İyul sammitinə hazırlıq...
24.04.2026 [09:15]
Rutte Türkiyəyə gəldi
NATO yayda Ankaraya yığılır
Hazırda dünya siyasətinin ən çox müzakirə olunan predmetlərindən biri NATO-dur. ABŞ-ın son illərdə NATO xərcləri ilə bağlı narazılıqları, eləcə də, alyansın Ukrayna və Yaxın Şərq müharibələri ilə bağlı mövqeyi birmənalı qarşılanmadı. Xüsusilə Avropa dövlətlərinin NATO ilə bağlı xərcləri ÜDM-in 5 faizi dərəcəsinə yaxınlaşdırılması ilə bağlı öhdəliyi bir sıra ölkələr arasında narazılıq yaradır. Bu məsələlərin əsas müzakirə masası isə iyul ayında Türkiyədə baş tutacaq NATO sammiti olacaq. Yeri gəlmişkən, NATO-nun Baş katibi Mark Rutte bu günlərdə Türkiyədə olub, Zirvə Görüşünə hazırlıq prosesi ilə tanış olub.
Türkiyənin müdafiə sənayesində inqilab dövrü...
NATO Baş katibi səfər çərçivəsində ASELSAN müəssisələrinə baş çəkib. Müdafiə sənayesində istehsalın sürətləndirilməsinin və innovasiyanın təşviq edilməsinin vacibliyini vurğulayan Rutte bildirib ki, “Bu, NATO üçün ən vacib prioritetlərdən biridir. Bu, həmçinin iyul ayında Ankarada keçiriləcək NATO zirvə toplantısının əsas gündəm maddələrindən biri olacaq”.
Rutte müdafiə sənayesində istehsalın əhəmiyyətini vurğulayaraq bildirib ki, “Türkiyənin bu mövzuda etdiklərindən çox şey öyrənə bilərik. Bu, təhlükəli bir dünyada yaşadığımız üçün vacibdir”. Təhlükəsizlik üçün güclü müdafiə sistemlərinə ehtiyac olduğunu bildirən Rutte deyib: “Burada etdikləriniz Türkiyənin təhlükəsizliyini təmin etməyə kömək edir, həm də Türkiyəni son dərəcə dəyərli müttəfiq kimi görən ölkələrin təhlükəsizliyində əsaslı rol oynayır. Türkiyə müdafiə sənayesində inqilab yaşayıb”.
Rutte ASELSAN-ın bu inqilabın ön sıralarında olduğuna diqqət çəkib, bu səylərin davam etdirilməsinin və istehsalın daha sürətli artırılmasının vacibliyini vurğulayıb.
Rutte görüşlər keçirdi...
Səfər çərçivəsində Rutte milli müdafiə naziri Yaşar Gülər və xarici işlər naziri Hakan Fidan ilə də görüşüb. Görüşlərdə ittifaq münasibətlərinin gücləndirilməsinə yönəlmiş mövzular müzakirə olunub - bu kontekstdə, Türkiyənin müdafiə xərclərini NATO-nun 2027-ci il üçün Haaqa hədəflərinə yaxınlaşdırması səylərindən məmnunluq ifadə olunub. Görüşdə həmçinin NATO-nun Çoxmillətli Korpus təşəbbüsləri müzakirə edilib və Rutte Türkiyənin hava məkanının təhlükəsizliyinin və hava hücumundan müdafiə sistemlərinin NATO-nun İnteqrasiya olunmuş Hava və Raket Müdafiəsi arxitekturası ilə uğurlu işbirliyini vurğulayıb. Ankarada keçiriləcək sammitə hazırlığa gəldikdə isə, sammit çərçivəsində planlaşdırılan “Müdafiə Sənayesi Forumu”nun müttəfiqlər arasında müdafiə sənayesi əməkdaşlığını daha da inkişaf etdirəcəyi bildirilib.
