Avropa və Yaxın Şərqin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır
07.04.2026 [09:38]
Zelenskinin regiona səfəri nə il yadda qaldı?
Yaxın Şərqdə münaqişənin davam etməsi nəticəsində Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı aparılan danışıqlar arxa plana keçib. Buna baxmayaraq, Kiyev diplomatik fəallığını artırmağa çalışır. Rusiya ilə müharibə şəraitində olmasına rəğmən Ukrayna Yaxın Şərq münaqişəsinin həllində rol oynamaq istəyir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Suriyaya səfəri də bunu göstərir.
Zelenski Dəməşqdən əvvəl İstanbulda olub
Qeyd edək ki, Zelenski Suriyadan əvvəl Türkiyədə işgüzar səfərdə olub. Səfər çərçivəsində İstanbulda keçirilən görüşlərdə Ukrayna ilə Türkiyə arasında ikitərəfli məsələlər, regional proseslər, eləcə də ilk növbədə, İstanbul Prosesi çərçivəsində atəşkəsin təmin edilməsi və davamlı həll yolları istiqamətində səylər müzakirə olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Zelenskinin Dolmabahçe İş Ofisində baş tutan görüşündə Türkiyə-Ukrayna ikitərəfli münasibətləri, Ukrayna-Rusiya müharibəsində sülh yolları, eləcə də regional və qlobal prosesləri müzakirə ediblər. Prezident Ərdoğan görüş zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında danışıqlara dəstəyinin davam edəcəyini, bölgənin daha çox sülh və sabitliyə ehtiyacı olduğunu bildirib. Ərdoğan Türkiyənin Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinə böyük əhəmiyyət verdiyini qeyd edərək enerji təchizatının təhlükəsizliyinin vacibliyini vurğulayıb.
O, Türkiyənin Ukrayna ilə qarşılıqlı ticarət dövriyyəsini artırmaqda qətiyyətli olduğunu və bunun üçün zəruri addımların atılmağa davam edəcəyini bildirib, Ukraynanın Körfəz ölkələri ilə münasibətlərini inkişaf etdirməsindən məmnunluğunu ifadə edib.
Ukrayna Prezidenti V.Zelenski isə sosial media hesablarında yazıb ki, İstanbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş zamanı ölkələrimiz arasında ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə etdik. Birgə və əlaqələndirilmiş hərəkətlərlə dünyanın hər yerində insanlar üçün daha böyük təhlükəsizliyin təmin edilməsi vacibdir. “Təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə, Türkiyəni necə dəstəkləyə biləcəyimizə aiddir: texnologiya və təcrübə. Birgə işləmək üçün fundamental siyasi öhdəlik var və komandalarımız yaxın günlərdə detalları dəqiqləşdirəcəklər. Qaz infrastrukturunun tikintisində birgə layihələrin həyata keçirilməsi üçün praktik addımları, eləcə də qaz yataqlarının birgə işlənməsi imkanlarını müzakirə etdik”, - deyə Zelenski əlavə edib. O, Ukraynanın müstəqilliyinə və ərazi bütövlüyünə ardıcıl dəstəklərinə görə Türkiyə Prezidentinə və xalqına minnətdarlığını bildirib: “Bütün bu illər ərzində sıx əməkdaşlığımızı yüksək qiymətləndiririk ki, bu da bizə bütün bölgəmizi gücləndirə biləcək ciddi layihələr üzərində işləməyə imkan verir”.
