Rus məsəli: Xəstəyə qızıl yataq belə kömək etməz
17.12.2022 [10:35]
Vardanyan, yoxsa Paşinyan?
Ermənilər çaşqınlıq içindədir
Oxlar yenidən Paşinyanı hədəflənib - bu dəfə əsas rəqib Vardanyandır
Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekofəalların Şuşa-Laçın yolunda keçirdiyi etiraz aksiyası separatçı rejimin, ən əsası isə Qarabağa “pul iyinə” gələn Vardanyanın işini çətinə salıb. Xüsusi planla göndərilmiş bu “missioner milyarder” talan etməyə hazırlaşdığı Azərbaycan sərvətlərini artıq Qarabağdan çıxara bilmir. Eyni zamanda isə bununla bağlı “beynəlxalq aləmə” də “müraciət etmək” mümkün deyil- nə desin? Birincisi, həmin ərazilər faktiki olaraq beynəlxalq konvensiyalarla Azərbaycan torpağıdır. Separatçı rejim, o cümlədən Vardanyan da heç kim tərəfindən tanınmır. Vardanyan sadəcə etiraf edə bilər ki, aksiya iştirakçılarının tələbləri haqlıdır və Azərbaycanın təbii sərvətləri talanaraq Laçın yolu ilə Ermənistana daşınır. Amma bunu etiraf etməmək üçün başqa yollara əl atır.
Məsələn, “yol problemi”ni bir yolla “humanitar” və ya “səhiyyə” kimi bəşəri dəyərlərə “bağlamağa” çalışır. Vardanyan düşünür ki, yalnız bu yolla kimlərinsə diqqətini cəlb edə bilər. Bu səbəbdən də rusiyalı milyarder “psevdoarzular” səsləndirir. Məsələn, Vardanyan Rusiyanın “Kommersant” qəzetinə veridiyi açıqlamasında Qarabağda təcili humanitar hava dəhlizinin açılmasına ehtiyac olduğunu deyib. O iddia edib ki, separatçılar Qarabağda əhalini lazımi təchizatla təmin edəcək sistem qurmağa çalışırlar. “Hava limanı işlək vəziyyətdə olmalıdır. Bunun üçün beynəlxalq təşkilatların, bütün dövlətlərin təzyiqi olmalıdır ki, humanitar dəhliz olsun, humanitar yük daşıyan təyyarələr Xankəndi hava limanına enə bilsin. Azərbaycandan asılı olmamağın yeganə yolu budur. Humanitar təyyarələrin Qarabağa uçmasına imkan verəcək beynəlxalq müqavilə lazımdır. Bu kimi halların bir daha təkrarlanmaması üçün bizi icma olaraq burada saxlamaq vacib şərtdir. Hava limanı fəaliyyətə tam hazırdır”.
Vardanyan açıqlamasında nə istəyir?
Əslində, Vardanyanın arzuları heç də bəsit hədəflərə istiqamətlənməyib. Onun bu açıqlamasının arxasında olduqca böyük tamahlar və iştahalar yatır.
- Onun “Qarabağda əhalini lazımi təchizatla təmin edəcək sistem qurmağa çalışırlar” deməsi ermənipərəst dairələrə, erməni lobbisinə mesajdır - artıq “Vardanyanın rəhbərliyi” ilə yeni sistem formalaşıb və erməni lobbisi də bu sistemin sıradan çıxmaması üçün bütün gücünü ortaya qoymalıdır. Bu yolda lazım gəlsə, hətta Paşinyanın da üstündən “xətt” çəkilə bilər;
- “Beynəlxalq təşkilatların, bütün dövlətlərin təzyiqi olmalıdır ki, humanitar dəhliz olsun, humanitar yük daşıyan təyyarələr Xankəndi hava limanına enə bilsin” fikrinin altında isə daha qara məqsəd yatır - təbii sərvətlərin daha rahat, hətta digər “müttəfiqlərdən gizli” şəkildə Qarabağdan çıxarmaq arzusu Vardanyanı öz dostlarına da xəyanətə sövq edir. Maraqlıdır ki, moskvalı Ruben beynəlxalq təşkilat dedikdə hansı təşkilatı nəzərdə tutur?
- “Humanitar təyyarələrin Qarabağa uçmasına imkan verəcək beynəlxalq müqavilə lazımdır” dedikdə isə Vardanyan özünün siyasi iddiasını səsləndirir - Qarabağın guya hansısa “status”a malik olmasını göstərən ən kiçik detalın belə olsa beynəlxalq aləm tərəfindən təsdiqlənməsini arzulayır. Bu, aeroport da ola bilər. Belə bir “müqavilə” separatçılar üçün ipucuna çevrilə bilər.
