İki qardaşın yeni Anlaşması
21.05.2026 [09:55]
Azərbaycan və Türkiyə enerji səmərəliliyi üzrə əməkdaşlıq edəcək
Mayın 18-də “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi arasında binalarda enerji səmərəliliyi üzrə texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar. Memorandum binalarda enerji səmərəliliyinə dair qanunvericilik, “Binalarda Enerji Səmərəliliyi Tətbiqi” üzrə hesablama metodologiyası, tikinti prosesində “Enerji Səmərəliliyi Sertifikatı” mərhələləri və bu istiqamətdə təlim proqramlarının təşkili, bərpa olunan enerji mənbələrindən istifadə üzrə təcrübə mübadiləsinin aparılması, qarşılıqlı iclasların, konfransların, pilot təlimlərin, tədqiqat proqramlarının və səfərlərin təşkili üzrə əməkdaşlığı əhatə edir. Sənəd hər iki tərəfin aidiyyəti dövlət qurumlarının və təşkilatların nümayəndələrindən ibarət İşçi Qrupunun yaradılmasını nəzərdə tutur.
Beş milli prioritetdən biri
Azərbaycan və Türkiyə arasında neft-qaz, elektrik enerjisi və enerji bağlantıları sahələrində uzunmüddətli strateji enerji tərəfdaşlıq hər il genişlənməkdədir. Hazırda əməkdaşlığın yeni istiqaməti olan enerji səmərəliliyi resusrsların idarə olunmasında yeni təcrübə mübadiləsini nəzərdə tutur. Türkiyə enerjinin səmərəli idarə edilməsi sahəsində yaxşı təcrübəyə malikdir, enerjinin emalı, saxlanması, paylanması və infrastrukturların təşkili üzrə möhkəm arxitektura qurub. Bu baxımdan Azərbaycanın “Enerji Effektivliyi Fondu” qardaş ölkənin mövcud təcrübəsindən yararlanmaqla risklərə qarşı çevik idarəetmə strukturu yarada bilər.
Enerji səmərəliliyi həm də müasir dövrdə ekoloji və iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən amillərdən biridir. Həmin siyasət tədbirləri çərçivəsində müasir texnologiyalardan və innovasiyalardan, xüsusilə də “ağıllı idaretmə sistemləri”ndən geniş istifadə etməklə, evlərin və müəssisələrin enerji istehlakını azaltmaq, istehsalı artırmaq və resursların daha səmərəli istifadəsini təmin etmək mümkün olur. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində ölkəmizin beş milli prioritetindən biri kimi “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” müəyyən olunub. Bu prioritet çərçivəsində enerji səmərəliliyinin yüksəldilməsi, bərpaolunan enerji istehsalı həcmlərinin artırılması nəzərdə tutulub.
Türkiyədə tətbiq olunan “ağıllı termostatlar”, mərkəzləşdirilmiş idarəetmə və “ağıllı ev sistemləri” enerji istehlakını real vaxtda izləməyə və lazımsız istehlakı azaltmağa kömək edir. Eləcə də, günəş enerjisi panelləri sahəsində mövcud infrastrukturlar təmiz enerji istehsalına imkan verir, xərcləri azaldır və ekoloji təsiri minimuma endirir. Habelə, müasir külək turbinləri daha az sahə tutaraq daha çox enerji istehsal etməyə imkan verir. Bu baxımdan qardaş ölkələr arasında əməkdaşlıq ortamüddətli dövrün hədəflərinə çatmaqda mühüm rol oynayacaq. Birgə mübadilə, həmçinin müasir tələblərə cavab verən yeni elektrik stansiyalarının tikintisi, istifadədə olan stansiyaların modernizasiyası, energetika sistemində itkilərin azaldılması, elektrik stansiyalarının xüsusi sərfiyyatının müasir normalara çatdırılması istiqamətində də mühüm fayda verəcək.
“Yaşıl enerji” də Türkiyə quruculuğu
Qardaş ölkələrin anlaşmasında yer alan hədəflərdən biri də bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığı fəal şəkildə inkişaf etdirmək, təmiz enerji sahəsində qlobal tərəfdaşlığın formalaşmasını təmin etməkdir. Hər iki ölkənin tanınmış enerji şirkətləri arasında əldə edilmiş amlaşmalara əsasən, tərəflər “yaşıl enerji” mənbələrinin istehsalı, emalı və ötürülməsi, bu sahədə güc infrastrukturlarının qurulması, dayanıqlı potensialın şaxələndirilməsi istiqamətində layihələr icra edəcək.
Hazırda Türkiyə və Azərbaycan enerji infrastrukturlarının inteqrasiyasını başa çatdırmaq və enerji ixracını, xüsusilə Naxçıvan vasitəsilə həyata keçirmək üzərində işləyir. Naxçıvanda bərpa olunan enerjiyə əsaslanan istehsal müəssisəsinin açılması da Türkiyənin enerji bazarına qoşulmaq üçün nəzərdə tutulub. Azərbaycan və Türkiyə hökumətlərinin üzvləri gələcək perspektivləri nəzərdən keçirərək Naxçıvan-Qars tranziti üzrə Avropaya “yaşıl enerji” tədarükü ilə bağlı müştərək layihələrin inkişaf etdirilməsini qərara alıb. Bu plana uyğun olaraq, Naxçıvan üzərindən “Türkiyə-Azərbaycan Qarşılıqlı Əlaqə” layihəsinin icrası, Gürcüstan-Azərbaycan-Türkiyə-Bolqarıstan-Avropa” yaşıl dəhlizinin çəkilişi üzrə müvafiq addımların atılması razılaşdırılıb. İki qardaş ölkə arasında “yaşıl enerji” dəhlizinin yaradılması regionun və Avropanın enerji təhlükəsizliyi üçün böyük töhfə verəcək.
Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji layihələrinə də marağı böyükdür. Həmin bölgədə “yaşıl güclərin” potensialının yüksək olması nəzərə alınaraq investorların yaşıl layihələrdə təmsil olunması gözlənilir. Həmçinin, türk şirkətləri işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının inkişaf etdirilməsinə, inzibati və yaşayış binalarının avadanlıqlarla təchizatında da iştirak etmək imkanlarını artırmaq niyyətindədir.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

