44-ün sirri, sehri...
08.10.2022 [10:16]
44 günlük Vətən müharibəsi
44 ölkənin iştirak etdiyi Milli Şəhərsalma Forumu
44 liderin qatıldığı “Avropa siyasi birliyi” sammiti
Mübariz FEYİZLİ
Rəqəmlərin mistikası barədə çox yazılıb. Tarix boyu insanlar müəyyən rəqəmləri özləri üçün nəhs və yaxud uğurlu kimi qəbul ediblər. Dünyada numerologiya elminin banisi sayılan məşhur filosof Pifaqor deyirdi: “Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir”.
Bu mənada 44 rəqəmi bizim üçün, ölkəmiz üçün nəyi ifadə edir? Bu rəqəmdə hansısa bir mistika, düşərlilik axtarmağına dəyərmi? İlk əvvəl “niyə 44 rəqəmi” sualı üzərində düşünək. Axı biz 14, 24, 34, 54 və s. rəqəmlərdən də bəhs edə bilərdik.
Bəri başdan deyək ki, məhz 44 rəqəminin üzərində fokuslanmağımız heç də təsadüfi deyildir. Müasir tariximizdə 44 rəqəmi bizim üçün böyük sevinc, böyük Qələbə rəmzinə çevrilib. Bəli, bəhs etmək istədiyimiz məqamın üstünə gəldik-söhbət 44 günlük Vətən müharibəsindən gedir. Bu müharibənin dünya azərbaycanlıları üçün önəmi çox böyükdür. Təkcə bu müharibədə qazanılan Böyük Qələbəyə görə 44 rəqəmini fetişləşdirməyə, müqəddəsləşdirməyə dəyər. Azərbaycan xalqı bu qələbə müjdəsini düz üç onillik ərzində hər an böyük ümidlə gözləmişdi. Gecə-gündüz xəyallar bizi ilğım tək arxasına salıb o yerləri gəzib dolaşdırırdı. Dağların zirvəsində qərar tutan Şuşamız qəribsəmişdi. Bir az da bizlərdən küsüb incimişdi-niyə gəlmədiyimizə, niyə onu yadların əlindən xilas etmədiyimizə, niyə güllələnmiş heykəlləri öz yerinə qaytarmadığımıza, niyə ibadət yerlərimizə, əcdadlarımızın uyuduqları qəbiristanlıqlara sahib çıxmadığımıza və daha nələrə, nələrə görə... Özümüzü qınasaq, günahkar saysaq da, ümidimizi üzməyirdik. Şuşaya, Laçına, Qubadlıya, Füzuliyə, Ağdama, Kəlbəcərə, Zəngilana, Cəbrayıla və göylərində əcdadlarımızın narahat ruhları dolaşan digər yurd yerlərimizə qayıdacağımıza inanırdıq. Bu müjdə 2020-ci il 10 noyabr tarixində gəldi. Düz 44 günün tamamında Müzəffər Ali Baş Komandan İlham Əliyev çatdırdı bizlərə bu müjdəni. Belə şad xəbərin müqabilində 44 rəqəmini necə uğurlamamaq, müqəddəsləşdirməmək, Azərbaycanımıza düşərli rəqəm kimi dəyərləndirməmək olardı? Tarixə nəzər salaq. Sonradan xalqın yaddaşına köçən, dünyagörüşünün ayrılmaz hissəsinə çevrilən, nəsillərdən-nəsillərə ötürülən ənənələr elə bu cür yaranıb. Belə görünür ki, 44 bizim taleyimizə yazılan uğurlu bir rəqəmdir. 44 günlük Vətən müharibəsinə də elə 4 günlük Aprel döyüşlərindən keçərək gəlmişdik. 4 gün davam edən Aprel döyüşlərində özünü “məğlubedilməz” sayan ermənilərə gücümüzü göstərdik, 44 gün davam edən Vətən müharibəsində isə bu mifi tamam dağıtdıq, “Dəmir yumruq”la düşmənin başını ilan başı kimi əzdik, onu diz çökdürdük, rəzil, rüsvay etdik, torpaqlarımızdan iti qovan kimi qovduq.
İşğaldan azad olunan Ağdamda bu günlərdə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə beynəlxalq səviyyəli şəhərsalma forumu keçirildi. Dünyanın müxtəlif ölkələrindən gələn qonaqlar, BMT-nin nümayəndələri Ağdamın yerlə-yeksan edildiyinin şahidi oldular. İndi bir vaxtlar çiçəklənən, bütün Qarabağın incisi sayılan Ağdamdan əsər-əlamət yoxdur. Erməni vəhşiliyinin acı mirası-göz önündəki xarabalıqlar insanın qəlbini göynədir. Nə qədər vəhşi, sivilizasiyaya yad olmalısan ki, qurulu evləri, tarixi abidələri heç uf demədən qəddarlıqla dağıdasan. Bunu ermənilər ediblər. Özlərini dünyaya “mədəni xalq” kimi sırımağa çalışan ermənilər. Onların iç üzünü görmək, xislətlərinə bələd olmaq üçün Qafqazın Xirosimasına çevrilən Ağdama və digər dağıdılan şəhər və kəndlərimizə baş çəkmək kifayətdir. Başqa dəlil-sübuta heç bir ehtiyac yoxdur. Əlavə edək ki, Ağdam döyüş, müharibə səhnələrinin ünvanına çevrilməyib. Bir sıra digər yaşayış məntəqələrimiz kimi, Ağdam da 30 illik işğal illərində erməni vandalizminə tuş gəlib. Onlar şəhəri daş-daş sökərək satmaqla yaramaz həyatlarını təmin ediblər. Yandırılan, yerlə-yeksan edilən, viran qoyulan yaşayış məntəqələrinin günahı və məsuliyyəti əbədi olaraq ermənilərin üzərində qalacaq.
Bütün bunlar öz yerində. Məsələ burasındadır ki, Ağdamda baş tutan şəhərsalma forumuna 44 ölkədən nümayəndələr qatılmışdılar. Yenə də 44 rəqəmi. İndi dünyanın 44 ölkəsində Ağdamın-viran qoyulan şəhərin və bunun baiskarı olan ermənilərin vəhşiliklərinin söhbətləri aparılır...
Və nəhayət bu payız günlərində Avropada-uzaq Çex Respublikasının paytaxtı Praqada baş tutan daha bir beynəlxalq tədbir- “Avropa siyasi birliyi” Zirvə Toplantısı. Bu tədbirə Avropa İttifaqının üzvü olmayan Azərbaycanın Prezidenti ən yüksək səviyyədə-Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldən və Çex Respublikasının Baş naziri Petr Fialandan dəvət almışdı. Bu fakt dünyada Azərbaycanın artan nüfuzunun, Prezident İlham Əliyevin liderlik keyfiyyətlərinin qlobal səviyyədə yüksək dəyərləndirilməsinin ifadəsidir. Zirvə toplantısında dövlətimizin başçısının iştirakı ilə postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında başlanan sülhyaratma prosesi ilə bağlı geniş müzakirələr aparılıb. Prezident İlham Əliyev ölkəmizin mövqeyini və həqiqətlərini liderlərin diqqətinə çatdırmaq üçün bu platformadan da səmərəli şəkildə istifadə edib. Təsadüfdür, yoxsa mistik bir qanunauyğunluqdur- Praqa Sammitində də 44 rəqəmi bizi izləyib. Bu Zirvə tədbirinə də məhz 44 ölkənin lideri qatılıb. İndi gəl, rəqəmlərin mistikasına, sehrinə inanma, görüm, necə inanmırsan?
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06

