlər. Nəticədə həm maliyyə bazarlarında təzyiq artıb, həm də ölkə daxilində etiraz aksiyaları intensivləşib. Bu isə nəticə etibarı ilə hökumətə qarşı etimadsızlıq mühitini daha da dərinləşdirir.
“Sağlar” razılaşmır...
Yeri gəlmişkən, fevralın 23-də Fransa Assambleyasında iki dəfə hökumətə etimadsızlıq votumu verilib. İlk təklif Marin Le Penin rəhbərlik etdiyi Fransanın sağçı “Milli Birlik” Partiyası tərəfindən irəli sürülüb. Bəyanatda qeyd olunub ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş enerji strategiyası, digər iradlarla yanaşı, vergilərin və ya kommunal xidmət tariflərinin artmasına gətirib çıxara bilər, bu da fransızlara 300 milyard avrodan baha başa gələcək. Müxalifət partiyası hökumətin 2035-ci ilə qədər təsdiq edilmiş enerji strategiyası ilə razılaşmır - səsverməyə səbəb ölkənin növbəti 10 il üçün enerji siyasətini müəyyən edən üçüncü çoxillik enerji proqramı (PPE3) haqqında fərmanın dərc olunmasıdır. Partiya sənədin adekvat qanunvericilik bazası olmadan qəbul edildiyini bildirib. Çünki müvafiq enerji proqramlaşdırma qanunu parlament tərəfindən təsdiqlənməyib və müvafiq qanun layihəsi əvvəllər parlament üzvləri tərəfindən rədd edilib. “Milli Birlik” Partiyası hesab edir ki, hökumət Avropa Komissiyasının Bərpa Olunan Enerji Direktivlərinin (RED III) dəyişdirilməsi tələblərinə güzəştə gedib və bu, partiyanın fikrincə, Fransanın strateji maraqlarına ziddir. Fraksiyanın bəyanatında qəbul edilmiş proqramın bərpa olunan enerji mənbələrinin sürətləndirilmiş inkişafının nüvə sənayesini kifayət qədər dəstəkləmədiyi vurğulanıb.
Bundan əlavə, partiya iddia edir ki, proqramın həyata keçirilməsi xərclərin artmasına və dövlət maliyyəsinin üzərinə daha böyük yükün düşməsinə, eləcə də ev təsərrüfatları və müəssisələr üçün enerji qiymətlərinin artmasına səbəb ola bilər. Etimadsızlıq səsverməsi Fransa Konstitusiyasının 49-cu maddəsinə əsasən tətbiq edilib.
Solçulardan etiraz...
İkinci etimadsızlıq səsverməsi isə solçu “La France Insoumise” partiyası tərəfindən irəli sürülüb. Bəyanat partiyanın sosial media hesabında dərc edilib. Bəyanatda partiyanın parlament müsbət rəyi olmadan təsdiqlənmiş 2035-ci il enerji strategiyasından narazılığı səbəbindən hökumətin istefasını tələb etdiyi izah olunur. “Bu yanaşma, ictimaiyyətin müzakirə hüququna məhəl qoymadan, təxminən on il qüvvədə qalacaq konkret şəxslərin qərarlarını bütün Fransaya qəbul etdirmək cəhdidir”, - deyə vurğulanır. La France Insoumise öz bəyanatında enerji strategiyasının ölkənin gələcək uzun illər inkişafını müəyyən edən vacib sənəd olduğunu və buna görə də müəyyən edilmiş parlament prosedurlarına əməl etmədən qəbul edilə bilməyəcəyini vurğulayır.
Vurğulayaq ki, hələ yanvar ayında baş naziri Sebastyan Lekornu hökumətin məsuliyyəti altında 2026-cı il dövlət büdcəsi qanununun qəbul ediləcəyini elan edəcəyini açıqlamışdı. O, bu məqsədlə Fransa Konstitusiyasının 49-cu maddəsinin 3-cü hissəsini tətbiq etmək niyyətində olduğunu bildirmişdi. Hələ o dövrdə “La France Insoumise” partiyasının parlament qrupunun lideri Matilda Pano qeyd etmişdi ki, “qrupumuz hökumətə etimadsızlıq səsverməsi üçün təklif təqdim edəcək”.
Makron nə edəcək?
