İranda nə baş verir?
27.09.2022 [10:29]
İranda 22 yaşlı Məhsa Əmininin hicab qaydasını pozduğuna görə əxlaq polisi tərəfindən öldürülməsindən sonra ölkə daxilində davam edən etiraz aksiyaları zamanı öldürülənlərin sayı 41 nəfərə çatıb. Bu barədə sentyabrın 25-də İranın dövlət televiziyası məlumat yayıb. Dövlət televiziyasında yayımlanan xəbərə görə, ölkə daxilində baş verən etirazlarda polis əməkdaşları və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Besiç” əməkdaşları da daxil olmaqla 41 nəfərin həyatını itirdiyi açıqlanıb. Bununla yanaşı, ölkə daxilində ölənlərin sayı ilə bağlı İran rəsmiləri tərəfindən rəsmi açıqlama veriləcəyi də vurğulanıb. Qeyd edək ki, hadisə sentyabrın 13-də İranın paytaxtı Tehranda baş verib. Hicab qaydalarına əməl etmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan 22 yaşlı Məhsa Əmininin öldürülməsindən etiraz aksiyalarına start verilib. Artıq bir neçə şəhərdə etiraz aksiyaları güclənməkdədir.
Məsələlərə geniş aspektdən yanaşdıqda, baş verənlərdə, yəni etirazlarda əsas məqam Məhsa Əminin öldürülməsidir. Amma bununla belə etirazların bu qədər ciddi hal almasında fərqli məsələlər də yer alır. Məsələn, son dövrlərdə İranın xarici siyasəti kursundakı bəzi məqamlar bu etirazların şiddətli forma almasında aparıcı rol oynayır. Son zamanlarda İranın xarici siyasət kursunda qeyri-müəyyənliklərin yer alması bunu deməyə əsas verir. Buna misal olaraq İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Məhəmməd Baqiri hərbi paradda çıxışı zamanı söylədiklərini göstərmək olar. Region ölkəsi olaraq İran Ermənistan ilə Azərbaycan arasında sülhün yaranmasına, təhlükəsizliyin bərpasına yaxından dəstək nümayiş etdirməlidir. Amma nə müşahidə edirik? İranlı general Baqiri Azərbaycanı təhdid edir. Baqiri çıxışında Ermənistan sərhədinin dəyişəcəyi təqdirdə Azərbaycanı təhdid edib. O bildirib ki, sərhəd dəyişikliyi olarsa, sakit oturmayacaqlar.
İran tərəfindən səsləndirilən bəyanatların ünvanı bəlli deyil
Təbii ki, Azərbaycan hər zaman öz atdığı addımlarda beynəlxalq prinsip və normalara, konvensiyalara, sülhə, ədalətə söykəndiyini nümayiş etdirir. Hətta 44 günlük müharibə dövründə də dövlətimiz haqlı və imkanı olduğu halda kimsənin torpağına göz dikməyib. Yeri gəlmişkən, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva İranın yüksək çinli mülki və hərbi şəxsləri tərəfindən “regionda sərhədlərin dəyişdirilməsi bizim qırmızı xəttimizdir” tezisi üzrə fikirlərinə münasibət bildirərkən söyləyib ki, Azərbaycan özü işğala və təcavüzə məruz qalan ölkədir. Ermənistan tərəfi zordan istifadə edərək, Azərbaycan Respublikasının ərazilərinin iyirmi faizini, o cümlədən İran ilə sərhədimizin 132 kilometrini işğal edib. 30 il ərzində İran tərəfi sərhədlərin zordan istifadə edilərək dəyişdirilməsinə hər hansı bir münasibət bildirməyib. “Hazırda İran tərəfindən səsləndirilən bu kimi bəyanatların ünvanı bəlli deyil. Məlum olduğu kimi, Azərbaycan və Ermənistan liderlərinin Moskva və Brüsseldə keçirilən görüş formatları mövcuddur. Bu formatlarda danışıqlar davam edir. Bu formatlarda aparılan danışıqlar çərçivəsində hər iki tərəfin razılığı ilə dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası təsis edilmiş və onun tərkibi razılaşdırılmışdır. Hesab edirik ki, Ermənistan-Azərbaycan münasibətləri, o cümlədən iki dövlətin sərhəd məsələsi kənar müdaxilə olmadan həll edilməlidir”, - Leyla Abdullayeva bildirib.
Başqa bir açıqlamada isə Leyla Abdullayeva qeyd edib ki, qırx dörd günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik edib. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. L.Abdullayeva qeyd edib ki, torpaqlarımızın Ermənistan tərəfindən işğalı nəticəsində təkcə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmir yolu əlaqəsi kəsilib: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalayıb. Əldə olunmuş razılığa əsasən, 2022-ci il sentyabrın 22-də Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutub. Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir”.
Mövqe anlaşılmazdır
Göründüyü kimi, İranın irəli sürdüyü bu kimi qeyri-müəyyən açıqlamalar, fikirlər anlaşılan deyil. Bu kimi fikirlərin və xəttin arxasında isə nələrin dayandığı maraq doğurur. Axı, Zəngəzur dəhlizi hələ açılmayıb və bu istiqamətdə danışıqlar davam etdirilir. Belə həssas bir məqamda İran tərəfinin ifadə etdiyi, ortaya qoyduğu mövqe anlaşılmazdır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50
Analitik
11 Avqust 09:35
Analitik
11 Avqust 09:15
Sosial
11 Avqust 09:05
Dünya
11 Avqust 07:53
Dünya
10 Avqust 23:45
Dünya
10 Avqust 23:24
Dünya
10 Avqust 22:52
Dünya
10 Avqust 22:38
Gündəm
10 Avqust 22:37
Siyasət
10 Avqust 22:26
Dünya
10 Avqust 22:13
Dünya
10 Avqust 21:45
Dünya
10 Avqust 21:19
Dünya
10 Avqust 21:05
Dünya
10 Avqust 20:55
Dünya
10 Avqust 20:30
Dünya
10 Avqust 20:10
Dünya
10 Avqust 19:55
Dünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17

