NATO münaqişədə tərəf olmayacaq
06.04.2024 [11:00]
Alyans yalnız Ukraynaya özünü müdafiə etməsi üçün dəstək verəcək
N.BAYRAMLI
İki ildən çox davam edən Rusiya-Ukrayna müharibəsinin sonu hələ də görünmür. Bu müharibə region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli zərər vurub. Son zamanlar isə döyüşlərdə Rusiya ordusunun üstünlüyü artıb. Fevral ayında rus qoşunları Ukraynanın Avdiyevka şəhərini və digər bəzi yaşayış məntəqələrini ələ keçirib.
ABŞ və Avropa İttifaqı, eləcə də NATO Ukraynaya özünü müdafiə etmək üçün hərbi yardım göstərirlər. Müharibə başlayandan rəsmi Kiyevə milyardlarla dollar hərbi yardım edilib. Lakin ötən ilin ortalarından Qərbin hərbi yardımı xeyli alıb. Bu da son aylar Ukrayna ordusunun cəbhədə uğursuzluğunu şərtləndirən amildir. Artıq beynəlxalq ictimaiyyət anlayır ki, Ukrayna-Rusiya müharibəsi geosiyasi maraqlarına uyğundur. Bu maraqlar naminə Ukrayna xalqı və dövləti qurban verilir. Bir neçə ildir ki, rəsmi Kiyevə NATO-ya üzvlüklə bağlı vəd verilsə də, müharibə başlayandan sonra Qərb bu vədi yerinə yetirmədi. Əvəzində, Ukraynaya müəyyən yardımlar edilməklə ona dəstək görüntüsü yaradılır. NATO-nun Kiyevə açıq dəstək verməsi ilə bağlı beynəlxalq ictimaiyyətdən edilən çağırışlar da Qərb tərəfindən görməzdən gəlinir.
Baş katib: Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur
Yeri gəlmişkən, aprelin 4-də alyans ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündən sonra keçirilən mətbuat konfransında NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, NATO Ukraynaya qoşun göndərmək və münaqişənin bir tərəfinə çevrilmək niyyətində deyil: “NATO münaqişənin tərəfi deyil və olmayacaq. Alyans Ukraynaya özünümüdafiə üçün hərbi dəstək verir. Biz bu fəaliyyəti daha da gücləndirməliyik. Xüsusilə də bu ölkəyə hava hücumundan müdafiə sistemləri göndərməliyik. Bizim Ukraynaya qoşun göndərmək planımız yoxdur”. Görünən odur ki, Ukrayna müharibədə qurban olaraq qalacaq. NATO ölkələri, xüsusilə ABŞ münaqişəyə açıq şəkildə qoşulmanın fəsadlarını yaxşı anlayırlar. Bu, həmin ölkələr üçün itki, dağıntı və fəlakət olardı. Ona görə də, heç bir halda münaqişədə tərəf olmaq niyyətində deyillər.
Hətta Qərb dairələrində Ukraynanın güzəştə getməsi, münaqişənin dondurulması ilə bağlı fikir və təkliflərin sayı artmaqdadır. Kiyev isə bu variantı qətiyyən qəbul etmək istəmir. Bu səbəbdən rəsmi Kiyev Qərbdən narazılığını açıq-aydın ifadə edir. Bir neçə gün öncə Ukrayna Prezidentinin ofis rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, Qərb münaqişənin dondurulacağı ilə bağlı illüziyalara son qoymalı, ölkəmizin silah-sursatla təminatını gücləndirməlidir. Onun sözlərinə görə, bunun üçün Qərbdəki müdafiə sənayesi komplekslərinin istehsal gücü artırılmalıdır. M. Podolyak bir qədər əvvəl Rusiya ordusunun ölkəsinin ərazisində sürətlə irəlilədiyi və Ukrayna hərbçilərinə mövqelərin müdafiəsi üçün fürsət vermədiyi barədə açıqlama verib. Podolyak “The Times” qəzetinə müsahibəsində də hərbi yardımın gecikməsinə görə ABŞ-a etiraz etmişdi: “Ukraynanın cəbhədəki hazırkı çətinlikləri Qərbin yavaş templə qərar verməsi və silahların kifayət qədər olmaması ilə bağlıdır. Rusiyanın qələbəsi ukraynalılar üçün milli fəlakət, Qərb ölkələri, xüsusən də ABŞ üçün rüsvayçılıq olardı”.
Ukrayna Prezidenti Vladimir Zelenski isə xəbərdarlıq edib ki, yaxın aylarda Rusiyanın böyük hücumu başlaya bilər: “Söhbət mayın sonundan və ya iyundan gedir. Biz buna hazırlaşmalıyıq, nəinki vəziyyəti sabitləşdirməliyik, çünki tərəfdaşlar bəzən vəziyyəti sabitləşdirdiyimizə görə həqiqətən sevinirlər. Deyirəm ki, indi köməyə ehtiyacımız var”.
Blinken-Kuleba görüşü vəziyyəti dəyişdirməyəcək
Brüsseldə keçirilən NATO ölkələrinin xarici işlər nazirlərinin görüşündə Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın ABŞ-ın Dövlət katibi Antoni Blinkenlə görüşü olub. Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, tərəflər döyüş meydanındakı vəziyyəti, müttəfiqlər və tərəfdaşlarla koordinasiyada Ukraynanın Avratlantik inteqrasiya axtarışında irəliləyişini, eləcə də ölkənin enerji sektorunun gücləndirilməsi yollarını müzakirə ediblər. Bundan əlavə, Blinken bir daha Kiyevə kömək üçün əlavə maliyyə ayrılmasını təmin etmək üçün ABŞ Konqresi tərəfindən təcili fəaliyyətə ehtiyac olduğunu qeyd edib. Rəsmi açıqlamadan fərqli olaraq, şübhəsiz ki, Kuleba Kiyevin narahatlığını və narazılığını Blinkenə çatdırıb, verilən vədlərin yerinə yetirilməsini istəyib. Öz növbəsində, ABŞ yəqin ki, bundan sonra da vədlər verməyi davam etdirəcək. Olan isə Ukrayna xalqına olacaq, müharibənin fəlakətini yaşamaqda davam edəcək.
Xəbər lenti
Hamısına baxİdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45

