Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Şalva Papuaşvili: Gürcüstan patriarxının seçilməsinə xarici müdaxilə cəhdləri var

Şalva Papuaşvili: Gürcüstan patriarxının seçilməsinə xarici müdaxilə cəhdləri var

03.04.2026 [18:50]

Gürcüstanın yeni patriarxının seçilməsinə xarici müdaxilə cəhdləri var. Müqəddəs Sinodun hələ də qəbul etməli olduğu qərar da daxil olmaqla, heç kimin kilsənin qərarına müdaxilə etməsi yolverilməzdi.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili söyləyib.

"Xaricdən maliyyələşdirilən partiya təbliğat qruplarının - "Azadlıq Radiosu" və "Tabula"nın Sinodun fəaliyyətinə birbaşa müdaxilə etdiyini görürük. Onlar ruhanilərə qarşı kampaniyaya başlayıblar", - deyə o vurğulayıb.

Papuaşvilinin sözlərinə görə, bu, 2024-cü ildə Aİ nümayəndələrinin, eləcə də Aİ səfirinin seçkiyə müdaxilə cəhdləri ilə tam eynilik təşkil edir.

"Bu gün, Avropa pulları ilə maliyyələşdirilən təşkilatların Gürcü Kilsəsinin işlərinə müdaxiləsini görürük və izləyirik. Bütün bunları maliyyələşdirən əcnəbilər də daxil olmaqla, hər kəs bilsin ki, bütün bunlar qeydə alınır və hər şeyə reaksiya verəcəyik", - deyə Gürcüstan parlamentinin sədri xəbərdarlıq edib.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

Növbəti qurban...

03 Aprel 10:35

Gündəm

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30