“Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizi reallaşır
16.04.2026 [12:27]
Avrasiya İnkişaf Bankı (AİB) “Mərkəzi Asiyanın energetikası: enerji keçidi və modernləşmə” adlı hesabat hazırlayaraq regionun enerji potensialını təhlil edib, alternativ enerjiyə keçidi qiymətləndirib. Hesabatda 2030-cu ilə kimi Mərkəzi Asiyanın enerjiyə tələbatının 40 faiz artacağı və 2035-ci ildə regionun tələbatının ödənilməsi üçün 62,8 giqavat həcmində enerjiyə ehtiyac yaranacağı bildirilib. Qeyd olunub ki, müasir dünyada süni intellektin inkişafı, elektromobillərin artması, yeni data mərkəzlərin yaranması və informasiya texnologiyalarının müxtəlif sahələrinin inkişafı və bunların ictimai həyatın bütün sahələrinə sirayət etməsi dayanıqlı elektrik enerjisi tələb edir. Hazırda dünyada ənənəvi üsullarla yanaşı, alternativ enerji istehsalına da külli miqdarda sərmayə yatırılır. Bankın mütəxəssisləri qeyd ediblər ki, müasir dünyada ənənəvi enerji istehsalından daha çox alternativ və bərpaolunan enerji sahəsinə 2 dəfədən çox sərmayə yatırılıb. Lakin enerji tələbatı onun istehsalını illər keçdikcə üstələyir.
Mərkəzi Asiyadan Xəzərə
Hazırda dünyada sürətli enerji keçidi həyata keçirilir. 2024-cü ilə rekord sayda Günəş və külək enerjisi stansiyaları tikilib istifadəyə verilib. Müxtəlif ölkələrin enerji keçidi siyasətinin təhlili onu göstərir ki, dünyada bu keçidə 2 yanaşma mövcuddur. Bunlardan biri mühafizəkar yanaşmadır ki, bu da yeniliklə yanaşı, köhnə istehsalın saxlanmasını labüd edir. Lakin bu, sistemli şəkildə köhnəlib və atmosferə karbon qazının tullantısını artırır. Kömür, torf, neft və qaz kimi enerji daşıyıcıları istehsalı və nəqli baha başa gəldiyi kimi, ekologiyaya da zərər vurur. İkincisi isə texnoloji yanaşmadır. Bunun tərəfdarı olanlar tez bir zamanda tamamilə alternativ enerjiyə keçid edib karbon emissiyasını sıfra endirmək istəyənlərdir. Lakin dünyanın heç də bütün regionlarının coğrafi mövqeyi, yerləşməsi, relyefi və hava axınlarının istiqaməti və günəşli günlərinin sayı eyni deyil, tamamilə fərqlidir. Mərkəzi Asiya bu baxımdan çox əlverişli coğrafi mövqeyə malikdir ki, bu da region dövlətlərinə alternativ enerji istehsalını artırmaq, daxili tələbatı ödəmək və ixrac etmək imkanı verir. Alternativ və ənənəvi metodlarla birlikdə Mərkəzi Asiyanın 62,8 giqavat elektrik enerjisi istehsalı gücü var ki, bu da ildə 230 milyard kilovat-saat elektrik enerjisi hasilatı deməkdir. Həmin resursların Xəzərdəki “yaşıl enerji” bloklarına inteqrasiyası isə regionda nəhəng enerji mərkəzini formalaşdırır.
Dörd ölkənin məktubu
“Yaşıl enerji” resurslarının istehsalı və emalının növbəti zənciri nəql infrastrukturunun yaradılmasıdır. Bu proses də Azərbaycanın təşəbbüsü ilə irəliləməkdədir. 2022-ci ildə Rumıniyada Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Sazişin icrasını təmin etmək məqsədilə 2024-cü ilin may ayında Azərbaycan, Rumıniya, Gürcüstan və Macarıstan arasında yeni enerji əməkdaşlığı üzrə birgə müəssisənin yaradılmasına dair memorandum imzalanıb və “yaşıl enerji”nin ixracında tranzitlərin birləşdirilməsi və vahid kabelin yaradılması üçün hüquqi çərçivə formalaşıb. Birgə müəssisənin yaradılmasından sonra “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin icrasını təmin etmək üçün Rumıniyanın “Transelectrica”, Azərbaycanın “Azərenerji” ASC, Gürcüstanın “Elektrik Şəbəkəsi” və Macarıstanın “MVM” şirkəti arasında da saziş imzalanıb.
Budapeştdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında Yaşıl Enerji Dəhlizi üzrə birgə məktubun imzalanması oldu. Bu, həm də, “Yaşıl Enerji Dəhlizi Enerji Şirkəti”nin (GECO) fəaliyyətinin yeni mərhələyə daxil olmasını təmin edib. Qeyd edək ki, GECO “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi Sazişi”nin icrası məqsədilə dörd ölkənin təmsil olunduğu birgə müəssisədir.
4 qardaşın enerji həmrəyliyi
“Yaşıl enerji” həmrəyliyi halqası sonrakı dövrdə daha da genişlənib və türk dövlətləri olan Qazaxıstan və Özbəkistan dəhlizdə yer almaq niyyətlərini bəyan edib. 2024-cü il noyabrın 13-də Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri İlham Əliyev, Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevin üçtərəfli görüşü zamanı “Azərbaycan, Qazaxıstan və Özbəkistan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Sənəd Mərkəzi Asiyanın günəş və külək elektrik stansiyalarından alınan “təmiz” elektrik enerjisinin Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli perspektivlərini nəzərdə tutur. Bir müddət əvvəl Qırğızıstanın da dəhlizə qoşulmaq niyyətini bəyan etməsi ilə 4 türk dövlətinin yaşıl koalisiyası formalaşmış olur.
Sənəd Xəzər dənizində qiymətləndirilən 500 QVt-dan çox külək enerjisinin Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur. Hazırda Xəzər dənizi bərpa olunan enerji mənbələri üzrə ən böyük ehtiyatlara malikdir. Təkcə Xəzər dənizinin Azərbaycana aid hissəsində külək enerji istehsalı üçün təxminən 157 QVt güc vardır. Eləcə də Qazaxıstan sektorunda da günəş və külək stansiyaları üçün zəngin resurslar var ki, hazırda bu sahədə infrastrukturlar yaradılır. Bu ölkənin külək potensialı ildə 1 trilyon 820 milyard kilovat/saatdan çoxdur, günəş enerjisi isə 1 trilyon kilovat/saatdır. Yaxud Özbəkistanın Asiya çöllərində günəş enerjisi üçün resurslar xeyli böyükdür, külək enerjisinin potensialı 520 QVt, günəş enerjisinin potensialı isə 2 trilyon 58 milyard kVt təşkil edir. Bu isə Mərkəzi Asiya və Xəzər regionları arasında böyük bir yaşıl gücün səfərbər olunması üçün imkanları artırır.
Cənub Qaz Dəhlizinin “yaşıl tranziti”
Azərbaycan “Qara dəniz kabeli”ni həm də Cənub Qaz Dəhlizində yer alan bütün ölkələrin ortaq ailəsi kimi görür və siyasəti də bu istiqamətdə irəlilədir. Bir müddət əvvəl Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası Nazirlərinin və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarında “yaşıl enerji” vacib əməkdaşlığın ən nəhəng platforması kimi dəyərləndirilib. Bu layihə çərçivəsində “yaşıl hidrogen”lə bağlı ölkələrarası dialoqun artırılması qərara alınıb. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı daxil olmaqla 24 ölkə, 8 beynəlxalq təşkilat və 44 şirkətin təmsil olunduğu tədbirdə “yaşıl enerji” sahəsində əməkdaşlığa dair sənədlər imzalanıb.
