Tarixin daş möhürləri...
24.04.2026 [10:33]
Qərbi Azərbaycanda xalqımızın yaratdığı abidələrə münasibətdə mədəni irs soyqırımı həyata keçirilib
Tarix boyunca xalqımız çətin yol keçib, zaman-zaman ədalətsizliklərlə üzləşib. Belə haqsızlıqlardan biri də ayrı-ayrı güc mərkəzlərinin məkrli ssenariləri əsasında tarixi ərazilərimizin ermənilərə verilməsidir. Faciələrimiz yalnız torpaqlarımızın itirilməsi, sərhədlərimizin daralması ilə bitməyib. Qərbi Azərbaycanda məskunlaşan ermənilər həm də burada xalqımızın əsrlər boyunca yaratdığı abidələrə münasibətdə, sözün əsl mənasında, mədəni irs soyqırımı həyata keçiriblər.
Fəqət, abidələrin də yaddaşı var. Tarixin daş möhürləri sayılan abidələr izləri ermənilərə deyil, azərbaycanlılara doğru aparır...
Tarixi ədalətsizlik...
Hər şey ötən yüz illiyin əvvəllərində imperiya mərkəzlərinin əli ilə tarixi ədalətsizliyə yol verilməsindən, yəni Qərbi Azərbaycana ermənilərin köçürülməsindən və burada Ermənistan adlı dövlətin yaradılmasından başlayıb. Məlumdur ki, ermənilər İrəvanı “Erabuni” kimi qələmə verməklə 1968-ci ildə onun 2750 illiyini, 2018-ci ildə isə 2800 illiyini qeyd ediblər. Lakin bu, saxta tarixdir. 2018-ci ildə İrəvanın ermənilərə peşkəş edilməsinin yüz ili tamam olub.
Bəli, ilk mərhələdə İrəvan ermənilərə verilib. İmperialist güc mərkəzlərinin planlarında türk coğrafiyasının pozulması hədəf kimi qarşıya qoyulmuşdu. Beləliklə, ermənilər maraqlı dairələrin maşası rolunu icra edəcəkdilər. Onların yerləşdirilməsi və erməni dövlətinin qurulması məqsədilə tarixən azərbaycanlılar yaşamış İrəvan şəhəri və ətraf ərazilər müəyyənləşdirilmişdi. 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyəti güzəştə gedərək İrəvanın ermənilərə verilməsi planı ilə razılaşdı. Bu cinayətə bərabər bağışlanmaz bir günah idi. Çünki bundan ruhlanan ermənilər və onların havadarları xalqımızdan yeni-yeni torpaqlar qoparmaq həvəsinə düşdülər. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə digər tarixi torpağımız Zəngəzuru da Azərbaycandan ayırıb Ermənistana birləşdirdilər.
Bütövlükdə, xalqımıza qarşı tarixi ədalətsizlik bir neçə mərhələdə reallaşdırılıb. XIX əsrin əvvəllərində imzalanmış “Gülüstan” və “Türkmənçay” müqavilələrindən sonra ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi ilə azərbaycanlıların deportasiya siyasətinin əsası qoyulub. Xüsusilə də 1905-1906, 1918-1921, 1948-1953 və 1987-1991-ci illərdə xalqımıza qarşı mərhələli şəkildə deportasiya və soyqırımları həyata keçirilib.
Soydaşlarımızın sonuncu dəfə deportasiyaya məruz qaldıqları 1988-1991-ci illərdə Ermənistanda 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdı, 90-a yaxın kənddə, eləcə də böyük şəhərlərdə azərbaycanlılar əksəriyyət təşkil edirdilər. Həmin kəndlərdə və şəhərlərdə yaşayan soydaşlarımız 3 il ərzində Ermənistandan zorla çıxarılıb, soyqırımı və işgəncələrə məruz qalıblar.
Tarixi abidələr - Qərbi Azərbaycanda milli kimliyimizin nişanələri
Azərbaycan xalqı yaradıcı xalqdır. Saxta tarix yazmaqla “qədim” xalq olduqları barədə miflər uyduran ermənilərdən fərqli olaraq bizim tariximiz daş abidələrdə yazılıb. Bu, Qərbi Azərbaycanda da belədir. Keçmişdə nəşr olunan kitablarda, xəritələrdə indiki Ermənistan ərazisindəki yaşayış məntəqələrinin, çayların, göllərin, dağların adları istisnasız olaraq Azərbaycan mənşəlidir. Sonradan bu adlar məqsədli şəkildə erməniləşdirlib və onlara qondarma adlar verilib.
