Macarıstanın Nobel təklifi...
02.02.2023 [10:49]
Prezident Ərdoğanın sülhə verdiyi töhfə böyükdür
Macarıstan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukrayna üzrə danışıqlara vasitəçilik etdiyinə görə Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsinin tərəfdarıdır. Bunu Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. “Türkiyənin danışıqlarda vasitəçilik təcrübəsi bu günə qədər yeganə uğurlu təcrübədir. Prezident Ərdoğan və xarici işlər naziri Çavuşoğlunun səyləri sayəsində “taxıl sazişi” imzalanıb. Biz Türkiyədən vasitəçilik təcrübəsini davam etdirməsini xahiş edirik”, - o bildirib.
2022-ci ilin fevralında başlayan, son illərin ən qanlı hərbi qarşıdurmalarından biri kimi xarakterizə olunan Rusiya-Ukrayna müharibəsi müasir beynəlxalq münasibətlərin ən kəskin və ziddiyyətli məqamına çevrilib. Artıq bir ilə yaxındır ki, davam edən silahlı qarşıdurma böyük itkilərə yol açıb - ölkələr həm əsgəri qüvvəsini itirir, həm də günahsız insanlar bu qarşıdurmanın qurbanına çevrilir. Ötən bir il ərzində isə müharibənin qarşısını almaq üçün edilən cəhdlərdən ən çox işə yarayanı, ən diqqətə layiqi Türkiyənin və bu ölkənin Prezidentinin addımları oldu. Bu mənada, macarıstanlı nazirin bu çağırışı olduqca məntiqli və yerində sayıla bilər.
Türkiyə Prezidenti öz vasitəçi rolunu yüksək səviyyədə oynadı
Bəli, hələ hərbi eskalasiyanın ilkin başlanğıc dövründən bir sıra ölkələr özünün vasitəçi rolunu təklif etmişdi. Türkiyə bu işdə daha fəal rol oynadı - hər iki tərəfin dövlət rəsmiləri ilə dəfələrlə görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2022-ci ilin martında Antalyada üçtərəfli görüşə nail ola bildi - Türkiyənin Antalya şəhərində Rusiya, Ukrayna və Türkiyə XİN rəhbərlərinin iştirakı ilə üçtərəfli görüş keçirildi. Görüş mühüm əhəmiyyət daşımaqla yanaşı, müharibə başlayan dövrdən Rusiya xarici işlər naziri Sergey Lavrov və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba arasındakı ilk canlı təmas kimi tarixə düşdü. Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya XİN rəhbərlərinin görüşünün təşkili siyasi ekspertlər tərəfindən də yüksək dəyərləndirildi. Hətta BMT Baş katibi Antonio Quterreş də bu müharibənin dayanması üçün ən real vasitəçinin Prezident Rəcəb Tayyib Ərdoğan olduğunu bildirdi.
Türkiyə Prezidentinin Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı oynadığı ən əhəmiyyətli rollardan biri isə ötən ilin iyulun 2-də “Taxıl dəhlizi” ilə bağlı anlaşmanın imzalanmasına nail olmaq oldu. “Taxıl dəhlizi” ilə bağlı sazişin icrasına başlanması ərzaq bazarlarına müsbət təsir göstərdi - Bir ton taxılın qiyməti 440-450 ABŞ dollardan 350-355 dollara endi. Taxıl idxalından birbaşa asılı olan ölkələrin üzləşdiyi problemlər də yavaş-yavaş aradan qalxdı. Beləliklə, Prezident Ərdoğan qlobal dünyanın ərzaq böhranı ilə üzləşməsinin qarşısını aldı...
Azərbaycan hər zaman Macarıstanı dəstəkləyib
Qeyd edildiyi kimi, təklifin Macarıstandan gəlməsi həm də bir simvolik xarakter daşıyır. Avropa məkanının “türk ölkəsi” kimi dəyərləndirilən Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi üzv qismində təmsil olunur. Beləliklə, rəsmi Budapeşt Türk dünyasının bir parçasına çevrilərək konkret məsələlərlə bağlı vahid platformada hərəkət etmək imkanı qazanıb. Bu, olduqca mühüm amildir. Təbii ki, 2021-ci ildə yeni formatda meydana çıxan TDT həm də ildən-ilə möhkəmlənən Türkiyə-Azərbaycan birliyinə söykənir. Macarıstan isə hər iki dövlətlə yaxın dostluq, qardaşlıq əlaqələrinə malikdir. Yeri gəlmişkən, yanvarın 30-da Budapeştdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Macarıstanın Baş naziri Viktor Orban arasında keçirilən geniş tərkibli görüş zamanı da Viktor Orban xalqlar arasında son onillik ərzində əlaqələrin və ənənəvi əməkdaşlığın gücləndirilməsinə mərhələli şəkildə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə minnətdarlıq edib: “Cənab Prezident, Siz Macarıstanın Türk Dövlətləri Təşkilatına qoşulmasına hər zaman dəstək vermisiniz. Biz bunu yüksək dəyərləndiririk. Macarıstan türkdilli dövlət kimi həmin platformada iştirak edən ölkədir və bu, bizim üçün nəinki mədəni, o cümlədən siyasi baxımdan əhəmiyyətlidir”.
Budapeşti Türk dünyası ilə birləşdirən amillər...
Bəli, Macarıstanla Türk dünyasını birləşdirən bağlar çoxdur. Macarıstanın Türk keçmişi, türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri, “Avropanın imperatoru” titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı Atilla xanın Macarıstan ərazisində yaratdığı dövlət bunu deməyə əsas verir. Demək olar ki, tarixin bütün dövrlərində Macarıstan ilə Türk dünyasının ortaq nöqtələri var. XVI əsrin birinci yarısında Macarıstanın cənub və şərq hissələri Osmanlı İmperiyasına daxil idi. 1520-1566-cı illərdə hakimiyyətdə olmuş Sultan Süleyman Qanuni yeddi dəfə Macarıstana yürüş edib. Bu yürüşlərin nəticəsi olaraq Macarıstanın şərq hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edilib. Sultan Süleyman Qanuni məhz Macarıstana yeddinci hərbi səfəri gedişində vəfat etmişdi və daxili orqanları çıxarılaraq orada basdırılmışdı...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18
Siyasət
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:09
Gündəm
25 Sentyabr 12:07
Gündəm
25 Sentyabr 12:05
Gündəm
25 Sentyabr 12:03
İqtisadiyyat
25 Sentyabr 12:03
Siyasət
25 Sentyabr 11:42
Gündəm
25 Sentyabr 11:36
İqtisadiyyat
25 Sentyabr 11:16
İqtisadiyyat
25 Sentyabr 10:58
İqtisadiyyat
25 Sentyabr 10:23
Siyasət
25 Sentyabr 09:45

