Türkiyə hava yolunu bağladı...
04.05.2023 [10:50]
Ermənistan ilə münasibətlərin gələcəyi sual altındadır
Azərbaycan ilə Türkiyə arasındakı strateji müttəfiqlik Cənubi Qafqaz regionunun gələcək inkişafı üçün mühüm perspektivlər formalaşdırır. Ölkələr arasındakı birlik, həmrəylik anlayışı, fəlsəfəsi həm milli, həm regional miqyaslı, həm də bəşəri xarakterlidir - Azərbaycan ilə Türkiyənin təşəbbüsləri, fəaliyyəti regionda sülhə, təhlükəsizliyə, əməkdaşlığa və ən əsası, həmrəyliyə yönəlib. Azərbaycan və Türkiyə bütün addımlarında sülhpərvərliklərini, humanist dəyərlərə əsaslandıqlarını bütün dünyaya nümayiş etdirirlər. Heç şübhəsiz, həm Azərbaycanın, həm də Türkiyənin regionda davamlı sülhün formalaşması, münasibətlərin inkişaf etdirilməsi istiqamətində atdığı addımlar əsaslı hədəflərə istiqamətlənib - bu addımlar bütövlükdə, regionun inkişaf tempinə sürət qazandıracaq, region ölkələrinin yeni mərhələdə iqtisadi inkişafını təmin edəcək. Təsadüfi deyil ki, Azərbaycanın Vətən müharibəsindəki zəfərinin ardından Türkiyə də Ermənistanla münasibətlərin normallaşdırılması yönündə bir sıra mühüm qərarları ilə yadda qalmışdı. Amma rəsmi İrəvanın öz təxribatlarına son qoymaması, Türkiyəyə qarşı əsassız ittihamlarını davam etdirməsi bu prosesin də üzərinə kölgə salır. Yeri gəlmişkən, Ankara Ermənistanın üzünə hava yolunu qapatdığını rəsmən açıqlayıb və bunun səbəbini izah edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində Ermənistandakı abidə təxribatından sonra Türkiyə hava məkanının erməni təyyarələri üçün bağlandığını açıqlayıb: “Mən bunu qəbul edə bilmirəm. Buna cavab olaraq hava məkanımızı erməni təyyarələri üçün bağladıq. Görüş üçün Türkiyəyə yalnız Ermənistan parlamentinin sədri gələcək, istisna olmaqla, ona icazə vermişik. Davam etsələr, yeni addımlar atacağıq” - deyə Çavuşoğlu xəbərdarlıq edib.
Normallaşma prosesi koordinasiyalı şəkildə aparılır...
Azərbaycan ilə Türkiyə strateji müttəfiq olaraq bütün sferalarda bir-birlərinin maraqlarını qoruyurlar. Hətta Ermənsitanla münasibətlərin normallaşması prosesi belə qarşılıqlı məsləhətləşmələr müstəvisində inkişaf edir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV-yə müsahibəsində bir daha təsdiqləyib. O bildirib ki, Ermənistanla münasibətlərin normallaşdırılması prosesini Azərbaycanla koordinasiya edirik. “Biz Ermənistanla dialoqa başlayarkən nə Ermənistan bizə qondarma “soyqırımı” qəbul edin deyib, nə də biz onlara bundan vaz keçin demişik”, - nazir qeyd edib. Türkiyə XİN rəhbəri vurğulayıb ki, İrəvanda “Nemezis” əməliyyatına abidə ucaldılması ilə Ermənistan xoşniyyətli olmadığını göstərir.
Yeri gəlmişkən, ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında aparılan danışıqlar raundunda Ermənistan parlamentinin vitse-spikeri, Türkiyə ilə danışıqlara rəhbərlik edən Ruben Rubinyan da iştirak edir. Təbii ki, Rubinyanın ABŞ-dakı danışıqlarda iştirakı Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin həm də Azərbaycanla rəsmi İrəvanın apardığı danışıqların nəticəsindən asılı olduğunu göstərir. Təsadüfi deyil ki, rəsmi Ankara dəfələrlə bu məsələ ilə bağlı açıq mövqe ortaya qoyub: istər münasibətlərin normallaşması, istərsə də hansısa razılıqların əldə olunması prosesi Azərbaycanla qarşılıqlı məsləhətləşmələr fonunda aparılır. Türkiyə hər zaman birmənalı şəkildə bu prosesdə Azərbaycanın maraqları çərçivəsində hərəkət edəcəyini açıqlayıb. Hələ ötən ilin avqustunda Ankarada keçirilən “Səfirlər konfransı”nda çıxış edən Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu bildirmişdi ki, Azərbaycanın Zəfərinin yaratdığı münbit şəraitdən davamlı sülh üçün istifadə edirik. Xüsusi nümayəndələrimiz Ermənistanla danışıqları davam etdirirlər: “Son günlər bölgədə baş verən gərginlik mövcud sabitliyin nə qədər kövrək olduğunu göstərdi. Dost da, düşmən də bilsin ki, Can Azərbaycan heç zaman yalnız deyil!”
Ermənistan Türkiyəyə qarşı təxriabatları davam etdirməklə...
Bu fikirlər, həm də prosesin qarşılıqlı məlumatlandırma çərçivəsində inkişaf etdiyinin növbəti təsdiqinə çevrilmişdi. Türkiyə hər zaman bildirib ki, Ermənistanın təxribatlara son qoyacağı, irəli sürülən şərtlərə əməl edəcəyi təqdirdə sərhədləri açmaqda maraqlıdır. Adıçəkilən konfransda çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirmişdi ki, sülh nitqləri ilə dünyada sülh bərqərar oluna bilməz. Meydanda güclü olmadan, masa arxasında qələbə əldə etməyin çətin olduğu da göz qabağındadır: “Təəssüf ki, Ermənistanın 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti qarşısında beynəlxalq ictimaiyyət ciddi addım atmadı. Azərbaycanlı qardaşlarımız illərdir itkilərinin acısı ilə yaşamağa məcbur olublar. 44 günlük mübarizə nəticəsində Qarabağ öz azadlığına qovuşdu və 30 illik işğala son qoyuldu. Biz bu tarixi fürsətin boşa getməməsi üçün çox çalışırıq. Qafqazda davamlı sülh yolunda mühüm nailiyyətlər əldə etmişik. Paşinyanla çox konstruktiv görüşümüz oldu. İnanıram ki, Ermənistan çağırışlara cavab verdikdə regionumuz qısa müddətdə sabitləşəcək”.
Amma Ermənistanın son davranışları bunun tam əksini nümayiş etdirir - rəsmi İrəvan bir tərəfdən Türkiyə ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bildirir, digər tərəfdən isə öz təxribatlarına ara vermir. Bu isə prosesin sağlam şəkildə inkişafına öz mənfi təsirini göstərir. Təbii ki, bu Azərbaycan müstəvisindən də xoş qarşılanmır. Çünki Türkiyə və Azərbaycan hər zaman qarşılıqlı şəkildə milli maraqlarını qorumağı özləri üçün ən vacib şərt sayırlar.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23

