/ / "Ərdoğanın müdaxiləsi olmasaydı, Azərbaycanla İran müharibə edəcəkdi?"... Məhəmməd Məzhər Şahinin ziyanlı yanlışı...
"Ərdoğanın müdaxiləsi olmasaydı, Azərbaycanla İran müharibə edəcəkdi?"... Məhəmməd Məzhər Şahinin ziyanlı yanlışı...
26.03.2026 [15:30]
Qatar Milli Universitetinin müəllimidir, Azərbaycan Prezidenti İlham Əliyevin İran mövzusunda apardığı siyasətə çox yersiz və yanlış bir təfsir verdi. Körfəz ölkələrinin İranla necə siyasət aparacaqlarına dair debatlar aparan Türkiyə televiziyalarına adətən onlayn qaydada Qatarın paytaxtı Dohadan qoşulur. İnsafən, əksər hallarda faktoloji və soyuq təhlillərə üstünlük verən bilidir. Lakin təəssüf ki, bu gün CNNTürk-dəki çıxışında ciddi bir yanlışa və dağıdıcı təhrifə yol verdi...
Bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
- "İran Naxçıvanı dronla vurarkən Prezident İlham Əliyev ona o qədər kəskin reaksiya verdi ki, cümhur başqanı Ərdoğanın müdaxiləsi olmasaydı, Azərbaycanla İran bir-biri ilə toqquşa bilərdilər" deyə cənab Şahin bəy Azərbaycan Prezidentinin siyasətini aşağılayan bir təhrifə yol verdi... İddia etmirəm ki, o bunu qəsdlə etdi. Ancaq Türkiyə TV-lərində kifayət qədər populyar olan bu şəxsin belə yanlış fikir söyləmək qədər təcrübəsiz olduğuna adamın inanmağı gəlmir.
Əvvəla, martın 6-dan başlayaraq İranın 3 raketinin və ya raket hissələrinin Türkiyə ərazilərinə düşməsinə cənab Ərdoğanın reaksiyası heç də İlham Əliyevin reaksiyasından az kəskin olmadı. Belə də nə əcəb Türkiyə- İran münasibətləri bu zəmində hərbi qarşıdurmaya çevrilmədi? Və ya bu təhlükənin qarşısını kim aldı?..
İkinci, 5 mart günündə günortadan sonrakı müşavirədə İlham Əliyevin Naxçıvana düşürülmüş dronla bağlı mövqeyinə yenidən bir daha baxmaq olar. İnternetdə var. Doğrudur, sərt ton var idi, həmin anda sərt ton necə də olmaya bilərdi?! Ancaq konkret olaraq İran dövlətinə və İran hakimiyyətinə qarşı hansı birmənalı ittiham var idi?! Sərt, ya qeyri-sərt... Əksinə, İlham Əliyev bu vəziyyətdə hər cür variantların mümkün ola biləcəyini nəzərə alan dövlət xadimi tövrü göstərdi. Demədi ki, İran hakimiyyəti, ya İran dövləti Naxçıvanı vurdu... Dedi ki, "nakişi kimi" vurdular... Kimin vurduğu əsla deyilmədi… Prezident dedi ki, İran Azərbaycanı inandıracaq formada izah verməli, müqəssirlər cəzalandırılmalıdır... Vəziyyətə tam adekvat yanaşma deyilmi?! Bu normal fikirlər İranla hansı məntiqlə müharibə səbəbi ola bilərdi ki, bu təhlükənin qarşısını alan 3-cü tərəfə ehtiyac olsun?!...
İlham Əliyevin çıxışından dərhal sonra Azərbaycan-İran münasibətləri müstəvisində hansı diplomatik addımların qarşılıqlı olaraq atıldığını sadalamaq istəmirəm. Tək bunu demək kifayətdir ki, İlham Əliyevin həmin anlarda İranın çox ehtiyac duyduğu humanitar yardımlar göndərmək qərarı hər hansı vasitəçinin dəstəyindən daha təsirli rol oynadı. Eyni zamanda, İlham Əliyev bu qərarı heç də hansısa "mifik müharibə təhlükəsini" önləmək üçün yox, Azərbaycanla İranı hərbi toqquşma avantürasına çəkmək istəyənlərə qarşı tutarlı addım olaraq atmışdı... Məgər İlham Əliyev bilmirdi ki, İrandan Naxçıvana yönləndirilən dronlar, ya PUA-lar "saxta bayraqların" avantürası ola bilər?! İlham Əliyev bilmirdi ki, Azərbaycanla İranı hərb müstəvisində toqquşdurmaq üçün "ürəyi keçənlər" var?! Yaxşı bilirdi... Belə də İlham Əliyevi guya "aranı qarışdıran bəyanat verən təcrübəsiz bir dövlət xadimi kimi göstərmək" cənab Şahin və onun kimilər üçün bağışlanmaz haldır...
Öz ölkənizin prezidentinin gözündə daha yaxşı olmaq istəyinizi başa düşürük və hörmət edirik. Ancaq bu sayaq taktikaları dost və qardaş ölkə liderinin siyasətini hansısa məqamlarda kiçiltmək yolu ilə etmək olmaz...
Bir vaxtlar deyilmiş "Liviyaya, Qarabağa girdiyimiz kimi... " ifadəsinin qardaş ölkələrin arasında necə ziyanlı rol oynadığını unutmayaq...
Xəbər lenti
Hamısına baxDünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39
Gündəm
17 Sentyabr 16:11
Gündəm
17 Sentyabr 15:52
YAP xəbərləri
17 Sentyabr 15:47
Hadisə
17 Sentyabr 15:27
Xəbər lenti
17 Sentyabr 15:10
Siyasət
17 Sentyabr 15:06
Sosial
17 Sentyabr 15:01
Siyasət
17 Sentyabr 14:57
Siyasət
17 Sentyabr 14:55
Siyasət
17 Sentyabr 14:13
İdman
17 Sentyabr 13:59
Gündəm
17 Sentyabr 12:57
Xəbər lenti
17 Sentyabr 12:55
Xəbər lenti
17 Sentyabr 12:53
Sosial
17 Sentyabr 12:22
Sosial
17 Sentyabr 12:21
İqtisadiyyat
17 Sentyabr 12:20
Sosial
17 Sentyabr 12:19
Siyasət
17 Sentyabr 11:08
Gündəm
17 Sentyabr 11:02
Siyasət
17 Sentyabr 10:15
İqtisadiyyat
17 Sentyabr 09:58
Analitik
17 Sentyabr 09:25
Analitik
17 Sentyabr 08:50
MEDİA
17 Sentyabr 08:36
İqtisadiyyat
16 Sentyabr 23:31
Dünya
16 Sentyabr 23:19
Dünya
16 Sentyabr 22:56
YAP xəbərləri
16 Sentyabr 22:26
İdman
16 Sentyabr 22:20
YAP xəbərləri
16 Sentyabr 22:14
Elanlar
16 Sentyabr 22:10
İqtisadiyyat
16 Sentyabr 21:43
Dünya
16 Sentyabr 21:18
Dünya
16 Sentyabr 20:49
Dünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 19:03
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18

