Çindən Avropaya ilk dəfə
03.04.2026 [11:14]
Orta Dəhliz vasitəsilə yük qatarı Bakıya yola düşüb
Çinin Hubey əyalətinin Uhan şəhərindən elektron avadanlıqlar, məişət texnikası və gündəlik tələbat malları ilə yüklənmiş Çin-Avropa yük qatarı Bakıya yola düşüb. Bu, Uhandan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsi ilə Bakıya gedən ilk birbaşa Çin-Avropa yük qatarıdır. Qatar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd-keçid məntəqəsindən Qazaxıstana, ordan isə Xəzər dənizi ilə Bakıya çatacaq. Dəmir yolu və dənizi birləşdirən multimodal nəqliyyat vasitəsilə səyahətin 18 gün ərzində başa çatacağı gözlənilir.
Qlobal logistika mühitində yeni hadisə olan bu nəqliyyat daşımaçılığı ənənəvi beynəlxalq logistika kanalları ilə müqayisədə daha sərfəli və maneəsiz hesab edilir. Belə ki, bu marşrut daha aşağı geosiyasi risklər, daha güclü təchizat zənciri dayanıqlılığı və daha idarəolunan nəqliyyat əlaqələri təklif edir. Eləcə də adıçəkilən nəqliyyat xətti Hubeyin ixrac yönümlü müəssisələrinin inkişaf etməkdə olan Avrasiya bazarlarına genişlənməsi üçün yüksək səmərəli və sabit logistika arteriyası təmin edir.
Vahid Asiya-Avropa nəqliyyat blokunun yaradılması
Qeyd edək ki, bölgədə baş verən son geosiyasi proseslər Avropa İttifaqının (Aİ) da Orta Dəhlizə marağını artırıb. Xeyli müddətdir ki, Trans-Qazaxıstan dəhlizinə maliyyə dəstəyi verən Aİ Orta Dəhlizin digər nəqliyyat bağlantıları ilə sıx əlaqələndirilməsi və yeni infrastrukturların yaradılması üçün öz təşəbbüskarlığını daha da artırıb. Avropa Komissiyasının beynəlxalq əməkdaşlıq üzrə baş direktoru Henrik Holole bəyan edib ki, Orta Dəhlzinin böyük coğrafi imkanları nəzərə alınmaqla nəqliyyat hərəkətliliyinin intensivləşdirilməsi üçüb sərmayə yatırılması məsələləri diqqətdə saxlanılmalıdır. Mərkəzi Asiya ölkələrinin Orta Dəhlizin formalaşması istiqamətində səylərini müsbət dəyərləndirən cənab Holole vahdi Asiya-Avropa nəqliyyat blokunun yaradılması sayəsində tam rentabelli logistika arteriyasının işinin təmin ediləcəyinə əminliyini vurğulayıb.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə və Avropa ölkələrinə qədər uzanan böyük bir nəqliyyat arteriyasıdır. Bu layihənin yaradıcılarından və əsas təşəbbüskarlarından biri Azərbaycandır. Rəsmi Bakı Çin və Aİ ilə bu layihənin imkanlarını bir neçə ilə əvvəl geniş müzakirə edib və beynəlxalq nəqliyyat arteriyalarının əsas qovşaqlarından birinə çevirməyi təklif edib. Xüsusilə də son 2 ildə regionda yaranmış yeni geosiyasi düzənin fonunda meydana çıxmış nəqliyyat-logistika xətlərinin şaxələndirilməsi reallıqlara əsaslanaraq ölkəmiz regiondakı marşrutların çoxşaxəliliyinin təmin edilməsində aktiv rol oynamnağa başlayıb.
Azərbaycan və Çinin müəllifi olduğu layihə...
Yeni İpək Yolunun əsas müəllifi olan Çin bu layihənin gerçəkləşməsində Azərbaycanın iradəsini xüsusilə müsbət dəyərləndirir. Şanxay Beynəlxalq Araşdırmalar İnstitutunun Rusiya və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru Çianq Siaoy Çin ilə Azərbaycan arasında əlaqələrin inkişafına toxunarkən Cənub və Şimal, Şərq və Qərb nəqliyyat körpülərinin üzərində mövqe tutan Azərbaycanın Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün liderliyini də yüksək dəyərləndirdi və bu məsələdə rəsmi Pekinin ölkəmizdə siyasi-iqtisadi dəstəyini ifadə edib. Cənab Siaoyun qənaətinə görə, Çin Orta Dəhlizin ən axıcı və hərəkətverici qoluna çevrilə biləcək Transxəzər Nəqliyyat Dəhlizinə müsbət yanaşır və bu sahədə Azərbaycanla birgə zəruri addımlar atmağa hazırdır. Çünki bu dəhliz qloballaşmanın iqtisadiyyata mənfi təsirlərini azaltdır və böyük bir coğrafiyada iqtisadi inteqrasiyanı böyütməklə regional inkişafa ciddi təkan yaradır. Həmçinin, beynəlxalq səviyyədə yüklərin daşınmasına və beləliklə də milli gəlirlərin artmasına töhfə verir..
