Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Böyük Britaniyada rekord istilər gözlənilir

Böyük Britaniyada rekord istilər gözlənilir

23.06.2026 [23:10]

Böyük Britaniya rekord həddə çata biləcək isti hava dalğasına hazırlaşır.

AZƏRTAC xəbər verir ki, ölkənin meteorologiya xidməti olan “Met Office”in məlumatına görə, Avropanın qərbi üzərində formalaşan istilik qübbəsi səbəbindən həftənin ortalarında İngiltərə və Uelsin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyədək yüksələ bilər.

Proqnozlara əsasən, yeni isti hava dalğası iyun ayı üzrə indiyədək qeydə alınmış temperatur rekordunu bir neçə dərəcə üstələyə bilər. Temperaturun, həmçinin Böyük Britaniyada indiyədək ölçülmüş ən yüksək göstərici olan 40,3 dərəcəyə yaxınlaşacağı istisna edilmir. Bu rekord 2022-ci ilin iyul ayında qeydə alınmışdı.

Sinoptiklər güclü istilərin ən azı cümə axşamınadək davam edəcəyini bildirirlər. London, Somerset və Birmingem istiqamətlərini əhatə edən ərazilər üçün ən yüksəksəviyyəli qırmızı hava xəbərdarlığı elan olunub.

Paylaş:
Baxılıb: 142 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30