Beləliklə, Vardanyan separatçıların başı olmaq arzusuna çatıb - Xankəndiyə qayıda bilmədiyi söylənilən Arutyunyan isə prosesdən təcrid olunmuş kimi görünür. Vardanyan isə bununla kifayətlənmir. Artıq yaranan situasiyadan tam şəkildə istifadə etmək üçün “qollarını çırmayıb”...
Yeni plan - Paşinyandan Vardanyana...
Vardanyanın separatçı rejim üçün bu qədər “iş görməsi” görüntüsünün fonunda isə Paşinyanın daha bacarıqsız və aciz kimi təqdim olunması diqqəti cəlb edir. Ən azından erməni KİV-nin hazırki təbliğatı məhz bu istiqamətdə formalaşdırılıb. Məsələn, Armlur.am yazır ki, baş nazir Nikol Paşinyan “Mülki müqavilə” fraksiyasının üzvləri ilə qapalı iclas keçirib, iclasda Laçın yolu ilə bağlı məsələ müzakirə olunub. Müzakirənin fırtınalı keçdiyi, lakin yolun nə vaxt açılacağı ilə bağlı deputatların suallarına cavab verilmədiyi qeyd edilir. Paşinyan deputatlara bildirib ki, onlar müxtəlif ölkələrin parlamentariləri və beynəlxalq təşkilatlarla əlaqə saxlayırlar, lakin onların heç biri yolun açılmasına zəmanət vermir. Rusiyanın vasitəçiliyinə gəlincə, Paşinyan da bununla bağlı konkret heç nə deməyib.
Maraqlıdır ki, erməni baş nazirin Qarabağı “unutduğunu” iddia edənlər yenidən aktivləşdirilir. Aksiyanın əsl mahiyyətini kənarda saxlamağa çalışanların məqsədi bunu siyasi donda təqdim etmək və Paşinyanın əleyhinə bu faktdan yararlanmaqdır - yəni, Paşinyan heç nə etmək istəmir və ya buna qadir deyil. Əksinə, Vardanyan hər şey edir və imkanları da böyükdür. Demək ki...
Vardanyan Qarabağa aydın gündəliklə göndərilib
Demək ki, erməni cəmiyyətinin yeni siyasi situasiyaya transformasiya prosesi inkişaf etdirilir. Cəmiyyətin revanşist müxalifətə inamının olmadığı bəllidir. Eyni zamanda, revanşist müxalifətin sığındığı erməni kilsəsi də cəmiyyətin etimadını və diqqətini özünə cəlb edə bilmədi. Başqa sözlə, nə siyasi müxalifət, nə də kilsə ötən dövr ərzində Paşinyan üzərində üstünlük qazana bildi. İndiki halda oxlar yenidən Paşinyanın üzərinə hədəflənib - bu dəfə əsas rəqib Vardanyandır. Onun Qarabağdan İrəvana “transferi” isə gözlənilməz sayıla da bilməz. Bəlli olduğu kimi, Vardanyan Qarabağa çox aydın gündəliklə göndərilib.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
01 Oktyabr 23:14
Dünya
01 Oktyabr 22:35
Dünya
01 Oktyabr 21:50
Dünya
01 Oktyabr 21:22
Dünya
01 Oktyabr 20:45
Dünya
01 Oktyabr 20:17
Dünya
01 Oktyabr 19:54
Dünya
01 Oktyabr 19:20
Sosial
01 Oktyabr 18:32
Dünya
01 Oktyabr 18:14
Dünya
01 Oktyabr 17:33
Sosial
01 Oktyabr 17:12
Hadisə
01 Oktyabr 16:24
Sosial
01 Oktyabr 15:26
Sosial
01 Oktyabr 15:19
Sosial
01 Oktyabr 14:59
YAP xəbərləri
01 Oktyabr 14:58
MEDİA
01 Oktyabr 14:35
YAP xəbərləri
01 Oktyabr 14:30
YAP xəbərləri
01 Oktyabr 14:18
İqtisadiyyat
01 Oktyabr 13:23
Gündəm
01 Oktyabr 12:55
İdman
01 Oktyabr 12:49
Hadisə
01 Oktyabr 12:46
Siyasət
01 Oktyabr 12:27
Yeni texnologiyalar
01 Oktyabr 12:13
Siyasət
01 Oktyabr 12:11
Siyasət
01 Oktyabr 11:43
Sosial
01 Oktyabr 11:16
YAP xəbərləri
01 Oktyabr 11:14
Xəbər lenti
01 Oktyabr 11:09
Gündəm
01 Oktyabr 11:04
İqtisadiyyat
01 Oktyabr 10:58
Siyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Gündəm
30 Sentyabr 18:47
Dünya
30 Sentyabr 18:21
Elanlar
30 Sentyabr 17:56
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09

