Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kir Starmer ABŞ-ın Venesuelaya hücumunu qınamaqdan imtina edib

Kir Starmer ABŞ-ın Venesuelaya hücumunu qınamaqdan imtina edib

04.01.2026 [20:18]

Müxalifət partiyaları Böyük Britaniyanın Baş naziri Kir Starmeri ABŞ-ın Venesuelada hərbi əməliyyatlarını pisləməyə çağırıblar.

AZƏRTAC “The Guardian” qəzetinə istinadən xəbər verir ki, bu səhər BBC kanalındakı “Sunday with Laura Kuenssberg” verilişində Starmerdən ABŞ-ın suveren dövlətə hücumunu pisləməyi istəyib-istəmədiyi soruşulub.

“Mən bütövlükdə bütün əhəmiyyətli faktları toplamaq istəyirəm və hazırda sadəcə tam mənzərəyə sahib deyilik - vəziyyət sürətlə dəyişir”, - deyə o, Böyük Britaniyanın ABŞ-ın hərbi əməliyyatında iştirak etmədiyini təsdiqləyib.

Baş nazir əlavə şərhlər verməzdən əvvəl Donald Tramp və digər Böyük Britaniya müttəfiqləri ilə danışmalı olduğunu bildirib. O, “ömür boyu beynəlxalq hüququn müdafiəçisi olduğunu”, lakin “bütün faktlara sahib olduğundan əmin olmaq istədiyinə” görə ABŞ-ın hücumunu pisləməkdən imtina etdiyini vurğulayıb.

Paylaş:
Baxılıb: 183 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

Sosial

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31