Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Elm / SDU rektorundan sumqayıtlı abituriyentlərə çağırış

SDU rektorundan sumqayıtlı abituriyentlərə çağırış

08.08.2026 [12:06]

Sumqayıt Dövlət Universitetinin (SDU) rektoru Nurəli Yusifbəyli ixtisas seçimi mərhələsində olan abituriyentlərə müraciət edib. Rektor universitet seçiminin yalnız ixtisas deyil, həm də gələcək həyat keyfiyyəti, vaxtın səmərəli idarə olunması və sağlamlıq baxımından strateji qərar olduğunu vurğulayıb.

O, xüsusilə Sumqayıtda yaşayan və hər gün digər şəhərlərə təhsil almaq üçün gedib-gələn gənclərin üzləşdiyi vaxt itkisi, əlavə maliyyə xərcləri və fiziki-psixoloji yorğunluğa diqqət çəkib. 

Rektorun müraciətini olduğu kimi təqdim edirik:

"Əziz abituriyentlər!

İlk növbədə, hər birinizi həyatınızın ən mühüm mərhələlərindən biri olan ixtisas seçimi mərhələsinə qədəm qoymağınız münasibətilə ürəkdən təbrik edir, sizə bu məsuliyyətli yolda doğru seçimlər, yüksək nailiyyətlər və parlaq gələcək arzulayıram!

Universitet seçimi yalnız ixtisas seçimi deyil, həm də gələcəyinizə, vaxtınıza, sağlamlığınıza və həyat keyfiyyətinizə verilən strateji qərardır.
Təhsil auditoriyada əldə olunan biliklərlə məhdudlaşmır. Uğurlu tələbə olmaq, eyni zamanda, vaxtı düzgün idarə etmək, resurslardan səmərəli istifadə etmək və cəmiyyətə, ətraf mühitə məsuliyyətlə yanaşmaq deməkdir.

Bu baxımdan, Sumqayıtda yaşayan gənclərin hər gün digər şəhərlərə uzunmüddətli gediş-gəlişi həm vaxt itkisinə, həm əlavə maliyyə xərclərinə, həm də fiziki və psixoloji yorğunluğa səbəb olur.

Təhlillər göstərir ki, bu amillər tələbələrin akademik nəticələrinə və sosial həyatına birbaşa təsir edir. Eyni zamanda, nəqliyyatdan daha az istifadə ekoloji tarazlığın qorunmasına və ölkəmizin "Yaşıl dünya" və davamlı inkişaf hədəflərinə mühüm töhfə verir.

Əziz sumqayıtlı abituriyentlər!

Sizin vaxtınız, təhlükəsizliyiniz, sağlamlığınız və gələcəyiniz bizim üçün ən böyük dəyərdir. Məhz buna görə sizi doğma şəhərinizdə müasir təhsil mühiti, güclü professor-müəllim heyəti, sənaye ilə inteqrasiya olunmuş təhsil imkanları və zəngin tələbə həyatı təqdim edən Sumqayıt Dövlət Universitetini seçməyə dəvət edirəm.

İnanıram ki, düzgün verilmiş qərar gələcək uğurlarınızın möhkəm təməlini qoyacaq."

Paylaş:
Baxılıb: 78 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Gündəm

3-cü işğal...

07 Avqust 11:40  

Analitik

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31