Rusiya-Çin birliyi: Ağ Evin qara günləri
22.12.2023 [11:20]
Dünyada Qərbin iqtisadi və siyasi təzyiqlərinə baxmayaraq xarici dairələrin diktəsiylə yox, öz ölkəsinin maraqlarından çıxış edən azsaylı ölkələr var ki, onlardan biri də Asiya regionunun əsas güclərindən olan Çindir. Bildiyimiz kimi, ABŞ-la Çin arasında onsuz da soyuq olan münasibətlər Rusiya-Ukrayna müharibəsi başlayandan sonra daha da pisləşməyə üz qoyub. Antirusiya blokuna qoşulmadığına görə ABŞ və onun müttəfiqləri tərəfindən təzyiqlərə məruz qalan Çin hələ də özünün neytral xarici siyasət strategiyasına sadiq qalmağı bacarır.
Qlobal şantaj üsulları
Əslində, Rusiya ilə üzbəüz gəlməyə risk etməyən Qərbin region dövlətlərini Moskvaya qarşı blokda yer almağa məcbur etməsi, qonşu ölkələri Rusiya kimi nəhəngin şikarına çevirməsi, ən pisi isə bu dövlətlərin uzağı görə bilməyən rəhbərlərinin əli ilə onların müstəqilliyini, təhlükəsizliyini risk altına atması həm siyasi, həm də mənəvi anlamda riyakarlıqdır. Uzun müddətdir ki, Qərb Cənubi Qafqazı da Rusiyaya qarşı savaşın içinə qatmağa çalışır. ABŞ və müttəfiqləri bu ölkələrin iqtisadi-siyasi zəifliyindən, açıq desək, Avropa fondlarının maliyyə qrantlarına möhtac qalmalarından sui-istifadə edir və müstəqilliyi hər an təhlükə altına düşə biləsi kiçik dövlətləri Rusiya ilə qeyri-bərabər savaşa təhrik edir.
Lakin Azərbaycan kimi iqtisadi cəhətdən güclü, siyasi baxımdan dayanıqlı, hərbi potensialı yüksək, ən əsası, təcrübəli və üstün zəkaya malik siyasi lideri olan dövlətlər bu cür təhlükəli manevrlərdən, xarici avantüralardan itkisiz, zədəsiz yayınmağı bacarır.
Bundan əvvəl qeyd etdiyimiz kimi, hazırkı dövrdə soyuq məntiqlə hərəkət edən, həm Qərb, həm Rusiya ilə normal münasibət saxlamağa çalışan ölkələrdən biri də Çindir. Maraqlıdır, Çin bu balansı nə vaxta kimi qoruyub saxlaya biləcək? Rusiya ilə bir çox sahədə əməkdaşlığını dayandırmadığına görə Pekini Qərb tərəfdən hansı cəzalar gözləyə bilər?
Çin lideri Si Cinpinlə ABŞ prezidenti Co Bayden arasında bu ilin noyabr ayında keçirilmiş görüşün uğursuzluqla nəticələndiyini söyləmək mümkündürmü?
Bu kimi suallar son günlər Çin və Rusiyanın siyasi gündəmində müzakirə edilən əsas məsələlərdəndir.
200 milyardlıq ticarət
Rusiyanın baş naziri Mixail Mişustinin 19 dekabrda Çinə ikigünlük işgüzar səfəri zamanı iki ölkə arasında mövcud münasibətlərin bundan sonra da inkişaf etdiriləcəyi barədə fikirlər səslənib. Bildirilib ki, 2023-cü il ərzində Rusiya ilə Çin arasında qarşılıqlı ticarətin həcmi 200 milyard dolları ötüb. Rusiya KİV-nin verdiyi xəbərdə deyilir ki, görüşdə başlıca diqqət ticari-iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və müxtəlif sahələrdə birgə iri layihələrin həyata keçirilməsinə yönəlib.
Çin lideri Rusiya nümayəndələri ilə görüşdə bildirib ki, iki ölkə rəhbərliyinin qarşıya qoyduğu vəzifələrdən ən azı biri vaxtından əvvəl yerinə yetirilib: tərəflər qarşılıqlı ticarəti artırmağa nail olub və nəticədə ticarət dövriyyəsi 2023-cü ilin sonuna qədər həcmi planlaşdırılan 200 milyard dolları ötüb. Onun sözlərinə görə, bu rəqəm hazırda 218,28 milyard dollara çatıb.
Çin rəhbəri Si Cinpin çıxışında deyib: “Bu gün biz qarşılıqlı fəaliyyət üçün güclü zəmin yaratmışıq. Əlaqələrimizin miqyası və keyfiyyəti artır, risklərə tab gətirmək qabiliyyətimiz güclənir ki, bu da iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivlərini tam nümayiş etdirir”.