Hakan Fidan Ukrayna və Suriya liderlərinin görüşündə işirak edib
Suriya səfəri çərçivəsində isə Volodimir Zelenski Dəməşqdə suriyalı həmkarı Əhməd Əl Şaraa ilə görüşüb. Ukraynanın Prezident Ofisindən verilən məlumata görə, görüşdə təhlükəsizlik məsələləri müzakirə olunub. “Rusiyanın Ukraynaya qarşı müharibəsinin vəziyyətini də müzakirə etdik. Suriyanın ərazi bütövlüyü mövzusunda dəstəyinə görə minnətdaram. Hərbi və müdafiə sahəsində təcrübə mübadiləsinə böyük maraq var. Həmçinin Ukraynanın etibarlı qida məhsullarının təchizatçısı kimi roluna toxunduq və regionda ərzaq təhlükəsizliyini gücləndirmək üçün birgə imkanları müzakirə etdik. Suriyanın hazırda üzləşdiyi enerji və infrastruktur çətinliklərindən yaxşı xəbərdarıq. Dövlətlərimizin və xalqlarımızın imkanlarını artırmaq üçün birlikdə işləməyə hazırıq”, - deyə Ofisin Ukrayna Prezidenti adından verdiyi açıqlamada bildirilib.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu görüşdə Türkiyənin XİN başçısı Hakan Fidan da iştirak edib. Bu fakt Ankaranın regional prosesdə önəminin göstəricisidir. Dəməşqdə Zelenskinin səfəri çərçivəsində Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşün keçirilməsi də kifayət qədər ciddi mətləblərdən xəbər verir. Rəsmi açıqlamalara görə, üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub. Zelenski özünün telegram kanalında yazıb ki, “Dəməşqdə iki görüş - Suriya Prezidenti Əhməd Əl Şaraa və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib”. “Təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən bütün hadisələrə görə regiondakı vəziyyətdən tutmuş ölkələrimiz arasında enerji və infrastruktur əməkdaşlığına qədər biz hər şeyi müzakirə edə bildik. Həmçinin ərzaq təhlükəsizliyi üzərində işləməyə davam edəcəyik”, - deyə o vurğulayıb.
Prezident, həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi də müzakirə olunub. “Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Biz sabitliyi və inkişafı dəstəkləməyə davam etməyə hazırıq. Xalqlarımızı, ölkələrimizi və iqtisadiyyatlarımızı daha da gücləndirmək üçün birlikdə daha çox çalışacağıq”, - deyə Zelenski əlavə edib.
Səfirliklərin fəaliyyəti bərpa olunacaq
Onu da qeyd edək ki, səfər zamanı Ukrayna və Suriyada bu ölkələrin səfirliklərinin yenidən açılması barədə razılığa gəlinib. Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın sözlərinə görə, Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani ilə danışıqlar aparıb və tərəflər bir sıra vacib məsələləri, eləcə də təşəbbüsləri müzakirə ediblər. Avropa və Yaxın Şərqin təhlükəsizliyinin bir-biri ilə sıx bağlı olduğu vurğulanıb və bu mövzu əsas diqqət mərkəzində olub. “Xalqlarımız üçün davamlı sülhə nail olmaq üçün birlikdə işləməyə davam edəcəyik. Həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün böyük potensiala malik sahələr - ticarət, dəniz yollarının inkişafı və logistika məsələlərini müzakirə etdik”, - deyə Sibiqa qeyd edib. Nazir qida təhlükəsizliyinin də prioritet olaraq qaldığını vurğulayıb.
O əlavə edib ki, Ukrayna regionda sabitliyi dəstəkləmək üçün Ukraynadan taxıl təşəbbüsü vasitəsilə töhfə verməyə hazırdır. Sibiqa bildirib ki, diplomatik münasibətlərin bərpası ilə bağlı Birgə Kommünikenin imzalanmasından sonra ikitərəfli ticarət doqquz dəfə artıb və bunun daha da genişləndirilməsi üçün imkanlar mövcuddur. Tərəflər humanitar və təhsil sahəsində əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Qeyd olunub ki, Suriyadan olan bir çox tələbə Ukraynada təhsil alıb və almaqda davam edir ki, bu da gələcək əməkdaşlıq üçün möhkəm zəmin yaradır.
Nazir onu da deyib ki, tərəflər yaxın vaxtlarda Kiyev və Dəməşq şəhərlərində səfirliklərin fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDiaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:47
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
Gündəm
25 Aprel 11:38
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06

