Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / “Fənərbağça”nın futbolçusu azadlığa buraxılıb

“Fənərbağça”nın futbolçusu azadlığa buraxılıb

03.04.2026 [21:55]

Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mərt Hakan Yandaş barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.

AZƏRTAC xəbər verir ki, qanunsuz mərc oyunları ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan futbolçunun məhkəmə qərarı ilə azadlığa buraxılması qərara alınıb.

Məlumata görə, barəsində 17 il 10 ayadək azadlıqdan məhrumetmə cəzası istənilən 31 yaşlı yarımmüdafiəçi ilk dəfə hakim qarşısına çıxıb. İş üzrə digər təqsirləndirilən İstanbul təmsilçisinin İdarə Heyətinin üzvü Ersin Dikmen də məhkəmə iclasında iştirak edib.

M.H.Yandaş ifadəsində ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib və heç bir şəxsi qanunsuz mərc oyunlarına cəlb etmədiyini vurğulayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Mərt Hakan Yandaş 2020-ci ildən “Fənərbağça”da çıxış edir.

Paylaş:
Baxılıb: 59 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30