Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

03.04.2026 [13:21]

AFFA 2025-ci ildə federasiyaların, üzvlərin və futbol akademiyalarının saxlanılması üçün ayrılan maliyyə vəsaitini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu istiqamət üzrə ayrılan ümumi vəsaitin məbləği 2 milyon 825 min 58 manat təşkil edib.

Ən böyük maliyyə dəstəyi Futzal Federasiyasına göstərilib. Belə ki, bu qurumun saxlanılmasına 1 milyon 631 min 458 manat vəsait verilib.

Futbolun İnkişaf Fonduna 384 min manat, Regional Futbol Federasiyaları İB-yə isə 208 min manat maliyyə dəstəyi ayrılıb. Aşağı yaş qrupları üzrə futbolun kütləviliyini təmin edən Uşaq və Gənclər Futbol Federasiyasının saxlanılması üçün 180 min manat, Çimərlik Futbolu Federasiyasına isə 138 min manat vəsait yönəldilib.

Bundan başqa, sosial məsuliyyət layihələri çərçivəsində Azərbaycan Əlillər Futbolu Federasiyası İB-yə 86 min manat, Sahə Futbol Federasiyasına 60 min manat, paytaxt futbolunun inkişafı məqsədilə isə Bakı Futbol Federasiyasına 45 min manat məbləğində vəsait verilib.

Paylaş:
Baxılıb: 762 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30