Müharibənin 665-ci günü...
20.12.2023 [11:00]
Ukrayna tək qalır?
Sonu görünməyən Rusiya-Ukrayna müharibəsinin başlamasından 665 gün ötür. Nəticələr, əlbəttə ki, faciəvidir. Ötən dövrdə hər iki tərəfdən on minlərlə insanın həyatına son qoyulub. Ukraynanın ayrı-ayrı şəhərləri, infastruktur dağıdılıb, sayı milyonlarla ölçülən dinc əhali doğma ev-eşiyini tərk etmək məcburiyyətində qalıb.
Ötən 665 gündə müharibənin gedişində müxtəlif ssenarilər müşahidə edilib. ABŞ başda olmaqla kollektiv Qərbin Rusiyanın maliyyə imkanlarını məhdudlaşdırmaq üçün bu ölkəyə qarşı tətbiq etdiyi sərt sanksiyalar və Ukraynaya genişmiqyaslı dəstək göstərilməsi fonunda müxtəlif versiyalar irəli sürülürdü. İddia olunurdu ki, Ukraynanın müqavimət göstərməsi çətin olmayacaq, hətta cari ilin yayında başlanan əks-hücum əməliyyatlarının bu ölkəyə böyük üstünlüklər qazandıracağı gözlənilirdi. Lakin son günlərdə ABŞ-dan, digər Qərb dövlətlərindən, həmçinin ön xətdən gələn xəbərlərdən o qənaət hasil olur ki, müharibə ssenarisi Ukraynanın arzulamadığı istiqamətdə dəyişə bilər. Nə baş verir? Məgər Ukrayna təklənir?
Ukraynanın özünü doğrultmayan yardım gözləntiləri
Ötən dövrdə Ukraynanın qətiyyətli müqavimət göstərməsini şərtləndirən amillər sırasında heç şübhəsiz ki, kollektiv Qərbin bu ölkəyə arası kəsilməyən yardımı müstəsna rol oynayıb. Yardımlar Ukraynaya müxtəlif adda hərbi texnikanın tədarükündən tutmuş büdcənin dəstəklənməsinədək geniş əhatə dairəsinə malik olub. Ukraynanın başlayacağı əks-hücum əməliyyatlarına isə xüsusi hazırlıq görülürdü...
Lakin bütün bunların artıq keçmiş olduğunu söyləmək mümkündür. Əks-hücum əməliyyatları başlasa da, gözlənilən səmərəni vermədi. Eyni zamanda, yardımların Ukraynada nəzərdə tutulan məqsədlərə sərf olunmadığı, hətta mənimsənildiyinə dair informasiyalar yayıldı. Paralel şəkildə, uzanan müharibə fonunda Qərbin özündə də bir sıra neqativlərin baş verdiyi izlənilir. İndi aydın şəkildə dərk olunur ki, sanksiyalardan itirən yalnız Rusiya deyil, elə Qərb dövlətlərinin özü də bundan ziyan çəkirlər. Necə deyərlər, sanksiyalar ikibaşlı dəyənək kimi, həm Rusiyanı, həm də bu sanksiyaları tətbiq edən ölkələrin özlərini döyür. Bütün bu kimi proseslərə görə də Qərbdə müharibəyə baxışların və yanaşmaların dəyişdiyi, başqa sözlə desək, ayrı-ayrı dövlətlərin artıq müharibədən yorulduğu sezilir. Bu gün ABŞ-da və Avropada müharibənin əvvəlki mərhələsində Ukraynanın dəstəklənməsi üçün nümayiş etdirilən həvəsin qalmadığı və yaxud hədsiz dərəcədə azaldığı aydın görünür. Bir qədər bundan əvvəl Ukrayna prezidenti V.Zelenski Qərb turnesinə çıxdı. Məqsəd tərəfdaş dövlətlərin Ukraynaya yeni yardım paketləri ayırmalarına nail olmaq idi. Məsələn, V.Zelenski ABŞ Senatının
üzvləri ilə görüşdə onları Ukraynada ciddi korrupsiyanın olmadığına və bununla bağlı xəbərlərin Kiyevə yardım göstərilməsinə mane olmayacağına inandırmağa çalışıb. Bu barədə CNN telekanalı məlumat yayıb. Cənubi Dakotadan olan respublikaçı senator Mayk Roundsun sözlərinə görə, Zelenski senatorları Amerikanın vəsaitlərinin mənimsənilməyəcəyinə inandırmağa çalışıb. Senator, Ukrayna liderinin Kiyevin yardım şəklində almaq istədiyi dəqiq məbləği açıqlamayıb.
Ukrayna prezidenti yardım almaq məqsədilə digər ölkələrə də gedib. Bununla belə, onun bu səfərlərdən gözləntilərinin doğrulduğunu söyləmək çətindir. Yardım bir yana qalsın, V.Zelenskinin qarşılanma mərasimləri də əvvəlki təmtərağını itirib. Ona bir vaxtlar olduğu kimi xüsusi ehtiram bəslənilmir, auditoriyalara daxil olanda hamı onu ayaq üstə qarşılamır...
