Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Azərbaycanın 4 boksçusu Böyük İpək Yolu turnirinə qələbə ilə başlayıb

Azərbaycanın 4 boksçusu Böyük İpək Yolu turnirinə qələbə ilə başlayıb

03.04.2026 [17:40]

Bakıda kişi və qadın boksçular arasında ənənəvi Böyük İpək Yolu beynəlxalq turnirinə start verilib.

Boks Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə Azərbaycan millisinin 4 boksçusu mərhələ adlayıb.

Nicat Hüseynov (55 kiloqram) startda İon Plinqanı (Moldova) məğlub edib. Hər 3 raundu xeyrinə bitirən Avropa çempionu yekunda 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəlib.

Bu çəkidə Zəlimxan Süleymanov komanda yoldaşı Kənan Babayevi mübarizədən kənarlaşdırıb. O, ikinci raundda tam üstünlüklə qələbə qazanıb. Mərhələ adlayan Süleymanovla Hüseynov 1/4 finalda bir-birinə rəqib olublar.

Mahmud Hüseynov (65 kiloqram) gürcüstanlı Zviad Tçotçua döyüşə çıxmadığı üçün 1/4 finala vəsiqə qazanıb. O, bu mərhələdə komanda yoldaşı Zaur Qəhrəmanovla döyüşəcək.

Malik Həsənov (65 kiloqram) da adını 1/4 finala yazdırıb. Boksçumuz ilk görüşdə Yiğit Usdan (Türkiyə) üstün olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Həsənov növbəti qarşılaşmasında Levan Demurovini (Gürcüstan) sınağa çəkəcək.

Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turniri aprelin 7-də başa çatacaq.

Paylaş:
Baxılıb: 79 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30