Hər şey Fransada “İnterkontinental” hotelindən başladı
18.10.2023 [10:20]
2023-cü il oktyabrın 15-də Azərbaycan gerbinin Xankəndidə asılması və üçrəngli bayrağımızın ucaldılması ilə Azərbaycanın Qarabağda suverenliyi tam bərpa olundu. Beləliklə, 100 illik bədnam tarixin sonu gəldi. Yaşananlardan, ərazilərimizdə separatizmin kökünün birdəfəlik kəsilməsindən xalqımız sonsuz qürur duyur. Tariximizdə həmişəlik qalacaq bu əlamətdar hadisənin “Heydər Əliyev İli”nə və məhz oktyabr ayına təsadüf etməsi isə böyük rəmzi məna daşıyır.
Uzaq 1987-ci ilin oktyabrı, Fransanın paytaxtı Paris
Təxminən 30 il ərzində həllini tapmayan keçmiş Dağlıq Qarabağ münaqişəsi ölkəmizin, xalqımızın həyatına miqyası çox böyük olan məhrumiyyətlər gətirdi. Faciələr yaşadıq, bir milyon soydaşımız illərlə qurub-yaratdığı ev-eşiyindən didərgin düşdü, çadırlarda, vaqonlarda ağır qaçqınlıq, məcburi köçkünlük həyatı yaşadı, Birinci və İkinci Qarabağ müharibələrində şəhidlər verdik, işğal altında qalan ərazilərimizdə tarixi mədəni-dini irs nümunələrimiz vəhşicəsinə dağıdıldı. Bir sözlə, gənc müstəqil dövlətimiz humanitar faciə ilə üzləşdi. Ancaq xalqımız dözdü, ədalətsizliyə son qoyulacağına və doğma yurd yerlərinə qayıdacağına inamını heç vaxt itirmədi və o gün gəldi.
Bu qədər faciələrə və məhrumiyyətlərə səbəb olan keçmiş Dağlıq Qarabağ münaqişəsinin əsası isə uzaq 1987-ci ilin oktyabrında Fransanın paytaxtı Parisdə qoyulmuşdu. Hər şey buradakı “İnterkontinental” hotelindən başladı...
Təfərrüatları xatırlayaq. 1982-ci il 3 dekabr tarixində 1969-cu ildən Azərbaycana uğurla rəhbərlik etmiş Heydər Əliyev Bakıdan keçmiş ittifaqın paytaxtı Moskvaya getdi. Bu gediş adi bir gediş deyildi. Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin büro üzvü seçilmiş və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin olunmuşdu. Onu keçmiş ittifaq rəhbərliyində məsul vəzifələrin icrası gözləyirdi.
Heydər Əliyev 1987-ci ilin oktyabrınadək Ona həvalə olunan bütün vəzifələrdə ləyaqətlə çalışdı və böyük nüfuz qazandı. SSRİ-nin yeni rəhbəri M.Qorbaçov Heydər Əliyevin artan nüfuzunu sinirə bilmir və buna qısqanclıqla yanaşırdı. Ümumiyyətlə, M.Qorbaçov ölkənin idarəçiliyində ciddi pozuntulara yol verirdi. Belə olan halda keçmiş ittifaq rəhbərliyinin siyasətinə etiraz edən Heydər Əliyev 1987-ci il oktyabr plenumunda tutduğu bütün vəzifələrdən istefa verdi. Heydər Əliyevin ittifaq rəhbərliyindən getməsinə ən çox sevinənlər M.Qorbaçovun yan-yörəsində özlərinə yer etmiş ermənilər oldular. Onlar Heydər Əliyevin yoxluğunu millətçilik ideyalarını həyata keçirmək üçün bir fürsət kimi dəyərləndirdilər. Erməni millətçiləri hesab edirdilər ki, artıq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi uğrunda açıq fəaliyyətə başlamaq zamanı çatıb. Beləliklə, M. Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri A.Aqanbekyan Parisdə “İnterkontinental” hotelində Fransa nəşrinə verdiyi müsahibəsində keçmiş DQMV-nin Ermənistana birləşdirilməsinin iqtisadi cəhətdən daha sərfəli olmasını və bu məsələ üzərində xüsusi komissiyanın işlədiyini bəyan edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ideyasını irəli sürdü. Hadisələrin sonrakı inkişafı məlumdur. Prezident İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında baş verənləri xatırlayaraq vurğulayıb: “1987-ci ildə Heydər Əliyev öz vəzifəsindən kənarlaşdırıldı, Sovet İttifaqı Kommunist Partiyasının büro üzvlüyündən çıxarıldı. Sovet İttifaqının Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən də çıxarılmışdı. İki həftə keçməmiş erməni millətçiləri məsələ qaldırmışdılar ki, Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycandan Ermənistana verilsin. Bunu da qaldıran Moskvada oturan erməni millətçisi idi. Bu məsələ harada qaldırıldı, Fransanın bir qəzetində, yenə Fransa. Yəni, bu gün o tarixə qayıdarkən və o hadisələri təhlil edərkən bir daha görürsən ki, heç bir şey təsadüfi olmayıb. Əfsuslar olsun ki, ovaxtkı Azərbaycan rəhbərliyi faktiki olaraq vəziyyəti nəzarətdən buraxdı, qorxaqlıq, acizlik, qətiyyətsizlik göstərdi. Faktiki olaraq o vaxt millətçilər buranı zəbt eləmişdilər, bax, bu meydanda nə qədər anti-Azərbaycan şüarı ilə mitinqlər keçirilmişdir və bütün bunlar millətçiləri daha da ruhlandırırdı. Ermənistandan buraya durmadan erməni millətçiləri, daşnaklar, qaniçənlər, beynəlxalq terrorçular gəlirdilər. Xalqımıza qarşı etnik təmizləmə siyasəti məhz buradan başlamışdı. Bax, o illərdə o binada oturanlar, bütün erməni və Azərbaycan xalqlarının faciələrinin səbəbkarlarıdır. Cəmi altı il Azərbaycan Heydər Əliyevsiz qalmışdır və bu altı il bizim üçün faciəvi, böhranlı, utancverici illər kimi tarixdə qaldı. Torpaqlar işğal altına düşdü, bir-birini dəyişən antimilli hökumətlər faktiki olaraq ancaq öz şəxsi maraqlarını qorumağa çalışırdılar, həm sovet dövründə, həm müstəqillik dövründə. Xüsusilə AXC-Müsavat antimilli cütlüyünün xəyanətkar və satqın fəaliyyəti nəticəsində bütün bu boyda ərazi işğal altına düşdü, sonra da qorxaqcasına öz vəzifələrini guya donduraraq kənara çəkildilər”.
