Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Fransız iqtisadçısı İsveç milyarderləri üçün xüsusi vergi tətbiq etməyi təklif edir

Fransız iqtisadçısı İsveç milyarderləri üçün xüsusi vergi tətbiq etməyi təklif edir

03.04.2026 [14:34]

Fransız iqtisadçı, professor və “EU Tax Observatory” rəhbəri Qabriel Zukman İsveç milyarderləri də daxil olmaqla, supervarlılar üçün xüsusi vergi tətbiq etməyi təklif edib.

AZƏRTAC xəbər verir ki, o, İsveçə səfəri zamanı “Milyarder vergisi” kitabını təqdim edib və islahatın zəruriliyini izah edib. Təklifin mahiyyəti ondan ibarətdir ki, gəlir vergisindən əlavə, aktivləri 1 milyard krondan (təxminən 93 milyon dollar) çox olan şəxslərin sərvətinə illik 2 faiz vergi tətbiq olunsun. Zukman hesab edir ki, bu bərabərsizliyi azaltmağa və büdcə gəlirlərini artırmağa imkan verəcək.

“Milyarderlərin digərlərindən daha az vergi ödədiyi bir vəziyyəti qəbul etmək qanun qarşısında bərabərlik prinsipinə ziddir. Həddindən artıq sərvət həm də həddindən artıq güc deməkdir”, – deyə o bildirib. İqtisadçı vurğulayır ki, sərvətin konsentrasiyası artsa da, milyarderlər orta təbəqə ilə müqayisədə xeyli az vergi ödəyirlər. Onun qiymətləndirmələrinə görə, İsveçdə belə bir tədbir təxminən 500 ev təsərrüfatına təsir edərdi.

“Hazırda paradoksal vəziyyət yaranıb: orta təbəqə gəlirinin təxminən 50 faizini, gəlir vergisi, sosial təminat haqları, ƏDV və digər vergilər şəklində ödəyir, milyarderlər isə yalnız 15 faiz ödəyir. Bu, normadan ciddi sapmadır”, – deyə 39 yaşlı iqtisadçı bildirib.

Tənqidçilər kapitalın xaricə çıxma risklərini və belə tədbirlərin səmərəsizliyini qeyd edirlər, lakin Zukman hesab edir ki, bu problemlər siyasət alətləri vasitəsilə həll oluna bilər.

Fransanın ən varlı şəxslərindən biri, LVMH qrupunun sahibi və 195 milyard avro sərvəti olan Bernar Arno Zukmanı solçu ekstremist adlandırıb. İşəgötürənlər təşkilatları da təklif olunan vergiyə qarşı etiraz aksiyaları keçiriblər.

“Milyarderlər bu ideyanı dəstəkləmirlər, çünki mövcud sistem onlara sərf edir; burada onlar öz dünyalarında yaşayır və ümumi xərclərin maliyyələşdirilməsinə iştirak etmirlər”, – deyə iqtisadçı tənqidlərə cavab verib.

Paylaş:
Baxılıb: 94 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30