Vurğulayaq ki, bundan öncə, fevralın 20-də Fransa Prezidenti Emmanuel Makron gecikmələrlə qəbul edilən və parlamentdən keçə bilməyən 2026-cı il dövlət büdcəsi qanununu imzalayıb. 2026-cı il büdcəsində müdafiədən başqa bütün sahələrdə xərclərin azaldılması nəzərdə tutulur və burada 6,7 milyard avro artım planlaşdırılır. 2025-ci ildə büdcə kəsiri ÜDM-in 5,4 faizini təşkil edib ki, bu da kreditorların Fransaya olan inamını sarsıdıb. Hakimiyyət əvvəlcə kəsiri 2026-cı ildə 4,7 faizə endirməyi planlaşdırırdı, lakin müxalifət tərəfindən edilən düzəlişlərdən sonra onun 5 faizə çatacağı gözlənilir.
Siyasi ekspertlər yaranan vəziyyəti Prezident Emmanuel Makronun hakimiyyəti dövrünün ən mürəkkəb mərhələsi hesab edirlər. Parlamentdə sabit çoxluğun olmaması, hökumətin tez-tez etimad sınağı ilə üzləşməsi və sosial narazılığın artması onun siyasi manevr imkanlarını xeyli məhdudlaşdırıb. Makronun təşəbbüs göstərdiyi struktur islahatları - xüsusilə pensiya, sosial təminat və dövlət xərclərinin optimallaşdırılması istiqamətində atılan addımlar, o cümlədən son hadisədə olduğu kimi, enerji siyasəti geniş ictimai müqavimətlə qarşılanıb. Müxalifət isə onu kompromisə getməməkdə və cəmiyyəti daha da qütbləşdirməkdə günahlandırır. Bəzi siyasi şərhçilər artıq prezidentin səlahiyyət müddətini başa vurmadan istefa verməsi və ya növbədənkənar seçkilərə getməsi ehtimalını da müzakirə etməyə başlayıblar. Hərçənd bu ssenari hələlik rəsmi gündəmdə deyil, lakin siyasi təzyiqin artması belə ehtimalları tamamilə istisna etmir.
Nələr gözlənilir...
Fransa Milli Assambleyasındakı hökumətə qarşı son etimadsızlıq təşəbbüsləri isə ölkədəki siyasi böhranın kulminasiya nöqtəsi kimi qiymətləndirilir. Müxalifət bloklarının kompromisə getməməsi əsas arqument kimi irəli sürülür. Siyasi mütəxəssislərin fikrincə, etimadsızlıq səsverməsi hökumətin legitimliyinə ciddi zərbə vurub və siyasi sistemdə parçalanmanı daha da dərinləşdirib. Bu proses bir neçə mümkün nəticə vəd edir:
- Hökumətin istefası və yeni kabinetin formalaşdırılması;
- Növbədənkənar parlament seçkilərinin elan olunması;
- Prezidentin parlamenti buraxmaq səlahiyyətindən istifadə etməsi.
Əks halda mövcud icra qrupunun zəifləməsi fonunda iqtisadi qeyri-müəyyənliyin artması müşahidə olunacaq. Mövcud vəziyyət göstərir ki, Fransada iqtisadi böhran artıq sırf maliyyə məsələsi olmaqdan çıxaraq sistemli siyasi qarşıdurmaya çevrilib. Əgər yaxın aylarda kompromis əldə olunmazsa, ölkəni həm daxili siyasi sabitlik, həm də Avropa miqyasında mövqeyi baxımından çətin bir mərhələ gözləyə bilər.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
İdman
29 Sentyabr 17:34
Dünya
29 Sentyabr 17:22
Dünya
29 Sentyabr 17:19
Dünya
29 Sentyabr 16:53
Sosial
29 Sentyabr 16:51
Sosial
29 Sentyabr 16:40
YAP xəbərləri
29 Sentyabr 16:38
İdman
29 Sentyabr 16:33
Elanlar
29 Sentyabr 16:02
İqtisadiyyat
29 Sentyabr 15:56
Elanlar
29 Sentyabr 15:47
Mədəniyyət
29 Sentyabr 15:32
İdman
29 Sentyabr 14:44
Gündəm
29 Sentyabr 14:24
Dünya
29 Sentyabr 14:22
Dünya
29 Sentyabr 13:25
Sosial
29 Sentyabr 13:13
İqtisadiyyat
29 Sentyabr 13:08
Sosial
29 Sentyabr 12:28
Gündəm
29 Sentyabr 12:26
Sosial
29 Sentyabr 12:26
Hadisə
29 Sentyabr 12:25
Gündəm
29 Sentyabr 12:15
YAP xəbərləri
29 Sentyabr 12:10
Gündəm
29 Sentyabr 11:59
Dünya
29 Sentyabr 11:55
Siyasət
29 Sentyabr 11:35
YAP xəbərləri
29 Sentyabr 11:18
Dünya
29 Sentyabr 11:16
Dünya
29 Sentyabr 11:13
YAP xəbərləri
29 Sentyabr 11:12

