Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

03.04.2026 [15:28]

BMT-nin Baş katibi Antonio Quterreşin səlahiyyət müddəti ilin sonunda başa çatır. Namizədlərin irəli sürülməsi üçün son tarix artıq başa çatıb və indiyədək dörd namizəd qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, təşkilatın növbəti rəhbəri maliyyə böhranı, büdcə ixtisarları və qlobal münaqişələrin artdığı bir dövrdə vəzifəyə başlayacaq.

Namizədlər arasında Çilinin sabiq prezidenti Mişel Baçelet, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi, BMT-nin ticarət və inkişaf konfransının baş katibi Rebeka Qrinspan və Seneqalın keçmiş prezidenti Maki Sall yer alır.

BMT Baş Assambleyasının prezidenti Annalena Berbok bu dəfə təşkilata ilk qadın baş katibin seçilməsinin vacibliyini vurğulayıb.

Namizədlərlə interaktiv dialoqlar aprel ayında başlayacaq. İyuldan etibarən isə BMT Təhlükəsizlik Şurası səsvermə prosesinə start verəcək. Yeni baş katibin payızın əvvəlində müəyyənləşməsi gözlənilir.

Paylaş:
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30