Yeri gəlmişkən, ərəb dövlətləri də “yaşıl enerji”nin türk koalisiyasına qoşulmağı planlaşdırır. Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri artıq xeyli müddətdir ki, Mərkəzi Asiya və Azərbaycanda “yaşıl layihələr”də təmsil olunur. Bu baxımdan Qara dəniz kabeli layihəsinin gələcəkdə Yaxın Şərq regionunu da əhatə edəcəyini və Şərq-Qərb enerji dəhlizinin formalaşacağını söyləmək mümkündür. “Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində əməkdaşlıq üzrə Azərbaycan, Qazaxıstan, Özbəkistan və Səudiyyə Ərəbistanı Krallığının Energetika nazirlikləri arasında İcra Proqramı”nın imzalanması da bunu deməyə əsas verir.
Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstanın və Qırğızıstanın “yaşıl enerji” dəhlizi layihəsində birgə yer alması Mərkəzi Asiya-Xəzər bölgəsində yeni enerji arxitekturasını quracaq. Azərbaycan tranzit ölkə olaraq özünün istehsal etdiyi enerji ilə yanaşı, Mərkəzi Asiyadan daxil olan enerjini də Avropaya ötürəcək. Xəzər və Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinin nəql marşrutu isə Avropa ölkələrini nəzərdə tutur. Beləliklə, “Azərbaycan-Mərkəzi Asiya-Avropa” yaşıl enerji dəhlizi tam olaraq real bir enerji layihəsi olmalqa, regionda sabitliyin və həmrəyliyin simvoluna çevriləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23
YAP xəbərləri
15 Aprel 21:19
İdman
15 Aprel 20:45
Elanlar
15 Aprel 20:39
Siyasət
15 Aprel 20:26
Dünya
15 Aprel 20:17
Dünya
15 Aprel 19:50
Dünya
15 Aprel 19:22
YAP xəbərləri
15 Aprel 19:17
YAP xəbərləri
15 Aprel 18:58
İqtisadiyyat
15 Aprel 18:53
Dünya
15 Aprel 18:44
Elm
15 Aprel 18:25
Dünya
15 Aprel 17:34
Dünya
15 Aprel 17:12
İqtisadiyyat
15 Aprel 16:59
YAP xəbərləri
15 Aprel 16:33
YAP xəbərləri
15 Aprel 16:13
Xəbər lenti
15 Aprel 16:06
Siyasət
15 Aprel 16:06
YAP xəbərləri
15 Aprel 15:54
Dünya
15 Aprel 15:43
Dünya
15 Aprel 15:29
YAP xəbərləri
15 Aprel 15:18
Dünya
15 Aprel 14:45
Siyasət
15 Aprel 14:43
Dünya
15 Aprel 14:28
YAP xəbərləri
15 Aprel 14:22
YAP xəbərləri
15 Aprel 14:11
YAP xəbərləri
15 Aprel 14:01
Dünya
15 Aprel 13:40
Sosial
15 Aprel 13:38
YAP xəbərləri
15 Aprel 13:31
Mədəniyyət
15 Aprel 12:49
Gündəm
15 Aprel 12:41
Sosial
15 Aprel 12:18
YAP xəbərləri
15 Aprel 11:34
İqtisadiyyat
15 Aprel 11:26
İqtisadiyyat
15 Aprel 11:25
İqtisadiyyat
15 Aprel 11:25
Sosial
15 Aprel 11:24
Gündəm
15 Aprel 10:58
İqtisadiyyat
15 Aprel 10:33
Analitik
15 Aprel 10:21
Analitik
15 Aprel 10:13
Gündəm
15 Aprel 09:55
Analitik
15 Aprel 09:32
Sosial
15 Aprel 09:23
Ədəbiyyat
15 Aprel 09:17
Sosial
15 Aprel 08:51
Mədəniyyət
15 Aprel 08:33
Gündəm
15 Aprel 08:10
Dünya
14 Aprel 23:11
Dünya
14 Aprel 22:46
Dünya
14 Aprel 22:34
Dünya
14 Aprel 22:18
Dünya
14 Aprel 21:50
Xəbər lenti
14 Aprel 21:23
Dünya
14 Aprel 21:10
Dünya
14 Aprel 20:49
Xəbər lenti
14 Aprel 20:40
Dünya
14 Aprel 20:32
Dünya
14 Aprel 20:17

