Bakı Enerji Həftəsi Azərbaycanın qlobal enerji liderliyini bir daha təsdiqlədi
02.06.2026 [16:39]
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
İyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın son 30 ildə enerji sahəsində keçdiyi inkişaf yolunu, qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələri və gələcək strateji hədəflərini ətraflı şəkildə təqdim etdi. Dövlət başçısının çıxışı bir daha göstərdi ki, Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də beynəlxalq enerji təhlükəsizliyinin formalaşmasında mühüm rol oynayan etibarlı tərəfdaşdır.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycanın enerji uğurlarının əsası Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası ilə qoyulub. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə, xarici investisiyaların cəlb olunmasına və milli enerji sektorunun sürətli inkişafına geniş imkanlar açıb. Həmin dövrdə ağır siyasi və iqtisadi şəraitdə olan Azərbaycan enerji resurslarından düzgün istifadə etməklə qısa müddətdə regionun aparıcı dövlətinə çevrilə bilib.
Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac olunur və onların 10-u Avropa İttifaqının üzvüdür. Bakı-Tbilisi-Ceyhan, TANAP və TAP kimi strateji layihələr ölkəmizin təşəbbüsü ilə reallaşdırılaraq Avrasiyanın enerji xəritəsini dəyişib. Azərbaycanın həyata keçirdiyi bu layihələr təkcə iqtisadi əhəmiyyət daşımır, eyni zamanda müxtəlif dövlətlər arasında əməkdaşlığın və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
Dövlət başçısı çıxışında enerji siyasətinin yalnız karbohidrogen ehtiyatları ilə məhdudlaşmadığını da qeyd edib. Azərbaycan paralel olaraq yaşıl enerji sahəsində genişmiqyaslı layihələr həyata keçirir. Qarabağ və Şərqi Zəngəzurda formalaşdırılan yaşıl enerji zonaları, günəş və külək enerjisi layihələri ölkəmizin dayanıqlı inkişaf və enerji keçidi istiqamətində qətiyyətli addımlar atdığını nümayiş etdirir. Gələcək illərdə bərpaolunan enerji istehsalının əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır.
Prezident İlham Əliyev xüsusi olaraq vurğulayıb ki, Azərbaycanın bütün uğurlarının əsasında milli maraqlara söykənən müstəqil siyasət dayanır. Məhz bu siyasət nəticəsində ölkəmiz iqtisadi sabitliyini təmin edib, sosial rifahı yüksəldib, güclü ordu qurub və ərazi bütövlüyünü bərpa edib. Enerji sektorunda qazanılan nailiyyətlər isə Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir.
Bakı Enerji Həftəsində səsləndirilən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan qlobal enerji təhlükəsizliyinin etibarlı təminatçılarından biri kimi öz rolunu uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji strategiyası ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun və davamlı inkişafının əsas sütunlarından biri olaraq qalır.
Xəbər lenti
Hamısına baxSosial
28 İyul 08:50
Sosial
28 İyul 08:32
Dünya
28 İyul 07:56
Hadisə
28 İyul 07:50
Dünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31

