Enerji strategiyası: milli maraqlar və beynəlxalq tərəfdaşlıq
03.06.2026 [11:34]
İyunun 1-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi keçirilib. Tədbir çərçivəsində 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum” fəaliyyətə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edərək proqram xarakterli çıxış edib. Artıq uzun illərdir keçirilən Bakı Enerji Həftəsi dünyanın enerji sektorunda mühüm hadisələrdən biri hesab olunur. Hər il müxtəlif ölkələrdən dövlət rəsmilərini, enerji şirkətlərinin nümayəndələrini, investorları və ekspertləri bir araya gətirən bu platforma enerji sahəsində əməkdaşlığın genişlənməsinə və yeni təşəbbüslərin müzakirəsinə geniş imkan yaradır.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın enerji sahəsində əldə etdiyi nailiyyətlərə toxunaraq bildirib ki, ölkəmiz beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi tanınır. Dövlət başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfələri xüsusi vurğulayıb və bu istiqamətdə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Tədbirdə diqqət çəkən məqamlardan biri də bərpaolunan enerji sahəsində görülən işlər olub. Son illərdə günəş və külək enerjisi üzrə həyata keçirilən layihələr Azərbaycanın enerji siyasətində yeni mərhələnin başlanmasından xəbər verir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən yaşıl enerji layihələri ölkənin bu sahədəki inkişafını aydın şəkildə nümayiş etdirir.
“Caspian Oil and Gas” sərgisi neft-qaz sənayesində tətbiq olunan müasir texnologiyaların təqdimatı baxımından maraqla qarşılanıb. “Caspian Power” sərgisi isə təmiz enerji və enerji səmərəliliyi sahəsində yenilikləri nümayiş etdirmək üçün əlverişli imkan yaradıb. Eyni zamanda, “Baku Energy Forum” çərçivəsində keçirilən panel müzakirələrdə enerji bazarlarının gələcəyi, yaşıl keçid və beynəlxalq əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub.
Bakı Enerji Həftəsi bir daha göstərdi ki, Azərbaycan təkcə enerji resurslarına malik ölkə deyil, həm də qlobal enerji dialoqunun aparıldığı mühüm mərkəzlərdən biridir. Bu cür tədbirlər ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə, yeni tərəfdaşlıqların qurulmasına və enerji sahəsində qarşıya qoyulan strateji hədəflərin reallaşdırılmasına əlavə töhfə verir.
Azərbaycanın iştirakçısı olduğu enerji layihələri həm iqtisadi inkişafın sürətlənməsinə, həm də regionda əməkdaşlıq və sabitliyin möhkəmlənməsinə xidmət edir. Bakı Enerji Həftəsi isə bu uğurların nümayiş olunduğu və gələcək perspektivlərin müzakirə edildiyi ən mühüm beynəlxalq platformalardan biri kimi öz əhəmiyyətini qoruyub saxlayır.
Araz Xudadanov
YAP Sabunçu rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
Dünya
31 İyul 08:56
Gündəm
31 İyul 07:59
Gündəm
31 İyul 07:47
Dünya
30 İyul 23:47
Dünya
30 İyul 23:18
Dünya
30 İyul 22:55
Dünya
30 İyul 22:25
Dünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50

