Bank kartları ilə ödənişlərdə yeni qayda
16.04.2026 [10:35]
Xidmət haqqı tariflərinə limitlər qoyulacaq
Mərkəzi Bankın (MB) İdarə Heyətinin qəbul etdiyi yeni qərara əsasən, ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq olunan xidmət haqqı tariflərinin yeni həddi müəyyənləşib. Belə ki, həmin təşkilatların iştirakçıları üzrə interçeync haqlarının (xidmət haqqı tariflərinin) yuxarı həddi təyin olunub. Bu, o deməkdir ki, ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatlarda banklararası komissiyanın maksimal faizi fəaliyyət sahəsinə görə məhdudlaşdırılır və xidmət haqqı tariflərinin yeni komissiya həddi müəyyənləşir. Xüsusilə də ticarət, xidmət və s. əməliyyatlarda kartdan istifadə edən şəxslərə həmin xidməti göstərən tərəf, yəni ödəniş təşkilatları tərəfindən yeni komissiyalar tətbiq olunacaq.
Komissiya tarifləri “Drug Stores and Pharmacies” və “Grocery Stores and Supermarket” kateqoriyalarına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,25 faizi, “Petrol” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 0,75 faizi, “General” kateqoriyasına aid MCC kodlar üzrə aparılan ödənişlərdə ödəniş məbləğinin 1,5 faizi həddində nəzərdə tutulur. Yəni, aptek, market və supermarketlərdə 1,25, yanacaqdoldurma məntəqələrində 0,75, digər ümumi kateqoriyalarda 1,5 faiz komissiya tutulacaq. Qərarda nəzərdə tutulmayan digər MCC kodları üzrə isə yuxarı hədd müəyyən edilmir. Bu qərarın vətəndaşların əməkhaqqı kartları ilə bağlı əməliyyatlara, nağd və ya qeyri-nağd tranzaksiyalara aidiyyatı yoxdur.
İnterçeync nədir və komissiya necə hesablanır?
İnterçeync ödəniş kartları ilə aparılan əməliyyatlar zamanı banklar arasında tətbiq olunan komissiya növüdür. Bu komissiya birbaşa kart sahibindən deyil, əməliyyatda iştirak edən banklar arasında hesablaşma prosesində tutulur. Kartla ödəniş zamanı 3 əsas tərəf iştirak edir: kartı təqdim edən bank (emitent), ödənişi qəbul edən tərəfin bankı və ödəniş sistemi (“Visa” və ya “Mastercard”). Müştəri kart vasitəsilə ödəniş etdikdə ekvayer bank əməliyyatı icra edir və müəyyən faiz həcmində vəsaiti emitent banka ötürür. Məhz bu məbləğ interçeync komissiyası adlanır. Bu məbləğ birbaşa alıcıdan deyil, POS-terminal vasitəsilə ödənişi qəbul edən obyektin banka ödədiyi xidmət haqqından formalaşır və banklar arasında bölüşdürülür. Yəni komissiya əsasən ticarət obyektləri tərəfindən ödənilir. Nəticə etibarilə, interçeync birbaşa vətəndaşdan tutulmasa da, ticarət obyektləri bu xərcləri qiymətlərə daxil edə bildiyindən dolayı şəkildə istehlakçılara təsir göstərə bilər.
İndiyə qədər interçeync faizləri bankların daxili tarif siyasətinə uyğun dəyişirdi və daha yüksək diapazonda tətbiq olunurdu. Yeni qərarla komissiyalara yuxarı limit qoyulur. Nəticədə bu dəyişiklik sahibkarlıq subyektlərinin banklara ödədiyi xərci azaldacaq, kartla ödənişdən yayınma hallarını minimuma endirəcək, nağdsız ödənişləri daha cəlbedici edəcək, habelə tariflərin daha şəffaf olmasına şərait yaradacaq.
Nağdsız dövriyyə genişlənəcək, sahibkarların xərcləri azalacaq
Mütəxəssislərin fikrincə, interçeync haqlarının məhdudlaşdırılması rəqəmsal bank sisteminə sürətli keçid üçün mühüm amillərdən biridir, eyni zamanda, nağdsız dövriyyənin genişlənməsinə və kart ödənişlərinin daha geniş tətbiqinə müsbət təsir göstərir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vüqar Bayramov interçeync üçün yuxarı hədlərin müəyyənləşdirilməsi müsbət hal hesab edir. Qeyd olunduğuna görə, son dövrlər xüsusilə pərakəndə ticarətlə məşğul olan sahibkarlar məhz interçeync və posterminallardan istifadə haqlarının yüksək olduğunu bildirirdilər. Aparılan monitorinqlər də göstərirdi ki, bu tariflərin yüksək olması sahibkarın xərcinə, xüsusən də mikro kiçik və orta sahibkarların fəaliyyətinə təsir göstərir. Çünki pərakəndə ticarətlə məşğul olan sahibkarlar bu xərcləri praktik olaraq digər kiçik sahibkarlara transfer edirlər. Bu addım müəyyən mənada sahibkarların xərclərinin azalmasına gətirib çıxaracaq.
Bütün bunlara baxmayaraq, tariflər yüksək hesab edilə bilər. Bunu V.Bayramov da etiraf edir. Millət vəkilinin sözlərinə görə, sahibkarların əhəmiyyətli hissəsi “General” kateqoriyasına uyğun xidmətə qoşulub ki, bu kateqoriya üzrə interçeync üçün yuxarı hədd 1,5 faiz müəyyənləşib. Əksər ölkələrdə, xüsusən də Avropa İttifaqına üzv olan ölkələrdə, o cümlədən əksər region ölkələrində bu tariflər 1 faizdən aşağıdır. Ona görə də, müəyyənləşmiş hədlər sahibkarların inkişafına dəstək olsa da, xərclərinin bu istiqamətdə kəskin azalmasına gətirib çıxarmayacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Dünya
15 Aprel 17:34
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22
YAP xəbərləri
15 Aprel 14:11
YAP xəbərləri
15 Aprel 14:01
Dünya
15 Aprel 13:40
Sosial
15 Aprel 13:38
YAP xəbərləri
15 Aprel 13:31
Mədəniyyət
15 Aprel 12:49
Gündəm
15 Aprel 12:41
Sosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17