Məhz Çin və Azərbaycanın artan təşəbbüskarlığı sayəsində Mərkəzi Asiya ölkələrinin TransXəzərə cəlb olunması daha da aktuallaşıb və hüquqi-iqtisadi əsaslar yaranıb. 2024-cü ilin mart ayında Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayevin Azərbaycana dövlət səfəri zamanı Siandan Bakıya gələn konteyner qatarının birgə qarşılanma mərasimi keçirilib və bu, Çin-Qazaxıstan-Azərbaycan nəqliyyat ittifaqının faktiki nümayişi kimi yadda qalıb. Qazaxıstan Çinlə iqtisadi-ticari münasibətlərin inkişafı fonunda Pekinin bu dəstəyinə arxalanaraq TransXəzərə olan ehtiyacını bəyan edib. Digər Mərkəzi Asiya ölkələri də bu dəhlzin imkanlarını dəyərləndirərək eyni mövqe nümayiş etdirir. Özbəkistanın, Qırğızıstanın, Tacikistanın dövlət başşılarının son dövrlərdə Azərbaycana səfərləri zamanı ən aktual mövzulardan biri də məhz Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin yaradılması ilə bağlı olub.
Bakı və Türkmənbaşı Avrasiya Nəqliyyat Marşrutunda əməkdaşlığı genişləndirir
Türkmənistan hökuməti də Orta Dəhliz layihəsində öz səylərini artırmaqdadır. Rəsmi Aşqabad dəhlizin ən mühüm qovşaqlarından biri olan Xəzər nəqliyyat bağlantısını möhkəmləndirmək üçün Azərbaycanla əməkdaşlığı gücləndirmək niyyətindədir. Ötən gün ölkəmizdə olan Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulı Ataqulıyevin Bakı Beynəlxalq Dəniz Limanında “AZCON Holding”in şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbəri ilə görüşü də bu niyyətdən xəbər verir. Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə məlumatla tanış olan Türkmənistan nümayəndə heyəti aktiv logistika lanşaftındakı vəziyyəti yüksək dəyərləndirib. Rekord həcmdə - 100 min TEU konteynerdən çox yük daşınan limanın nəhəng infrastruktur imkanlarını nəzərə alan Türkmənistan hökuməti bu nəqliyyat xəttinə qoşulmaq üçün imkanlarını səfərbər edəcəyini bildirib. Belə ki, ikitərəfli əməkdaşlıq çərçivəsində Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması nəzərdə tutulur ki, bu da vahid nəqliyyat siyasətinə xidmət edir. Eyni zamanda, tərəflər Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün daha fəal addımlar atmaq niyyərtindədir.
ABŞ Orta Dəhlizi regional əməkdaşlıq layihəsi hesab edir
Azərbaycanın mühüm nəqliyyat-tranzit mövqeyi, Avropa və Asiyanı birləşdirən Orta Dəhliz vasitəsilə ticarət axınlarını artırmaq məqsədilə həyata keçirdiyi təşəbbüslər və infrastruktur layihələrinin əhəmiyyəti ABŞ tərəfindən də diqqətlə izlənilir. Rəsmi Vaşinqton Orta Dəhlizin coğrafiyasında ticarət və enerji marşrutlarının şaxələndirilməsinə və region ölkələrinin rifahına xidmət edəcəyinə əminliyini ifadə edib.
Hazırda Azərbaycan Orta Dəhlizin ən etibarlı nöqtələrindən birinə çevrilir, Şərq-Qərb istiqamətində daşınmaların tranzit qovşağı kimi beynəlxalq daşınmaların axıcılığını təmin edir. Beynəlxalq ticarət icması da Azərbaycanın bu geostrateji və coğrafi mövqeyinin əhəmiyyətliliyini nəzərə alaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) yaradılmasında xüsusi təşəbbüskarlıq göstərərək dəstək verir. Bundan başqa, Azərbaycan sərhəd-keçid sistemində ən müasir texnologiyalar tətbiq edərək gömrük rejimini asanlaşdırır, qlobal ticarət tərəfdaşları ilə gömrük dərəcələrinin aşağı salınması istiqamətində addımlar atır.