Heydər Əliyev yenilməz bir sipər idi
Əslində, A.Aqanbekyanın Parisdəki “İnterkontinental” hotelində verdiyi bədnam müsahibədə yeni bir şey deyilmirdi. Sağalmaz “Miatsum” xəstəliyinə tutulan ermənilərin keçmiş Dağlıq Qarabağa iddiaları həmişə olub. Erməni millətçiləri bu məsələni dəfələrlə SSRİ rəhbərliyinin masasına daşıyıblar. Ancaq Heydər Əliyev fenomeni həmişə onların bəd niyyətlərinin qarşısını alıb. “Mən o illəri xatırlayıram və xüsusilə Heydər Əliyev sovet Azərbaycanında rəhbərliyə gələndən sonra Qarabağda o vaxta qədər olmuş bəzi millətçi qüvvələr tamamilə kənara çəkilmişdi. Düz 18 il. 1969-cu ildən 1982-ci ilə qədər bir dənə də xoşagəlməz hala rast gəlinməmişdi. Mən xatırlayıram, atamla birlikdə burada olmuşam. O ab-havanı mən xatırlayıram”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Görkəmli şairimiz Bəxtiyar Vahabzadənin təbirincə desək, Heydər Əliyev ermənilərin qarşısında bir sipər kimi dayanırdı. O, ötən əsrin altmışıncı illərində Azərbaycan SSR DTK-da müxtəlif vəzifələrdə çalışarkən və sonradan qurumun sədri olarkən erməni millətçilərinin Ermənistanda və Xankəndidə Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı fəaliyyətlərinin izinə düşmüşdü. Erməni millətçiləri tərəfindən hazırlanan bu ssenarilər müxtəlif istiqamətləri əhatə edirdi. Bu ssenarilərə, həmçinin Xankəndidə və digər ərazilərdə erməni əhalisinin Azərbaycan hakimiyyətindən narazılığını ifadə edən aksiyaların təşkil olunması, milli zəmində cinayətlərin törədilməsi, hətta erməni gənclərinin azərbaycanlılar tərəfindən qətlə yetirilməsi, Dağlıq Qarabağın respublikamızla iqtisadi bağlılığının olmaması ilə əlaqədar təbliğatlar aparılması və s. daxil idi. Respublika DTK-nın sədri Heydər
Əliyev bütün bu kimi faktlar barədə müfəssəl hesabatlar hazırlayaraq respublikanın o vaxtkı rəhbərliyinə təqdim etdi və qeyd olunan ssenarilərin hamısının qarşısını aldı.
Digər erməni millətçiləri kimi, A.Aqanbekyanın “İnterkontinental” hotelində verdiyi bədnam müsahibəsində ifadə etdiyi guya Dağlıq Qarabağın Azərbaycanla iqtisadi inteqrasiyasının olmadığı kimi cəfəng fikirlərin heç bir əsaslandırması yox idi. Müdrik siyasətçi olan Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə erməni millətçilərinin qarşısını yalnız öz nüfuzu ilə kəsmirdi, həm də bölgənin digər regionlarımızla inteqrasiyasını diqqət mərkəzində saxlayır və bu məqsədlə əməli tədbirlər görürdü. Onun səyləri sayəsində Dağlıq Qarabağı Azərbaycanın digər guşələri ilə bağlayan müasir yol şəbəkəsi quruldu, o cümlədən Xankəndinə dəmir yolu çəkildi. Heydər Əliyevin təşəbbüsü ilə keçmiş DQMV-nin ərazisində təchizatı Azərbaycanın ayrı-ayrı bölgələrindən təmin olunan bir sıra istehsalatlar quruldu.
Paralel şəkildə, Heydər Əliyev Dağlıq Qarabağda yaşayan azərbaycanlılar arasında milli ruhun gücləndirilməsinə böyük səy göstərirdi. Şuşanı Azərbaycanın rəmzi kimi dəyərləndirən Heydər Əliyev burada mədəni mühitin canlandırılması üçün müxtəlif layihələrin, poeziya və musiqi bayramlarının keçirilməsinə nail olurdu. 1982-ci il yanvarın 14-də qarlı havada Heydər Əliyevin və ailə üzvlərinin iştirakı ilə Şuşada M.P.Vaqifin əzəmətli məqbərəsinin böyük təntənə ilə açılışı baş tutdu. Bütün bu kimi layihələrlə Heydər Əliyev Dağlıq Qarabağın Azərbaycanla iqtisadi, mədəni və milli bağlılığını gücləndirirdi.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

