Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

BMT Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacaq

24.06.2026 [12:19]

BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (BDT) ABŞ və İran arasında hərbi münaqişə ilə əlaqədar Körfəzdə qalan 11 mindən çox dənizçinin təxliyəsinə başlayacağını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BDT-nin baş katibi Arsenio Dominguez bildirib.

Qeyd edib ki, genişmiqyaslı təxliyə əməliyyatı İran, Oman, regionun digər sahilyanı dövlətləri, ABŞ və dənizçilik sənayesi nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində həyata keçiriləcək.

Onun sözlərinə görə, əməliyyatın təhlükəsiz şəkildə icrası üçün bütün zəruri təhlükəsizlik təminatları əldə olunub və təhlükəsiz naviqasiya şəraiti hərtərəfli yoxlanılıb.

BDT-nin rəhbəri vurğulayıb ki, təxliyə tədbirləri bölgədə gərginliyin artması fonunda dənizçilərin təhlükəsizliyinin təmin edilməsinə yönəlib.

Xatırladaq ki, son günlər ABŞ və İran arasında qarşıdurmanın kəskinləşməsi Körfəzdə gəmiçilik fəaliyyətinə və dəniz nəqliyyatına dair narahatlıqları artırıb.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30