Tərtər rayonunda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
11.06.2026 [15:04]
15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı, Tərtər Rayon İcra Hakimiyyəti, Qarabağ Regional Gənclər və İdman İdarəsi və Tərtər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Qurtuluşdan Zəfərə ucalan Azərbaycan!” mövzusunda tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunmuşdur.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirmişdir ki, 15 İyun Milli Qurtuluş günü xalqımızın taleyində ən çətin və ən şərəfli səhifələrdən birini təşkil edir. Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetin sədri seçilməsi ilə ölkədə qanunsuz silahlı dəstələr ləğv edildi, cəmiyyətdə qanunun aliliyi bərpa olundu, atəşkəsə nail olundu və dövlət quruculuğu prosesinə start verildi. Məhz həmin günün məntiqi nəticəsidir ki, bu gün biz qalib xalq kimi, ərazi bütövlüyü tam təmin olunmuş qüdrətli Azərbaycan dövlətində yaşayırıq.
E. Əsədov vurğulamışdır ki, Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 15 İyunda qorunan müstəqillik 2020-ci il Vətən müharibəsində və 2023-cü ildə aparılan antiterror tədbirlərində tarixi Zəfərlə taclandı. Bu gün Şuşada, Xankəndidə, Laçında üçrəngli bayrağımız dalğalanırsa, bu, Milli Qurtuluş ideyasının təntənəsidir.
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zabil Paşayev öz çıxışında Milli Qurtuluş Gününün müstəsna əhəmiyyətindən danışaraq, Ulu Öndər Heydər Əliyevin xilaskar missiyası sayəsində ölkədə siyasi sabitliyin bərpa olunduğunu və dövlət müstəqilliyinin əbədiləşdirildiyini qeyd etmişdir.
Daha sonra Qarabağ Regional Gənclər və İdman İdarəsinin Gənclərlə İş sektorunun müdiri Orxan Fəxrəddinov, Tərtər Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Tərtər Peşə Məktəbinin psixoloqu Altunə Bayramov və rayon mədəniyyət mərkəzinin kitabxanaçısı Afət Zeynalova çıxış etmişlər. Çıxışlarda vurğulanmışdır ki, 15 İyun Milli Qurtuluş Günü Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olmaqla yanaşı, müstəqil dövlətçiliyimizin möhkəm təməllər üzərində qurulmasının başlanğıcıdır. Qeyd etmişlər ki, Milli Qurtuluş Günü təkcə siyasi sabitliyin deyil, həm də iqtisadi dirçəlişin, ordu quruculuğunun, beynəlxalq nüfuzun artmasının təməlini qoydu. Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək Azərbaycanı qalib dövlətə çevirdi. 2020-ci il Vətən müharibəsində və 2023-cü ildə keçirilən antiterror tədbirlərində əldə olunan tarixi Zəfər məhz 15 İyunda xilas edilən dövlətçiliyin məntiqi nəticəsidir.
Sonda tədbir iştirakçıları Milli Qurtuluş Gününün Azərbaycan xalqının taleyində dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin gələcək nəsillər tərəfindən daim yaşadılmasının vacibliyini qeyd ediblər.
Xəbər lenti
Hamısına baxDünya
24 İyun 23:32
İqtisadiyyat
24 İyun 23:17
Dünya
24 İyun 22:40
Dünya
24 İyun 22:34
Dünya
24 İyun 22:15
Elm
24 İyun 21:54
Dünya
24 İyun 21:30
Müsahibə
24 İyun 21:19
Dünya
24 İyun 20:41
Müsahibə
24 İyun 20:35
İqtisadiyyat
24 İyun 20:13
Siyasət
24 İyun 19:50
Dünya
24 İyun 19:22
Dünya
24 İyun 19:05
Dünya
24 İyun 18:19
Dünya
24 İyun 17:54
Gündəm
24 İyun 17:52
Dünya
24 İyun 17:27
Dünya
24 İyun 16:49
Dünya
24 İyun 16:30
Siyasət
24 İyun 15:58
Siyasət
24 İyun 15:57
İqtisadiyyat
24 İyun 15:56
Elanlar
24 İyun 15:48
Sosial
24 İyun 15:24
Dünya
24 İyun 15:23
YAP xəbərləri
24 İyun 15:04
Gündəm
24 İyun 14:51
Dünya
24 İyun 14:39
İqtisadiyyat
24 İyun 14:10
Sosial
24 İyun 14:08
Dünya
24 İyun 13:51
İdman
24 İyun 13:25
İqtisadiyyat
24 İyun 13:08
Elm
24 İyun 13:07
Sosial
24 İyun 13:06
İqtisadiyyat
24 İyun 13:06
Dünya
24 İyun 12:41
Elanlar
24 İyun 12:32
Elm
24 İyun 12:27
Gündəm
24 İyun 12:27
Siyasət
24 İyun 12:26
Dünya
24 İyun 12:19
Gündəm
24 İyun 11:57
YAP xəbərləri
24 İyun 11:40
Siyasət
24 İyun 11:37
Gündəm
24 İyun 11:23
Gündəm
24 İyun 10:58
Siyasət
24 İyun 10:31
Siyasət
24 İyun 10:28
Siyasət
24 İyun 10:27
YAP xəbərləri
24 İyun 10:26
Siyasət
24 İyun 10:19
Mədəniyyət
24 İyun 09:50
Ədəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03

