Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Misir Aralıq dənizindəki qaz yatağının işlənməsi üzrə 500 milyon dollarlıq saziş imzalayıb

Misir Aralıq dənizindəki qaz yatağının işlənməsi üzrə 500 milyon dollarlıq saziş imzalayıb

03.04.2026 [15:43]

Misir “Arcius” şirkəti ilə Aralıq dənizində yerləşən Harmatan qaz yatağının işlənməsi üzrə saziş imzalayıb. Layihənin dəyəri 500 milyon ABŞ dolları dəyərindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Misir Neft Nazirliyi məlumat yayıb.

Məlumata görə, layihə çərçivəsində gündəlik təxminən 150 milyon kub fut qaz və 3300 barel kondensat hasilatı nəzərdə tutulur. Eyni zamanda, hasilatın 200 milyon kub fut qaz və 4400 barel kondensata qədər artırılması imkanları da araşdırılır. Layihənin 2028-ci ilə qədər tam başa çatdırılması planlaşdırılır.

Xatırladaq ki, nazirlik 2025-ci ilin noyabr ayında “Arcius” şirkətinin Aralıq dənizində yerləşən “Burc” dəniz sahəsi üzrə sazişdə bütün hasilat və istismar hüquqlarını əldə etdiyini açıqlamışdı. Bu sazişə Harmatan yatağının işlənməsi də daxildir. Hüquqlar “Shell” və BP şirkətlərindən “Arcius”a ötürülüb.

Nazirlik qeyd edib ki, şirkət yatağın hasilata cəlb edilməsi üçün yeni investisiyalar yatıracaq.

2026-cı ilin fevral ayında “Arcius” şirkəti Misirdə beşillik fəaliyyət proqramı təqdim edərək, kəşfiyyat və hasilatın genişləndirilməsini, istehsalın artırılmasını və yeni sahələrin əldə olunmasını hədəflədiyini bildirib.

Paylaş:
Baxılıb: 87 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30