“Yaşıl investisiya” dialoqu
05.03.2026 [10:57]
Azərbaycan və qlobal investorlar arasında tərəfdaşlıq imkanları dəyərləndirilib
Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarında əsas müzakirə olunan mövzulardan biri “yaşıl enerji” mənbələrinin istehsalı və nəqlində birgə tərəfdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsi ilə bağlı olub. Tədbirdə çıxış edən Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan bölgədə həm də bərpaolunan enerji mənbəyinə malik zəngin ölkədir. Bu məsələ bir neçə ildir ki, Məşvərət Şurası çərçivəsində müzakirə olunan məsələlərin bir hissəsini təşkil edir və “yaşıl gündəlik” onu təsdiqləyir ki, bir çox ölkə, o cümlədən Avropa dövlətləri Azərbaycanın alternativ enerji güclərinə böyük maraq göstərir.
Dünyanın nüfuzlu şirkətləri ilə yeni sazişlər
Azərbaycan hökumətinin “yaşıl enerji” sektorunda həyata keçirdiyi strategiyanın əsas xətti yerli “yaşıl güclərin” istehsalı və emalına xarici investorların cəlb edilməsidir. Bu istiqamətdə müəyyən edilmiş siyasət öz uğurlu nəticələrini göstərməkdədir. Son 3 ildə Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın “bp”, Avstraliyanın “Fortescue Future Industries”, Yaponiyanın “TEPSCO”, İtaliyanın “Maire Tecnimont”, Çinin “China Gezhouba Group Overseas Investment”, Fransanın “Total Energies” və digər xarici şirkətlərlə bərpaolunan enerji istehsalına dair müqavilələr imzalayıb. 2023-cü ildə “Masdar” şirkəti 230 meqavat gücündə Günəş elektrik stansiyası inşa edib. Cari ilin yanvarında “ACWA Power” tərəfindən maliyyələşdirilən regionun ən böyük külək elektrik stansiyasının açılışı olub. Bir neçə layihə artıq icra mərhələsindədir və gələcək illərdə biz alternativ enerji mənbələri ilə işləyən yeni elektrik stansiyalarının açılışı gözlənilir. Həmçinin, ötən il 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası və Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihələri üzrə yekun investisiya qərarları imzalanıb. Ümumilikdə, ötən il də daxil olmaqla, son 3 ildə Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 45 şirkətin təmsil olunduğu “yaşıl enerji” alyansının formalaşması təmin edilib.
Avropa İttifaqı və ABŞ-la “yaşıl tərəfdaşlıq”
Məşvərət Şurasının iclasında çıxış edən Avropa İttifaqının enerji və mənzil siyasəti üzrə komissarı Dan Yorgensenin bildirdiyi kimi, enerji təhlükəsizliyinin gələcəyi təmiz keçid və elektrikləşmədədir. Avropa İttifaqında rekord templərlə bərpaolunan enerji imkanlar inkişaf etdirilir, 2025-ci ildə elektrik enerjisinin 45 faizi bərpaolunan mənbələrdən alınıb. Azərbaycanın ənənəvi yanacağın istehlakını azaltmaqla bağlı iradəsi və həyata keçirdiyi siyasət Aİ-nin prinsipləri ilə üst-üstə düşür. Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında “Yaşıl bağlantılar üzrə investisiya” mövzusunda Azərbaycan-Avropa İttifaqı dəyirmi masası da keçirilib ki, tədbirdə bağlantılar və ötürmə, bərpaolunan enerji layihələri, elektrik şəbəkələri, enerji səmərəliliyi, enerji saxlanması üzrə əməkdaşlıq diqqət mərkəzində olub. Tədbirdə Azərbaycan və Aİ biznes dairələri arasında tərəfdaşlıq imkanları dəyərləndirilib.
Yeri gəlmişkən, Azərbaycan “yaşıl enerji” sahəsində ABŞ-la da sıx əməkdaşlıq qurub. İki ölkə arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının əsas istiqamətlərindən biri “yaşıl hidrogen” və bərpaolunan enerji mənbələrinin tədarükü və nəqli proseslərinə dəstək verilməsi, fəal əməkdaşlıqdır. Azərbaycanın “yaşıl enerji” üzrə nəql marşrutu da Şərq-Qərb xətti üzərində qurulub ki, bu da Vaşinqtonun dəstəklədiyi enerji konsepsiyasına uyğundur. Bütün bunlar onu göstərir ki, ABŞ-ın “yaşıl enerji” proqramlarında Azərbaycanla birgə əməkdaşlığı üçün fürsət və mühit də formalaşıb.
Hədəf 2032-ci ilə qədər 6-8 giqavat elektrik enerjisi
Azərbaycan 2032-ci ilə qədər alternativ enerji mənbələrindən 6-8 giqavat elektrik enerjisi əldə etməyi gözləyir. Həmin resursların ixracı enerji diplomatiyasında mühüm yer tutrur. İxrac üçün ötürücü xətlər mövcuddur, lakin daha çox ötürücü xətlər olacaq. Enerji kabelləri - Azərbaycandan Avropaya Qara dənizin dibi ilə gedən enerji kabeli və Mərkəzi Asiyadan Azərbaycana gələn enerji kabeli üzərində birgə işlər aparılır. Hər iki xətt üzrə müqavilə imzalanıb və bir layihədə iqtisadi-texniki əsaslandırma tamamlanmaq üzrədir, digər layihədə isə işlər davam edir.
Qeyd edək ki, “Yaşıl Enerji Dəhlizi” layihəsi 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması ilə ərsəyə gəlib. Dörd ölkənin imzaladığı sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında tərəflər arasında yeni enerji əməkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin (“Qara dəniz” kabeli) icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb. “Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan ediblər. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur.
Beləliklə, Azərbaycanın yürütdüyü “yaşıl enerji” siyasəti bütün region ölkələrinin birgə enerji həmrəyliyini genişləndirməklə yeni mərhələyə daxil olub. Ölkəmizin bərpaolunan enerji potensialının artması əsas hədəflərdən biri olan - “yaşıl enerji”nin Avropa İttifaqına nəqli üçün imkanları daha da artırmaqla, hədəfə daha tez çatmağı şərtləndirir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Siyasət
15 Aprel 17:44
Dünya
15 Aprel 17:34
Sosial
15 Aprel 17:13
İqtisadiyyat
15 Aprel 17:12
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59