Bütün bunlar da indiki həssas dönəmdə Ukrayna üçün mənfi siqnallardır ki, bu da böyük məyusluq doğurur. Yeri gəlmişkən, ümidsizlik və məyusluq V.Zelenskinin son açıqlamalarında da hiss olunur. O, əks-hücum əməliyyatlarının başlaması ərəfəsində daha cəsarətli görünür və tamam fərqli ritorikada danışırdı. İndi Ukraynadan gələn məlumatlarda hücum ritorikası yerli-dibli yoxdur. “Ukrayna cəbhəsindəki vəziyyət böhranlı deyil. Lakin qış dövründə həm hücum, həm də müdafiə xarakterli əməliyyatlar səngiyir, buna görə də, indi hücumların qarşısını almaq vacib məsələdir”. Bunu V. Zelenski Şimali Avropa Ölkələri Sammitinin iştirakçıları ilə keçirilən mətbuat konfransında bildirib.
Göründüyü kimi, hazırda Ukraynada müzakirələr daha çox müdafiənin qurulmasından gedir. Belə vəziyyətdə əvvəllər itirilmiş sayılan ərazilərin geri qaytarılması prioriteti arxa plana keçib.
Avropa İttifaqında təxirə salınan müzakirələr
Avropada hələ də Ukraynanın dəstəklənməsinin zəruri olduğunu bildirən ölkələr var. Almaniya Kansleri Olaf Şolts bildirib ki, Avropa İttifaqının Brüssel sammitinin iştirakçıları Kiyevə davamlı dəstəyin açıq siqnalını verməlidir. Olaf Şolts Ukrayna üçün Avropa Sülh Fondunun Kiyevin Rusiyaya “müqavimətini davam etdirməsi” üçün əsas olduğunu qeyd edib. Bununla belə, Avropa İttifaqı ölkələrinin liderləri Ukraynaya əlavə maliyyə yardımı göstərilməsində konsensusa nail ola bilməyib və gələn ilin əvvəlində məsələ yenidən müzakirə olunacaq. “Politico” nəşri bu məlumatı Avropa Şurasının rəhbəri Şarl Mişelə istinadən yayıb. Qurum rəsmisinin sözlərinə görə, yaxın illər ərzində Ukraynaya 50 milyard avroluq yardım paketinin ayrılmasını nəzərdə tutan Aİ büdcəsinə yenidən baxılacaq.
Büdcənin yeni variantının təsdiqinə əsas maneə Macarıstanın mövqeyidir. Avropa İttifaqının bu günlərdə Brüsseldə keçirilən sammitində Macarıstanın baş naziri Viktor Orban hazırda maliyyə məsələsində mövqeyini dəyişmək niyyətində olmadığını bildirib. Beləliklə, Avropa İttifaqının sammitində növbəti dörd il ərzində Ukraynaya 50 milyard avroluq büdcə yardımı proqramını təsdiqləmək mümkün olmayıb və müzakirələr təxirə salınıb. Gələn ilin əvvəlinədək saylı günlər qalıb. Fövqəladə nə baş verməlidir ki, Macarıstan qısa müddətdə inadından geri dönsün? Bunun baş verəcəyinə inam çox azdır. Bu isə o anlama gəlir ki, Ukrayna Aİ-dən əlini üzməlidir.
ABŞ-da fikir ayrılığı və yaxud son yardım anonsu
Ötən dövrdə Ukraynaya yardım düşərgəsinin lideri qismində məhz ABŞ çıxış edib. C.Bayden iqtidarı öz ənənəsinə bu gün də sadiq qalmaq istəyir. Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Ağ Ev Ukraynaya 200 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrılmasını təsdiqləyib. “Ukraynaya 200 milyon dollarlıq yardım paketinə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursatlar daxil olacaq”. Bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib. Onun bəyanatı Dövlət Departamentinin saytında dərc olunub. Paketə həmçinin 155 mm və 105 mm-lik döyüş sursatları, yüksək sürətli əks-radar raketləri, atıcı silahlar üçün sursatlar, eləcə də HESCO maneələri daxildir.
Lakin ABŞ-da digər ölkələr kimi, Ukraynaya yardım göstərilməsi də yalnız C.Baydenin iradəsindən asılı deyil. Hələlik ABŞ Konqresi ilə Ukraynaya əlavə yardım ayrılmasında razılığa gəlmək mümkün olmur. “Konqres əlavə yardım göstərməsə, bu, Ukraynaya təmin edə biləcəyimiz son təhlükəsizlik yardım paketlərindən biri olacaq”, - deyə Blinken açıqlamasında bildirib.
Eyni zamanda, Ukraynaya yardım göstərilməsinin respublikaçılar tərəfindən mövcud iqtidara qarşı təzyiq vasitəsinə çevrildiyi müşahidə edilir. Bu xüsusda respublikaçı senator Coş Houlinin fikirləri diqqət çəkir. Respublikaçı senatorun iddialarına görə Ukrayna Avropanın problemidir. O bu xüsusda fikirlərini ifadə edərək deyib: “Bizim xaricdəki əsas rəqibimiz Çindir. Ukrayna isə mənə elə gəlir ki, Avropada yerləşir. Nə üçün onlara avropalılar yox, ABŞ kömək etməlidir?”
Müharibə nə vaxt və hansı şərtlərlə bitəcək?
Bu arada Rusiyanın dövlət başçısı V.Putin müharibənin başa çatması ilə bağlı ölkəsinin mövqeyini yenidən açıqlayıb. Rusiya ilə Ukrayna arasında sülh xüsusi hərbi əməliyyatın məqsədlərinə tam nail olunduqdan sonra mümkündür. Bu fikirləri Rusiya prezidenti birbaşa yayımda müvafiq suala cavab verərkən bildirib.
V.Putin deyib ki, xüsusi hərbi əməliyyatın məqsədləri dəyişmir. Bu, Ukraynanın denatifikasiyası, demilitarizasiyası və neytral statusudur.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

