Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kosmik hava proqnozu açıqlanıb

Kosmik hava proqnozu açıqlanıb

18.05.2026 [23:22]

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan AZƏRTAC-a bildirilib ki, Günəş fəallığı nisbətən zəifləyib. Əsasən C sinifli alışmalar qeydə alınıb, ən güclü alışma isə 4445 ləkə regionunda baş verən M1.9 sinifli alışma olub. Alışmalarla əlaqədar tac kütlə atılmaları və radioemissiyalar müşahidə edilib.

Hazırda Günəş səthində 7 ləkə qrupunda 86 ləkə və tac dəlikləri qeydə alınır. Enerjisi 2 MeV-dən çox olan elektron seli orta və yüksək səviyyədə, proton seli isə fon səviyyəsində olub.

Günəş küləyinin maksimal sürəti saniyədə 823 kilometrə çatıb.

Mayın 18-24-də C sinifli alışmaların ehtimalı 90 faiz, M sinifli alışmaların ehtimalı 40 faiz, X sinifli alışmaların ehtimalı isə 5 faiz qiymətləndirilir.

Mayın 19-20-də elektron selinin orta və yüksək səviyyədə qalacağı, proton selinin isə fon səviyyəsində olacağı gözlənilir. Günəş küləyinin sürətinin normadan yüksək qalacağı bildirilir.

Paylaş:
Baxılıb: 80 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31