Yaxın Şərqdə daha bir atəşkəs...
16.04.2026 [09:58]
Livan ilə İsrail uzun illərdən sonra danışıqlar masasında
Aprelin 14-də ABŞ-ın vasitəçiliyi ilə Livan ilə İsrail arasında danışıqlar keçirilib. Uzun onilliklərdən bəri İsrail və Livan arasında ilk birbaşa danışıqlar kimi tarixə düşən görüş Vaşinqtonda baş tutub. Görüşdə nümayəndə heyətlərinə Livanın ABŞ-dakı səfiri Nada Hammadi-Muəvvəd və İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter rəhbərlik edib. ABŞ-ı isə Dövlət katibi Marko Rubio, ABŞ-ın Livandakı səfiri Mişel İssa, ABŞ-ın BMT-dəki xüsusi elçisi Mayk Valts və Dövlət Departamentinin müşaviri Maykl Nidhem təmsil edib. Qeyd edək ki, danışıqlardan öncə siyasi ekspertlər çox yüksək gözləntilərin olmadığı qənaətində idilər. Jurnalistlərin suallarına cavab verən ABŞ Dövlət katibi Marko Rubio görüşün məqsədinin İsrail və Livan arasında gələcək sülh müqaviləsi üçün çərçivəni müəyyən etmək olduğunu bildirmişdi. Ekspertlər qeyd edirdilər ki, bu görüş Beyrut üçün daha vacib xarakter daşıyır - Livan atəşkəsə nail olmaq üçün İsrailə ən yüksək səviyyədə qarşılıqlı əlaqə vasitəsi axtarırdı. İsrail üçün isə danışqların əsas şərti radikal Hizbullahın tam tərksilah edilməsidir - lakin rəsmi Təl-Əviv Livan hökumətinin İsrail Müdafiə Qüvvələrinin hərbi müdaxiləsi olmadan bu məqsədə çatacağına şübhə ilə yanaşır. Rəsmi Beyrut dəfələrlə Hizbullahın tərksilah edilməsinə sadiq olduğunu açıq şəkildə bildirib, çünki qrup ölkəni daim İsrail ilə hərbi münaqişələrə cəlb edir. Lakin İsrail qeyd edir ki, Livan hökuməti 2006-cı il BMT Təhlükəsizlik Şurasının qətnaməsinə baxmayaraq, qrupu cənub sərhədlərindən çəkilməyə məcbur edə bilməyib. Danışıqlarda vasitəçilik edən ABŞ Dövlət Departamenti də İsrailin Livanla deyil, Hizbullahla mübarizə apardığını vurğulayıb və buna görə də Vaşinqtondakı görüş qarşı tərəflərin deyil, ortaq bir problemin həllini tapmalı olan qonşuların görüşü adlandırılıb.
Bu, başlanğıcdır...
Marko Rubio açıqlamasında qeyd edib ki, “Bu, bir prosesdir, bir hadisə deyil. Bu, bir günlə məhdudlaşmır. Bu, vaxt aparacaq, amma biz inanırıq ki, bu səylərə dəyər və bu, gələcəyi qurmaq niyyətində olduğumuz tarixi bir görüşdür”. Onun sözlərinə görə, söhbət sadəcə atəşkəsdən getmir - müzakirə olunası predmetlər daha çoxdur. O, jurnalistlərə bildirib ki, “Söhbət Hizbullahın dünyanın bu hissəsində 20-30 illik təsirinə son qoymaqdan gedir - təkcə İsrailə vurduğu ziyana deyil, həm də Livan xalqının özünə vurduğu ziyana son qoymaqdan gedir”. Xatırladaq ki, görüşün ilk dəqiqələrində İsrailin şimalı Hizbullahın raket atəşinə tutulub.
Hər iki dövlət eyni tərəfdədir
Görüşün nəticələri ilə bağlı fikirlərini bölüşən İsrailin ABŞ-dakı səfiri Yexiel Leyterin sözlərinə görə, iki saatlıq görüşün əsas nəticəsi tərəflər arasında Livanın Hizbullahdan azad edilməsinin vacibliyi barədə razılığa gəlmək olub. “Bu gün biz tənliyin eyni tərəfində olduğumuzu aşkar etdik və bu, əldə edə biləcəyimiz ən müsbət nəticədir”.
Leyterin sözlərinə görə. “Livanı İranın nəzarətində olan Hizbullah adlı işğalçı qüvvədən azad etmək istəyimizdə birik”. O, ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqları ölkələr arasında sərhədin aydın şəkildə müəyyən edilməsi üçün uzunmüddətli bir vizyon adlandırıb. İsrailli diplomat Livan hökumətini Hizbullahın danışıqlardan çıxmaq çağırışlarına məhəl qoymamasını yüksək qiymətləndirib. Xatırladaq ki, Hizbullah bir gün əvvəl Livan hakimiyyətindən görüşü ləğv etməsini tələb etmiş və onu mənasız adlandırmışdı.
“Livan hökuməti artıq Hizbullahın onu işğal etməsinə icazə verməyəcəyini açıq şəkildə bildirib”, - Leyter əlavə edib. Qeyd edək ki, yeni görüşldə bağlı razılıq əldə edilməyib - lakin danışıqlar komandaları qeyd ediblər ki, tərəflər müzakirə olunan təklifləri paytaxtlarına çatdıracaqlar və dialoq yaxın həftələrdə Vaşinqtonda bərpa oluna bilər. İsrail səfiri bildirib ki, hazırlanan razılaşma həm təhlükəsizlik, həm də mülki məsələləri əhatə edəcək: “Sülh müqaviləsi bağlaya və İbrahim Sazişləri ölkələri ilə olan münasibətlərimizə bənzər ahən?dar münasibətlər qura bilək”.
