1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub
02.06.2026 [11:01]
Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Kəlbəcər rayon 18 nömrəli tam orta məktəb üzrə YAP Ərazi Partiya Təşkilatında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, Əməkdar elm xadimi Şahlar Əsgərov, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon İcra hakimiyyətinin məsul əməkdaşları, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin məsul əməkdaşı Cəmilə Mirzəyeva, Kəlbəcər Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Şəlalə Məmmədova, məktəbin direktoru, YAP Ərazi Partiya Təşkilatının sədri Arzuman Qarayev, şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun həyat yoldaşı Gülşən Şadmanova və oğlu Aras Şadmanov, Kəlbəcər rayon 6 nömürəli Körpələr evi-uşaq baxcasının əməkdaşları, müəllimlər, valideynlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.Daha sonra Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər uşaqları bayram münasibətilə təbrik edərək onlara xoş arzularını çatdırıblar. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, səhiyyə və mədəni inkişafı istiqamətində mühüm dövlət proqramları və qərarlar qəbul olunub. Qeyd edilib ki, bu siyasət bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, uşaqların hərtərəfli inkişafı və rifahı daim diqqət mərkəzində saxlanılır.
Çıxışlarda Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyev Fondu tərəfindən uşaqların sosial problemlərinin həlli, sağlamlığının qorunması, təhsil imkanlarının genişləndirilməsi və istedadlı uşaqların üzə çıxarılması istiqamətində mühüm layihələr həyata keçirilir.
Tədbirdə həmçinin vurğulanıb ki, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və sonrakı antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu gün işğaldan azad edilmiş ərazilərdə yeni məktəblər, uşaq bağçaları və digər təhsil müəssisələri fəaliyyət göstərir, həmin bölgələrə qayıdan ailələrin övladları müasir şəraitdə təhsil alırlar.
Çıxışçılar qeyd ediblər ki, Azərbaycanın uşaqları müstəqil dövlətimizin gələcəyidir və onların xoşbəxt, savadlı və vətənpərvər vətəndaş kimi yetişməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyalar, musiqi və rəqs nömrələri təqdim olunub. Fərqlənən şagirdlər məktəb rəhbərliyi tərəfindən fəxri fərman, diplom və təşəkkürnamələrlə mükafatlandırılıblar.
Kəlbəcər Rayon Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi tərəfindən məktəbin bir qrup fəal müəlliminə göstərdikləri səmərəli fəaliyyətə görə fəxri fərmanlar təqdim olundu.Tədbir çərçivəsində məktəbin müəlliməsi Mənzər İsgəndərovanın özünün və şagirdlərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi də təşkil olunub. Sərgidə Azərbaycanın qəhrəmanlıq tarixi, vətənpərvərlik, dövlətçilik və müstəqillik mövzularına həsr olunmuş rəsm əsərləri nümayiş etdirilib.
Həmçinin şəhid polkovnik-leytenant Əkrəm Şadmanovun xatirəsi ehtiramla anılıb, onun Vətənə əmanət övladı Araz Şadmanovun riyaziyyat fənni üzrə həm Respublika, həm də Beynəlxalq yarışlarda aldığı diplom və medallar nümayiş etdirilib, Araz Şadmanov öz bilik və təçrübəsini uşaqlarla bölüşüb.
Qeyd edək ki, “Güvən” Xeyriyyə İctimai Birliyi bayram tədbirində uşaqları hədiyyələrlə sevindiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20