Qərbi Azərbaycan ərazisində xalqımız milli-dini kimliyinin nişanəsi olaraq çoxlu sayda daş abidələr yaradıblar. Bu abidələrin bir qismi xristian udi keçmişimizə aid olsa da, böyük qismi İslam dininin qəbul edilməsindən sonrakı dövrdə yaradılıb. Soydaşlarımız harada yaşamalarından asılı olmayaraq İslam dininə etiqad göstərməklə yanaşı, bu mədəniyyətin zənginləşməsinə də öz töhfələrini veriblər. Yuxarıda qeyd etdiyimiz deportasiyalardan əvvəlki mərhələlərdə indiki Ermənistan ərazisində də İslam dini ilə bağlı böyük icma mövcud olub və bu icma tərəfindən müxtəlif ünvanlarda çoxlu sayda ibadət ocaqları, məscidlər yaradılıb. Arxiv sənədlərinə əsasən 1888-ci ildə İrəvan quberniyasında 210 məscid, 1902-ci ilin məlumatına əsasən isə 310 məscid olub. 1889-cu ilədək İrəvan və İrəvan quberniyasında müsəlmanlara xidmət göstərən 49 ruhani dairəsi mövcud olub. 1891-ci ildə İrəvan şəhərində 8 məscid, 11 dairə olub, qəzalarda isə məscidlərin sayı 37-yə çatmışdı.
Xüsusilə ermənilər tərəfindən tamamilə yer üzündən silinən İrəvan qalası 60-dək bürcü ilə arxitektura baxımından Şərqin, türk dünyasının mühüm mədəniyyət mərkəzlərindən biri kimi tanınır. Qaladakı Sərdar sarayı, Sərdar məscidi, XVII əsrin nadir memarlıq abidəsi olan Göy məscid səyyahları həmişə heyran qoymuşdur. Qalada daha yeddi məscid fəaliyyət göstərib. İrəvan qalasından söz açan bir çox səyyahların işlətdikləri Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar kimi toponimlər şəhərin məhz azərbaycanlı mirasına sahiblik etdiyini təsdiqləyən önəmli göstəricidir.
900-dən çox tarix və mədəniyyət abidəsi vəhşicəsinə dağıdılıb
Ermənistanda azərbaycanlılara məxsus tarixi izlərin məqsədli şəkildə yox edilməsi dövlət səviyyəsində sistemli şəkildə həyata keçirilən bir siyasətdir. “Deportasiya” sözü yalnız soydaşlarımızın qurub-yaratdıqları evlərdən çıxarılması və köçürülməsi anlamında qəbul edilməməlidir. Tarixi ərazilərimizdən soydaşlarımızın zorla çıxarılması ilə paralel şəkildə, həm də tarixi-mədəni irsimizə qəsd edilib. İrəvandakı Dəmirbulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə digər mənşəli abidə kimi “yenidən təmir edilib”. Dağıdılmış abidələr arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi də var. Həmçinin İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.
Siyahı kifayət qədər uzundur. Bütövlükdə 300-dən artıq məscid, ocaq, ziyarətgah, 500-dən artıq qəbiristanlıq yer üzündən silinib. Ermənistanın siyasi rəhbərliyinin göstərişi ilə Zəngəzur vilayətinin Qafan, Mehri, Xot, Şinuayr, Əlidərə inzibati yaşayış məntəqələrində viran qoyulmuş 900-dən çox tarix və mədəniyyət abidəsinin xarabalıqları bu gün də qalmaqdadır.
Unutsaq, unudularıq - mədəni irs soyqırımlarının sənədləşdirilməsi
Tarixi yurd yerlərimizin, oradakı mədəni irs nümunələrinin ölməz ruhu həmişə bizləri özünə çəkir. Biz tariximizi, yurd yerlərimizi, milli-dini kimliyimizin nişanələri olan mədəni irs nümunələrimizi unutmuruq. Çünki unutsaq, unudularıq. Hazırda Prezident İlham Əliyevin tövsiyəsi ilə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irsi, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılmaqdadır. Bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma - “Qərbi Azərbaycan İrsi” tədqiqatlar seriyası nəşr edilməyə başlanılıb. “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin - qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildi seriyanın ilk nəşridir və Azərbaycan, ingilis, rus dillərində nəfis tərtibatla çap edilib. İlk nəşrin təqdimatı 24 iyun 2025-ci ildə baş tutub.
Seriyanın 5 hesabatdan ibarət olması nəzərdə tutulub. I, II, III hesabatlarda Qərbi Azərbaycanda Ermənistan dövləti tərəfindən məqsədli şəkildə dağıdılan azərbaycanlılara məxsus qəbiristanlıqlar, IV hesabatda məscidlər, V hesabatda isə pirlər və türbələr öz əksini tapacaq.
Kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan - indiki Ermənistan ərazisində mövcud olmuş, indi isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir.
Tədqiqat zamanı 1890-1991-ci illərdə Rusiya imperiyası və daha sonra Sovet İttifaqının Baş Qərargahı tərəfindən tərtib və nəşr edilən, uzun müddət məxfilik statusunda saxlanılan müxtəlif ölçülü 250-dən çox topoqrafik xəritədən, ötən əsrə və müasir dövrə aid Amerika Birləşmiş Ştatlarının kəşfiyyat peyklərinin təsvirlərindən, Rusiya, Türkiyə, Gürcüstan və Azərbaycan arxivlərində saxlanılan sənədlərdən, Almaniya, ABŞ, Rusiya kitabxanalarındakı mənbələrdən, foto-video materiallardan, Ermənistandan deportasiya edilmiş azərbaycanlıların xatirələrindən istifadə edilib.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50