“Antidollar” effekti
Moskva ilə Pekini birləşdirən daha bir siyasi-iqtisadi gediş var: de-dollarizasiya hərəkatı. Yəni hər iki ölkə öz aralarındakı iqtisadi və ticari layihələri Çin valyutası olan yuanla reallaşdırır. Hər iki ölkənin hökumət başçıları bir daha maliyyə əməliyyatlarında üçüncü ölkələrin pul vahidindən istifadə etməyəcəklərini xüsusi vurğulayıblar.
Görüş zamanı səsləndirilən fikirlər, verilən bəyanatlar onu göstərir ki, Çin nəinki Rusiya ilə əlaqələri kəsməyə hazırlaşmır, əksinə, Moskva ilə əməkdaşlığı daha da dərinləşdirmək niyyətində olduğunu açıq göstərir. Baş nazir Mixail Mişustin isə Rusiya bazarında Çin biznesinin fəallığını, eləcə də Çin Xalq Respublikası Dövlət Şurasının Rusiyanın kənd təsərrüfatı mallarının Çin bazarına buraxılması prosedurunu sadələşdirən qərarını yüksək qiymətləndirib.
“Düşmənimin düşməni” prinsipi
Müzakirələr zamanı Rusiya nümayəndəliyi tərəfindən Qərbin də bostanına daş atılıb. Mişustinin sözlərinə görə, Rusiya Federasiyası ilə Çin Xalq Respublikası arasında sıx əməkdaşlıq Avropa və ABŞ-da narahatlıq doğurur. Çünki Vaşinqton həm Rusiyanı, həm də Çini özünün geosiyasi rəqibi kimi görür. Bu səbəbdən də iki dövlətin yaxınlaşması Qərbdə potensial təhlükə kimi qəbul edilir.
Rusiyalı politoloqların fikrinə gəldikdə isə, əksər şərhçilər belə düşünür ki, ölkələri Çinlə münasibətlərdə hər zaman olduğundan daha böyük yüksəliş əldə edib. Təbii ki, onlar bu vəziyyətin yaranmasında hazırkı geosiyasi gedişatın böyük rol oynadığını danmırlar, çünki son illərdə həm Çinin, həm də Rusiyanın ABŞ və Aİ ilə münasibətləri kəskin şəkildə pisləşib. Buradan da “düşmənimin düşməni mənim dostumdur” reallığı ortaya çıxıb ki, hazırda Çinlə Rusiya məhz bu siyasi düzbucağın iki tərəfidir.
Ukrayna müharibəsindən sonra Rusiya ilə Qərb arasında əlaqələrin pozulması Çinə geniş meydan açdı. Ölkələr arasında ticarət dövriyyəsi görünməmiş sürətlə artdı, Rusiyada Çin bazarı genişləndi. Ekspertlər onu da vurğulayırlar ki, bu artım Çinin ənənəvi tərəfdaşları olan ABŞ və Aİ ilə ticarətdə yavaşıma, yaxud da durğunluq fonunda baş verir. Digər tərəfdən, Rusiya da bu il Çində fəaliyyət göstərən ən böyük xarici bazara malikdir.
Çin Rusiyanı seçir?
Bir sözlə, rusiyalı analitiklər hazırkı vəziyyətdən razıdırlar. Bu ölkədə Çinlə müttəfiqliyə görə sevinənlər çoxdur. Siyasi təhlilçi, çinşünas Vasili Kaşin yerli mediaya açıqlamasında ölkəsinin tezliklə ABŞ-ı geridə qoyacağını bildirib: “Əgər əvvəllər Çinlə ticarət dövriyyəsinə görə ABŞ-dan dəfələrlə geri qalırdıqsa, hazırkı ilin sonunda görünən odur ki, bu fərq getdikcə azalmaqdadır. Artıq Çin öz təhlükəsizliyini gücləndirmək üçün siyasi cəhətdən dost ölkələrlə daha çox ticarət etməyə çalışır”.
Həqiqətən də, beynəlxalq münasibətlərin bir çox aspektləri üzrə Moskva ilə Pekinin baxışları əksərən üst-üstə düşür. Ticari-iqtisadi əlaqələr baxımından Pekin Rusiya üçün ilk pillədədir. Maliyyə əməliyyatlarının həcminə görə də Rusiya Çinin dördüncü xarici iqtisadi tərəfdaşı sayılır.
Sözsüz ki, bütün bu yaxınlaşma, əməkdaşlıq, tərəfdaşlıq münasibətlərinin güclənməsi Qərbin sərt reaksiyasından kənarda qalmayacaq. Lakin mövcud vəziyyət onu göstərir ki, həm Moskvada, həm də Pekində ümumi rəqibə - Qərbə qarşı birlik əlval-ruhiyyəsi getdikcə güclənir. Bu da sözügedən qütblər arasında siyasi münasibətlərin getdikcə kəskinləşəcəyindən, ABŞ-ın bölgə dövlətlərinə tətbiq etdiyi sanksiyaların yenidən qüvvəyə minəcəyindən xəbər verir. Beləliklə, dünya hazırda soyuq müharibənin qaynar dövrünü yaşayır.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

