Türk Birliyi güclənir
14.09.2023 [11:00]
Türkiyə - Qazaxıstan yaxınlaşmasının detalları
Türk dövlətlərinin biri-biri ilə isti münasibətlər qurmağa çalışdığı bu dönəmdə Türkiyə ilə Qazaxıstan arasında yaxınlaşma bütün sahələrdə hiss olunacaq səviyyədə artır. İki türk dövləti arasındakı siyasi əlaqələrin arzuedilən səviyyəyə gəlib çıxmasında heç şübhəsiz, Azərbaycanın da rolu böyükdür.
Rusiyanın narahatlığı
Məlum olduğu kimi sentyabr ayının 10-da Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Hakan Fidan Qazaxıstana rəsmi səfər edib. Türkiyə XİN rəhbərinin bu səfəri təkcə Qazaxıstan üçün deyil, eyni zamanda bütün Mərkəzi Asiya regionu üçün xüsusi önəm daşıyır. Məhz bu səbəbdən, Türkiyəli nazirin Qazaxıstan səfərinə Rusiya mediası da geniş yer ayırıb. Hətta biraz irəli gedərək, deyə bilərik ki, Rusiya mediası bu səfərə görə əməlli-başlı “əl-ayağa” düşüb. Rus saytları qardaş Türkiyənin XİN rəhbəri Hakan Fidanın “Türkiyə və Qazaxıstan təkcə qardaş deyil, həm də strateji tərəfdaşdırlar. Ankara müxtəlif məsələlərdə Astanaya dəstək verməyə hazırdır” kimi fikirlərinə xüsusi diqqət çəkiblər.
Səfəri şərh edən ekspertlərin fikrincə, Türkiyə həm ölkə daxilində, həm də xaricdə Qazaxıstanın maraqlarının qorunması baxımından vacib rol oynaya bilər.
“Ölkələrimiz arasında əməkdaşlığın əhəmiyyəti hər gün artır. Bu gün biz Türk Dövlətləri Təşkilatına sədrliyin Qazaxıstana keçəcəyi yubiley sammitinə hazırlığa başladıq. Məmnuniyyətlə qeyd etmək istərdik ki, cari məsələlərlə bağlı fikirlərimiz üst-üstə düşür” - deyə, Türkiyə Respublikasının Xarici İşlər naziri Hakan Fidan Astanada keçirilən mətbuat konfransında bildirib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər getdikcə daha çox institusionallaşır və dərinləşir. Nazir qeyd edib ki, Türkiyə ümumi investisiya həcmi 5 milyard dolları keçən Qazaxıstan iqtisadiyyatının ən böyük investorlarından biridir. Hakan Fidan həmçinin bildirib ki, tərəflər müdafiə sənayesi sahəsində əməkdaşlığı gücləndirmək üzərində də çalışırlar.
Xəzərdə əsas oyunçu kim olacaq?
Xatırladaq ki, Astana və Ankara müdafiə sektorunda birgə fəaliyyət barədə müqavilə bağlayıb. Belə ki, müqaviləyə əsasən, Türkiyə Qazaxıstan üçün hərbi gəmilər istehsal edəcək. Bundan sonra Rusiyadan fərqli olaraq, Qazaxıstan Türkiyənin köməyi ilə Xəzər dənizində ciddi donanma yarada bilər. Amerikalı analitik Pol Qoblun fikrincə, hadisələrin bu cür gedişatı Türkiyəni Xəzər dənizində əsas oyunçuya çevirə bilər ki, bu da regionda qüvvələr balansında ciddi dəyişikliklərə gətirib çıxara bilər.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidanın sözlərinə görə, Qazaxıstan və Türkiyə prezidentlərinin ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq barədə bəyanatı tamamilə mümkündür və o gün uzaqda deyil. Nazir bildirib ki, bütün bunlardan başqa, tərəflər enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi üzərində də işləyirlər.
Moskvanın kabusu: Transxəzər marşrutu
Məlum olduğu kimi bu ilin aprel ayından Qazaxıstan nefti Azərbaycan və Türkiyədən keçməklə Avropaya yola salınır. Artıq Qazaxıstan iyul ayından Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə illik həcmi 1,5 milyon ton olan neft ixracına başlayıb.
Türkiyə ilə Qazaxıstan, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialından istifadə edərək ticarət mübadiləsini də artırmağı planlaşdırır. Xatırladaq ki, Transxəzər marşrutu Rusiyadan yan keçir, ona görə də Avropa İttifaqı ölkələri bu marşrutun inkişafında son dərəcə maraqlıdırlar. Təbii ki, burada əsas məqsəd daşınan malların Rusiya ərazisindən keçməməsinə nail olmaqdır.
TDT-nin 10-cu sammiti...
Ekspertlər düşünür ki, həm daxili, həm də xarici siyasətdə Türkiyə Qazaxıstan üçün ən yaxşı strateji tərəfdaşlardan biridir. Xüsusən də ona görə ki, Türkiyə Qazaxıstana beynəlxalq siyasətdə türk faktorunu möhkəmləndirməyə, ümumən, Türk Birliyini gəlişdirməyə kömək edir. Bu yaxınlaşma həm də qazax xalqının şüuraltında onların regionda tək olmadığını, qardaş xalqların əhatəsində olduqları düşüncəsini möhkəmləndirir. Hazırda Qazaxıstan Rusiya və Çin kimi nəhəng ölkələrin qonşuluğunda, tamamilə fərqli ideologiyaların qovşağında milli köklərə dayanan, ortaq türk kimliyinə əsaslanan Türk Dövlətləri Təşkilatının inkişafına çalışır.
“Buna görə də Türkiyə vektoru təkcə xarici deyil, həm də Qazaxıstanın daxili siyasəti üçün xüsusilə vacibdir” - deyə Postsovet Araşdırmaları Mərkəzinin analitiki Stanislav Pritçin Türkiyə-Qazaxıstan yaxınlaşmasını şərh edərkən bildirib.
Ümumiyyətlə, rusiyalı ekspertlərin bu mövzudakı şərhləri əsasən, milli, etnik faktorun - türklüyün qabardılması ilə diqqət çəkir. İki qardaşın doğmalaşmasına əsasən, qaratikan prizmasından yanaşan rusiyalı siyasətçilər, mediada var gücləri ilə Qazaxıstanın gələcəyi üçün Türkiyənin deyil, Rusiyanın daha vacib olduğu iddiasını üyüdüb-tökməkdədirlər.
Aydındır ki, Türk Birliyinin güclənməsi, türk dövlətlərinin yaxınlaşması heç bir halda Rusiyanın xeyrinə deyil. Ancaq burada Moskvanı narahat edən ikinci önəmli məsələ, NATO üzvü olan Türkiyənin onun qonşuluğuna yaxınlaşması, müəyyən qədər təsir dairəsində saxlaya bildiyi Mərkəzi Asiya ölkələrində rolunu önəmli dərəcədə artırmasıdır.
Rusiya öz narahatlığında olsun, bu arada Türkiyə universitetləri Qazaxıstanda filiallarının açılması məsələsini nəzərdən keçirir. Bu barədə Qazaxıstanın Xarici İşlər naziri Murat Nurtleu bildirib.
Türkiyə və Qazaxıstanı yaxınlaşdıracaq daha bir önəmli addım isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın noyabrın 3-də Qazaxıstana gözlənilən səfəridir. Belə ki, Rəcəb Tayyib Ərdoğanın Türk dünyasının mənəvi paytaxtı olan Türküstanda keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu sammitində iştirak edəcəyi gözlənilir.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

