BMT - də dəyişikliklərə start verilir
19.09.2023 [11:30]
ABŞ TŞ üzvlərinin artırılmasını dəstəkləyəcək
Dünyanın ən böyük təşkilatı sayılan BMT-də uzun müddətdir ki, gözlənilən və müzakirə olunan dəyişikliklərin anonsu verilməkdədir. Belə ki, qurumun əsas gücü sayılan və qlobal hərbi-siyasi gündəmə birbaşa təsir imkanlarına malik BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər gözlənilir. Yayılan məlumata görə, çoxdan gözlənilən islahatlar haqqında danışılsa da, TŞ-dakı təmsilçilərin sayı, müəyyənləşmə mexanizmləri, regional təmsilçilik məsələsi haqda hələlik geniş açıqlama verilmir. Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri ABŞ, Rusiya, Fransa, Çin və Böyük Britaniyadır. Təşkilatın 10 qeyri-daimi üzvü isə müəyyən qaydalar əsasında dəyişir. Bir müddət əvvəl Azərbaycan və Turkiyə də BMT TŞ-da struktur dəyişikliyinin edilməsi zəruriliyini vaxtaşırı önə sürmüşdü. İndiki halda isə ABŞ prezidenti Bayden də BMT Təhlükəsizlik Şurasının strukturunda dəyişikliklər etməyin vaxtının çatdığını düşünür. Verilən məlumata görə, ABŞ prezidenti Təhlükəsizlik Şurasında dəyişikliklərlə bağlı məsələni həll etməyi planlaşdırır. Bunu ABŞ prezidentinin BMT Baş Assambleyasındakı çıxışından əvvəl Ağ Evin strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. Kirbi bildirib ki, ABŞ hakimiyyəti daha çox sayda üzv ölkələrin Təhlükəsizlik Şurasına daxil edilməsi qərarını dəstəkləyəcək.
Quterreşin etirafı...
Ümumiyyətlə, son dövrlərdə artan kataklizmlər qlobal təhlükəsizliyə açıq təhdid yaradır və bunu görməmək mümkün deyil. Dünyanın əksər bölgələrində hərbi qarşıdurmalar aktiv hal alır və təəssüfləndirici haldır ki, sülhün bərqərar olunmasına xidmət göstərməli beynəlxalq platformalar, eyni zamanda BMT baş verənlərə münasibətdə dərin susqunluq içindədir. Ümumiyyətlə, BMT-nin son illərdəki fəaliyyətində mütləq geriləmələrin müşahidə olunduğu ilk baxışdan bəllidir. Hətta Ukrayna - Rusiya qarşıdurması zamanı BMT vasitəçilik missiyasını belə uğurla yerinə yetirə bilmədi və bu, qurum daxilində mühüm reformların gərəkdiyini ortaya qoydu. Yaranan vəziyyət nonsesdir. Aktiv müharibələrin getdiyi, günahsız insanların öldürüldüyü bir zamanda, siyasi qütblərin daha kəskin və təhlükəli müharibələr haqda anonslar səsləndirdiyi vaxtda BMT susur, proseslərə müdaxilə etmək istəmir, əksinə kənardan izləyici funksiyasında dayanmağa üstünlük verir. Bu isə paradoksal vəziyyət yaradır. Ortaya bəzi versiyalar çıxır - ya BMT maraqların döyüşündə tərəf olmaq istəmir, ya artıq tərəfdir və ya qurum daxilində inqilabi dəyişikliklərə ehtiyac duyulur. Müşahidə olunanlar BMT Təhlükəsizlik Şurasının fəaliyyətinin iflic duruma düşdüyü görüntüsünü yaradır. Bu fakt BMT rəsmiləri tərəfindən də etiraf olunur. Məsələn, bu ilin may ayında Xirosimada keçirilən G7 sammitində çıxış edərkən BMT-nin Baş katibi Antonio Quterreş də BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasını zəruri hesab etdiyini söyləyib. Baş katibin fikrincə, təşkilat artıq müasir reallıqlara uyğun gəlmir. Quterreşin sözlərinə görə, bu qurum 1945-ci ildə formalaşdığı zaman dünya düzəninə uyğun olub. O vaxtdan bəri, həmin sistem köhnəlib və təsirini itirib. Baş katib rəhbərlik etdiyi təşkilatın strukturunu tənqid edərək deyib: “Mən çox açıq deyəcəyəm: Təhlükəsizlik Şurası Rusiya-Ukrayna müharibəsinin qarşısını almaq və bitirmək üçün əlindən gələni edə bilmədi. Bu, böyük məyusluq və qəzəb doğurur”.
Dünya 5-dən böyükdür...
Bu gün ABŞ-ın zəruri saydığı bu islahatların aparılması ilə bağlı ilk təklif isə öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gəlmişdi. BMT Baş Assambleyasının tribunasından “Dünya beşdən böyükdür!”, - deyən Ərdoğan bu yöndə təşəbbüslərini müxtəlif platformalarda da davam etdirmişdi. Türkiyə Prezidenti qeyd etmişdi ki, BMT Təhlükəsizlik Şurasının inklüziv islahatı təcili ehtiyacdır. “Beş ölkə arasında bəşəriyyətin taleyini tələyə salan hazırkı nizam davamlı deyil”, - deyə Rəcəb Tayyib Ərdoğan bəyan edib.
Nəzərə almaq lazımdır ki, üzv ölkələrin iştirakçılığı və beynəlxalq hüququn təmin olunması ilə dünyada sülh və iqtisadi rifah naminə əməkdaşlıq BMT-nin əsas missiyalarından biridir və məhz sadalanan meyarlar qlobal səviyyədə uzunmüddətli təhlükəsizliyin əsasını təşkil edir.
Azərbaycanın təklifi...
Azərbaycan da BMT TŞ-nın yenidən formalaşdırılması ilə bağlı mütəmadi olaraq fikir bildirən ölkələrdəndir. Dövlətimizin bununla bağlı mövqeyi isə aydın və məntiqlidir. BMT TŞ-nın Azərbaycanın işğal altında olan əraziləri ilə bağlı qəbul etdiyi 4 qətnamə 30 ilə yaxın icra edilmədi - Azərbaycan bu qətnamələrin icrasını öz üzərinə götürdü. Təsadüfi deyildi? ki, Azərbaycan Prezidenti İlham Əliyev BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin yenidən işlənməsini təklif etmişdi. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatının və Qoşulmama Hərəkatının üzvü olan ölkələrin də bu qurumda daimi təmsilçiliyinin vacibliyini vurğulamışdı. Bu ilin yanvar ayında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin ölkəmizə baş tutan səfəri çərçivəsində mətbuata verdiyi bəyanatında Prezident İlham Əliyev qeyd etmişdi ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir: “Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35