Azərbaycanın əhəmiyyətli geoiqtisadi və coğrafi mövqeyi TransXəzər-Qərb nəqliyyat habını formalaşdırır və bu logistika quruculuğu Vaşinqton tərəfindən yüksək dəyərləndirilir. Orta Dəhlizin növbəti həlqəsinə çevrilməkdə olan Zəngəzur qovşağına Amerikanın xüsusi marağı və “Tramp Marşrutu”nun (TRIPP) ərsəyə gəlməsi də bu strateji baxışa söykənir. Bu kimi təşəbbüslərin artması, o cümlədən ABŞ-ın Orta Dəhliz üzrə Sertifikatlaşdırılmış Ticarət Missiyasının nümayəndələri ilə bir müddət əvvəl görüşün keçirilməsi Orta Dəhliz və müasir kommunikasiya quruculuğunda Vaşinqton-Bakı təşəbbüskarlığının əzmkar nümunəsi kimi dəyərləndirilə bilər.
Göründüyü kimi Azərbaycanın əsas oyuncu və mərkəzi coğrafiya olduğu TransXəzər dəhlizinin fiziki sxemi artıq formalaşmaq üzrədir. Bu dəhlzin növbəti dayanacağı Zəngəzur xətti olacaq ki, nəticədə Çin və Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsi tam təmin ediləcək. Beləliklə, ikitərəfli, üçtərəfli və çoxtərəfli əməkdaşlığın simvoluna çevrilən Transxəzər Nəqliyyat Dəhlizi Azərbaycan müasir geoiqtisadi və geosiaysi platformalarda yerini və mövqeyini daha da gücləndirəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 Aprel 22:17
İdman
03 Aprel 21:55
Dünya
03 Aprel 21:29
Elm
03 Aprel 20:52
Turizm
03 Aprel 20:21
İdman
03 Aprel 19:45
Dünya
03 Aprel 19:17
Dünya
03 Aprel 18:50
Elm
03 Aprel 18:26
İdman
03 Aprel 17:40
Dünya
03 Aprel 17:22
Dünya
03 Aprel 16:36
Dünya
03 Aprel 16:19
Dünya
03 Aprel 16:03
Dünya
03 Aprel 15:43
Elm
03 Aprel 15:34
Dünya
03 Aprel 15:28
Elm
03 Aprel 14:37
Dünya
03 Aprel 14:34
Sosial
03 Aprel 14:14
Dünya
03 Aprel 14:10
YAP xəbərləri
03 Aprel 14:05
YAP xəbərləri
03 Aprel 14:03
Siyasət
03 Aprel 14:00
Dünya
03 Aprel 13:52
Dünya
03 Aprel 13:21
İdman
03 Aprel 13:21
Sosial
03 Aprel 13:20
İqtisadiyyat
03 Aprel 13:19
Dünya
03 Aprel 12:45
Hadisə
03 Aprel 12:19
Siyasət
03 Aprel 12:03
YAP xəbərləri
03 Aprel 12:00
Gündəm
03 Aprel 11:36
İqtisadiyyat
03 Aprel 11:31
Gündəm
03 Aprel 11:30
Gündəm
03 Aprel 11:14
Gündəm
03 Aprel 10:58
Gündəm
03 Aprel 10:35
Analitik
03 Aprel 10:12
Gündəm
03 Aprel 09:51
Analitik
03 Aprel 09:32
Gündəm
03 Aprel 09:15
Elm
03 Aprel 08:52
MEDİA
03 Aprel 08:30
Gündəm
03 Aprel 08:14
Dünya
03 Aprel 07:32
Dünya
03 Aprel 07:22
Hərbi
03 Aprel 07:20
Dünya
02 Aprel 23:48
Dünya
02 Aprel 23:32
Dünya
02 Aprel 23:17
Dünya
02 Aprel 22:49
Dünya
02 Aprel 22:25
Dünya
02 Aprel 22:12
Dünya
02 Aprel 21:58
Dünya
02 Aprel 21:20
Gündəm
02 Aprel 21:00
Dünya
02 Aprel 20:41
İqtisadiyyat
02 Aprel 20:38
Dünya
02 Aprel 20:13
Dünya
02 Aprel 19:50
Elm
02 Aprel 19:49
Dünya
02 Aprel 19:33
İqtisadiyyat
02 Aprel 19:22
Siyasət
02 Aprel 19:19
Dünya
02 Aprel 18:29
Dünya
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:27
Siyasət
02 Aprel 18:26