“Livan xalqının əzablarının sonunun başlanğıcı”
Livan prezidenti Cozef Aun Vaşinqtondakı görüşü Livan xalqının və xüsusən də cənubda yaşayan vətəndaşların əzablarının sonunun başlanğıcı kimi qiymətləndirib. O, bu açıqlamanı Beyrutda İtaliya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Lusiano Portolano ilə görüşündə verib. “Yeganə həll yolu Livan ordusunu beynəlxalq səviyyədə tanınmış sərhədlərə köçürməkdir ki, bu da ona heç bir digər qüvvənin iştirakı olmadan regionun təhlükəsizliyi və sakinlərinin qorunması üçün məsul olan yeganə qüvvəyə çevrilməyə imkan verəcək”, - deyə Aun, ehtimal ki, İran və Hizbullaha istinad edərək bildirib.
Qeyd edək ki, Aun dəfələrlə İsraillə dialoqa hazır olduğunu bildirib.
Livanlılar sabitlik istəyir...
Livanın iqtisadiyyat və ticarət naziri Amer Bisat isə “Euronews”a bildirib ki, ölkə müharibələrdən bezib və onilliklər ərzində ilk birbaşa danışıqlar zamanı İsraillə sülh axtarır. Bisat bildirib ki, Livan üçün danışıqların əsas məqsədləri döyüşlərə və zorakılığa son qoymaqdır: “Livan həm ölən və yaralananların sayı, həm də insanların evlərindən kütləvi şəkildə köçməsi baxımından son dərəcə yüksək bir “qiymət” ödəyib və ödəməyə də davam edir. Mən həqiqətən inanıram ki, livanlılar sülh istəyirlər, həqiqətən inanıram ki, livanlılar rifah istəyirlər, istisnasız olaraq hər kəs sabitlik istəyir. Düşünürəm ki, hamımız müharibələrdən, qeyri-sabitlikdən, zorakılıqdan bezdiyimiz bir nöqtədəyik”.
Qeyd edək ki, Hizbullah Livan - İsrail görüşünün nəticəsindən asılı olmayaraq silahlarını yerə qoymaq niyyətində olmadığını bildirib. Bisat isə deyib ki, silahlı qrupa silahlarını yerə qoymaq üçün ictimai təzyiq göstəriləcək: “Hazırda biz heç kimin ölkə daxilində zorakılıq istəmədiyinə dair milli konsensusa ümid edirik”.
Bisat qeyd edib ki, Vaşinqtonda aparılan hazırkı danışıqlar mərhələsi yalnız başlanğıcdır: “Hazırda biz təməli qoyuruq. Uzunmüddətli perspektivdə daha geniş formata və daha uzun bir prosesə ehtiyac olacaq. Amma bu, yalnız başlanğıcdır. Və yenə də: tələbimiz, bu mərhələdəki xahişimiz düşmənçilik hərəkətlərinin dayandırılmasıdır.”
Məqsəd nəsillər boyu davam edəcək sülhdür
İsrailin Baş naziri Benyamin Netanyahu danışıqların məqsədinin Livanla “nəsillər boyu davam edəcək tarixi və davamlı sülh müqaviləsi” olduğunu bildirib. İsrail xarici işlər naziri isə deyib ki, danışıqlar aparan tərəflər “növbəti mərhələyə - sülh və Livan dövləti ilə münasibətlərin normallaşdırılmasına” keçmək üçün Hizbullahın aradan qaldırılmasında əməkdaşlığı müzakirə edəcəklər.
Xatırladaq ki, xarici media Livan danışıqları üçün ilkin şərt kimi atəşkəs elan ediləcəyini vurğulayıb. Bu danışıqlar Hizbullahın tərksilah edilməsi müqabilində İsrail qoşunlarının Livan ərazisindən çıxarılması məsələsinə yönələcək. Yeganə həll yolu Livan ordusunu beynəlxalq səviyyədə tanınmış sərhədlərə köçürmək və onu regionun və sakinlərin təhlükəsizliyinə cavabdeh olan yeganə tərəfə çevirməkdir.
Beynəlxalq aləm alqışlayır
Danışıqlardan sonra bir neçə Avropa ölkəsinin, eləcə də Avstraliyanın xarici işlər naziri Livanda atəşkəs elan edilməsinə çağıran birgə bəyanat yayıblar. Bəyanatda deyilir ki, rəsmilər “Livanın regional gərginliyin azaldılması səylərinə daxil edilməsinə” çağırış ediblər “bütün tərəfləri davamlı siyasi həll yolu tapmağa” səsləyiblər. Avstraliya, Belçika, Xorvatiya, Kipr, Danimarka, Finlandiya, Fransa, Yunanıstan, İslandiya, Lüksemburq, Malta, Niderland, Norveç, Portuqaliya, Sloveniya, İspaniya, İsveç və Birləşmiş Krallığın xarici işlər nazirləri bəyanata qoşulublar.
Bəyanatda Livandakı mövcud münaqişənin İsrail, ABŞ və İranın ötən həftə razılaşdırdığı atəşkəsi təhdid etdiyi bildirilir, eləcə də İsrail və Livan “bu fürsətdən istifadə etməyə” dəvət olunurlar.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Dünya
15 Aprel 17:34
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22
YAP xəbərləri
15 Aprel 14:11
YAP xəbərləri
15 Aprel 14:01
Dünya
15 Aprel 13:40
Sosial
15 Aprel 13:38
YAP xəbərləri
15 Aprel 13:31
Mədəniyyət
15 Aprel 12:49
Gündəm
15 Aprel 12:41
Sosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17

