Türk Şurası Media Platforması nələri vəd edir?
26.10.2021 [11:08]
Aparılan müzakirələr real həyatda öz əksini tapa biləcəkmi - Ekspertlər fərqli düşünürlər
Oktyabrın 22-dən 24-nə kimi İstanbulda keçirilən Türk Şurasının Media Forumu mühüm məqamları ilə yadda qalıb. Belə ki, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı və “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən tədbirdə türk dünyasında media, serial və film sektorlarında əməkdaşlıqların inkişafı, sosial media və dezinformasiyaya qarşı birgə mübarizə yolları müzakirə edilib. Media Platformada Türk Şurasına üzv ölkələrdən olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksəkvəzifəli şəxsləri, sosial media fenomenləri, universitet tələbələri iştirak ediblər.
Tədbirdə iştirak edən Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı, tanınmış jurnalist Vüqar Zifəroğlu Media Forumun maraqlı və yaddaqalan olduğunu diqqətə çatdırıb. Bildirib ki, tədbir müzakirələrlə yanaşı həm də praktik əhəmiyyət daşıyıb. Belə ki, tədbirdə səsləndirilən bütün təkliflər qeydə alınıb və qarşıdakı dövrdə bunlarla bağlı addımların atılması da planlaşdırılıb: “Panel iclaslarında moderatorların, eləcə də digər iştirakçıların səsləndirdikləri təkliflər qeydə alındı. Bundan başqa, ayrı-ayrı işçi qrupları yaradılmışdı ki, orada çox ciddi və aktiv müzakir?lərə şahid olduq. Mən həm panel iclaslarının birinə moderatorluq edirdim, həm də media çalışmalarının iştirakçısı idim. Son dərəcə maraqlı və ciddi müzakirələr aparıldı. Hətta bu tədbiri türk cümhuriyyətinin media platformasının yol xəritəsi də adlandırmaq olar”.
V.Zifəroğlu tədbirin türkdilli ölkələrin müvafiq strukturları arasındakı əlaqələrin möhkəmlənməsinə də xidmət etdiyini deyib. Onun sözlərinə görə, bu, olduqca mühüm məsələdir. “Azərbaycanlı jurnalistlərin türkiyəli həmkarları ilə əlaqələri mövcuddur. Bu istiqamətdə səmərəli platforma fəaliyyət göstərir. Bununla yanaşı, Orta Asiya respublikaları ilə də münasibətlərin qurulmasına, fikir mübadilələrinə ehtiyac var. Bu əlaqələrin yaradılması və möhkəmləndirilməsi istiqamətində də mühüm müzakirələrimiz oldu”, - deyən V.Zifəroğlu onu da əlavə edib ki, tədbirin prosesə mühüm töhfələr verəcəyinə inanır. Forumda bu istiqamətdə sağlam təməllərin atıldığını diqqətə çatdıran V.Zifəroğlu belə müzakirələrin təhsildən praktiki fəaliyyətə qədər imkanların genişlənməsində əsaslı rol onayacağını bildirib.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı türkdilli ölkələrin ortaq mədəniyyətinin, mediasının formalaşdırılması ideyasının ötən əsrin əvvəl?ərindən gəldiyini xatırladıb. Bunun əsasının Türk dünyasının böyük dühası İsmayıl bəy Qaspıralının “dildə, fikirdə, işdə birlik” ideyasından qaynaqlandığını deyən A.Aşırlının fikrincə, sözügedən anlamda Türk dünyasındakı vəziyyət ürəkaçan deyil: “Vahid informasiya məkanının qurulması ideyası illərdir ki, gündəmdədir. Bu, bir-birimizi anlamaq, dərdlərimizi öyrənmək üçün vacibdir. 10-15 ilə yaxındır ki, Azərbaycan jurnalistləri, Orta Asiyada, Türkiyənin müxtəlif bölgələrində olan fikir adamları, xüsusən də qəzetçilər bu ideyanı dəstəkləyirlər. Bizlər müxtəlif platformalarda birləşmişdik. Dəfələrlə Türkiyədə və Azərbaycanda ortaq türk media plaftorması ilə bağlı müzakirələr aparılıb. Hətta Azərbaycan jurnalistləri bununla bağlı müəyyən sənədlər də hazırlamışdı. İndiki halda, artıq prosesdə dövlətlərin iradəsini də görmək mümkündür. Artıq bu ideyanın genişlənməsi üçün böyük zəmin var. Bu məsələlərin müzakirəsində iştirak edənlər bilməlidir ki, ilkin növbədə əlifba məsələsi həll olunmalıdır. Vahid əlifbaya, latın qrafikasına keçid prosesi sürətlənməlidir. Özbəkistanda artıq bu proses gedir. Qazaxıstanda isə 2025-ci ilə qədər bu proses aparılacaq”.
A.Aşırlı məhz bundan sonra texniki məsələlərin müzakirəsinin aparmasının effekt verəcəyini düşünür. Baş redaktorun fikrincə, yaradılacaq vahid platformada həm də müstəqil informasiya strukturları bir araya gəlməlidir: “Bu platformada yalnız dövlət agentlikləri, rəsmi qurumlar yer almamalıdır. İlk növbədə, ortaq mədəniyyət proqramları reallaşdırılmalıdır. Ortaq kəlmələrin seçilməsi məsələləri həll edilməlidir. Bu məsələlər ciddi nəzərə alınmalıdır. Bəzən səriştəsi olan insanların kənarda olduğunu da görürük. Fikrimcə, bu işdə bacarığı olan insanlar aktiv şəkildə prosesə cəlb edilməlidirlər”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 İyun 14:36
Sosial
11 İyun 14:00
Siyasət
11 İyun 13:56
YAP xəbərləri
11 İyun 13:55
İqtisadiyyat
11 İyun 13:46
Hadisə
11 İyun 13:44
YAP xəbərləri
11 İyun 13:34
İqtisadiyyat
11 İyun 13:14
İqtisadiyyat
11 İyun 13:12
Sosial
11 İyun 12:58
YAP xəbərləri
11 İyun 12:53
YAP xəbərləri
11 İyun 12:50
İqtisadiyyat
11 İyun 12:46
Sosial
11 İyun 12:45
Sosial
11 İyun 12:28
İdman
11 İyun 12:16
YAP xəbərləri
11 İyun 12:02
YAP xəbərləri
11 İyun 12:01
YAP xəbərləri
11 İyun 12:00
YAP xəbərləri
11 İyun 11:53
YAP xəbərləri
11 İyun 11:52
Gündəm
11 İyun 11:49
YAP xəbərləri
11 İyun 11:41
Gündəm
11 İyun 11:25
Ədəbiyyat
11 İyun 11:01
Sosial
11 İyun 10:54
Gündəm
11 İyun 10:51
İqtisadiyyat
11 İyun 10:45
Gündəm
11 İyun 10:36
İqtisadiyyat
11 İyun 10:13
YAP xəbərləri
11 İyun 09:40
Analitik
11 İyun 09:33
Analitik
11 İyun 09:17
Sosial
11 İyun 08:54
Mədəniyyət
11 İyun 08:30
Daxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13

