Fiziklər ilk dəfə həm metala, həm də şüşəyə bənzəyən kristal yaradıblar
02.06.2026 [19:20]
Beynəlxalq tədqiqatçılar qrupu ilk dəfə molibden oksixlorid kristalının (MoOCl₂) optik xüsusiyyətlərini ətraflı şəkildə araşdırıb. Bu material gələcəkdə ultra nazik eynəklərin və “ağıllı” kontakt linzaların yaradılmasında əsas ola bilər. Tədqiqatın nəticələri “Nano Letters” jurnalında dərc olunub.
Demək olar nəzərə çarpmayan və daşına bilən cihazların hazırlanması ənənəvi linzalardan və digər iri optik komponentlərdən imtinanı zəruri edir. Buna görə alimlər işığı ayrı-ayrı atomlar səviyyəsində idarə edə bilən materiallar axtarırlar.
“XPANCEO” şirkətinin tədqiqatçıları Sinqapur Milli Universiteti və Çexiya Kimya-Texnologiya Universitetindən olan həmkarları ilə birlikdə müəyyən ediblər ki, MoOCl₂ kristalı optik qurğuların ölçüsünü kəskin şəkildə azaltmağa imkan verən qeyri-adi xüsusiyyətlərə malikdir.
Alimlər bu materialı “optik xameleon” adlandırırlar. Kristalın yerləşmə istiqamətindən asılı olaraq ya metal kimi davranaraq işığı əks etdirir, ya da şüşə kimi onu sərbəst şəkildə buraxır. Bu xüsusiyyət materialın optik anizotropiyasının, yəni xassələrinin işığın yayılma istiqamətindən asılı olmasının son dərəcə yüksək olması ilə bağlıdır.
Aparılan ölçmələr göstərib ki, bu material işıq dalğalarının istiqamətini dəyişmək qabiliyyətinə görə təbii maddələr arasında rekord xüsusiyyətə malikdir. Bundan başqa, tədqiqatçılar nadir bir effekt də müşahidə ediblər. Belə ki, yaşıl spektrin müəyyən hissəsində kristalın daxilində işıq əhəmiyyətli dərəcədə yavaşıyır, elektromaqnit sahəsi isə güclənir. Bu da işıqla maddə arasında qarşılıqlı təsirin səmərəliliyini xeyli artırır.
Tədqiqatın müəlliflərinin sözlərinə görə, bu xüsusiyyət yeni nəsil foton mikrosxemlər üçün xüsusi əhəmiyyət kəsb edir. İşıqla material arasında güclənmiş qarşılıqlı təsir məlumatların emalını sürətləndirə, eyni zamanda cihazların enerji sərfiyyatını azalda bilər.
MoOCl₂ ultra nazik polyarizatorlarda, nanofoton qurğularında, miniatür işıqötürücülərdə və foton prosessorlarda istifadə oluna bilər. Gələcəkdə bu texnologiyalar əlavə reallıq funksiyalı kontakt linzaların və insan saçından minlərlə dəfə nazik olacaq digər kompakt optik sistemlərin yaradılmasına imkan verə bilər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51