Hədəf müttəfiq ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirilməsidir
Rutte Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul edilib. Görüşdə XİN başçısı Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, eləcə də Prezidentin Xarici Siyasət və Təhlükəsizlik üzrə müşaviri, səfir Akif Çağatay Kılıç da iştirak edib. Prezidentin kommunikasiya idarəsinin yaydığı məlumata görə, Ərdoğan-Rutte görüşündə Ankarada keçiriləcək NATO Liderləri Zirvəsinə hazırlıqlar, alyansın gündəliyindəki mövzular, regional və qlobal məsələlər müzakirə olunub. Prezident Ərdoğan bölgədəki qeyri-sabit mühitin NATO müttəfiqləri arasında əməkdaşlığın və həmrəyliyin vacibliyini bir daha əks etdirdiyini, Ankara Zirvəsində müttəfiqlər arasında həmrəyliyi gücləndirəcək və alyansın böhranlara qarşı daimi hazırlığını dəstəkləyəcək qərarların qəbul edilməsini gözlədiklərini bildirib. Ərdoğan Türkiyənin müdafiə sənayesində, xüsusən də hava hücumundan müdafiə sistemlərində potensialın artırıldığını, bu sahədə müttəfiq ölkələrlə əməkdaşlığın daha da inkişaf etdirməyin hədəfləndiyini bildirib. Prezident Ərdoğan Transatlantik əlaqələrin qorunmasının əvəzolunmaz əhəmiyyət kəsb etdiyini, alyansın Avropa hissəsinin üzərinə daha çox məsuliyyət götürməsini gözlədiklərini bildirib. O, əlavə edib ki, Avropa İttifaqının üzvü olmayan Avropa müttəfiqlərinin İttifaqın müdafiə təşəbbüslərindən kənarlaşdırılması məqsədəuyğun olmayacaq. Ərdoğan qeyd edib ki, Türkiyə İrana hücumlarla başlayan prosesdə özünü sülh və diplomatiya tərəfindən göstərib. Həmçinin bildirib ki, Türkiyə Ukrayna-Rusiya münaqişəsinin sülh yolu ilə başa çatması üçün səylərdə iştirak edir və liderlər səviyyəsində danışıqları canlandırmaq və müzakirələrə başlamaq üçün səy göstərir.
Türkiyə-NATO əlaqələri...
Qeyd edək ki, NATO-Türkiyə münasibətləri Ankaranın 1952-ci ildə NATO üzvü olmaq üçün Koreya müharibəsinə girməsi ilə başlayıb. Sonrakı illərdə bu münasibətlər yüksələn xəttlə inkişaf edib. Ankara NATO-nun ikinci ən böyük ordusudur - 400 mindən çox aktiv xidmət əsgəri ilə ABŞ-dan sonra ikinci yerdədir. Paralel olaraq Türkiyə PUA bazarında müttəfiqlər arasında fərqlənir. Ölkədə 3500-dən çox müdafiə şirkəti fəaliyyət göstərir. Digər 29 Avropa müttəfiq ölkəsində isə bu rəqəm təxminən 2800-ə çatır. Türkiyə istehsalı olan zərbə pilotsuz uçuş aparatlarının (PUA) hərbi uğuru qlobal bazarın diqqətini cəlb edib. Müharibənin gedişatını dəyişdirmək qabiliyyəti ilə tanınan PUA sektoru ilə Türkiyə PUA bazarının təxminən 65 faizinə nəzarət edərək qlobal tanınma qazanıb. Türkiyə 2020-ci ildən 2024-cü ilə qədər müdafiə ixracında qlobal miqyasda 11-ci yeri tutub. 74 illik üzvlüyü dövründə Türkiyə strateji mövqeyi sayəsində, xüsusilə terrorizmə qarşı mübarizədə təhdid və riskləri birbaşa həll edən ilk müttəfiq olaraq NATO-ya mühüm töhfə verib. NATO büdcəsinə töhfəsinə görə isə 32 müttəfiq arasında yeddinci yerdədir və 2030-cu ilə qədər bu rəqəmin 620 milyon avroya çatacağı gözlənilir. 4 iyul 2025-ci ildən etibarən Türkiyə Müttəfiq Cavab Qüvvələri, Suda-Qəza Qüvvələri Komandanlığı rəhbərliyini öz üzərinə götürüb. Türkiyə NATO-nun cənub-şərq cinahındakı mühüm roluna əlavə olaraq, alyansın Qara dənizə, Yaxın Şərqə və Şərqi Aralıq dənizinə çıxışını asanlaşdırır ki, bu da strateji dəyər deməkdir.
İspaniya da NATO-da qalır...
Bu arada bəzi ölkələrdəki siyasi qüvvələr alyansı tərk etməklə bağlı iddialarından geri çəkilmək istəmirlər. Məsələn, bir müddət öncə İspaniyanın solçu “Podemos” partiyası ölkənin NATO-dan çıxması ilə bağlı referendum keçirilməsi təklifi ilə çıxış etmişdi. İspaniyanın Deputatlar Konqresinin üzvlərinin əksəriyyəti təklifin əleyhinə səs verib. Deputatların böyük çoxluğu alyansda qalmağın tərəfdarı olduğunu nümayiş etdirib. Xarici KİV-lərin məlumatına görə, alyansdan çıxmaq təşəbbüsünə cəmi 20 deputat “hə” deyib. Təklifin əleyhinə isə 300 millət vəkili səs verib. Səsvermə zamanı 25 siyasətçi isə bitərəf qalıb. Qeyd edək ki, səsvermənin nəticələri rəsmi Madridin NATO ilə əməkdaşlığı davam etdirmək strategiyasına sadiqliyini bir daha təsdiqləyib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50

