Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

Almaniyada dəmir yolu nəqliyyatının hərəkəti müvəqqəti dayandırılıb

24.06.2026 [14:39]

Almaniyada dəmir yolu rəqəmsal rabitə sistemində yaranmış nasazlıq səbəbindən qatarların hərəkəti ölkə üzrə müvəqqəti dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Almaniya Dəmir Yolları Şirkətinin (Deutsche Bahn) yaydığı məlumata görə, GSM-R rəqəmsal dəmir yolu rabitə şəbəkəsində baş vermiş nasazlıq nəticəsində ölkədə bütün qatarlar təhlükəsizlik məqsədilə stansiyalarda saxlanılıb. Şirkət problemin aradan qaldırılması istiqamətində texniki mütəxəssislərin intensiv işlədiyini bildirib.

Nasazlıq uzaqməsafəli və regional qatarlarla yanaşı, bəzi şəhərətrafı qatar xətlərinin (S-Bahn) fəaliyyətinə də təsir göstərib. Bir çox qatar marşrut üzrə hərəkətini dayandıraraq ən yaxın stansiyaya yönləndirilib. Nəticədə ölkənin müxtəlif bölgələrində ciddi gecikmələr və reyslərin ləğv olunması qeydə alınıb.

Dəmir yolu operatoru “Metronom” da hərəkətdə ciddi məhdudiyyətlər yarandığını bildirərək, sərnişinləri planlaşdırdıqları səfərləri təxirə salmağa çağırıb.

“Deutsche Bahn” sərnişinlərə səfərə başlamazdan əvvəl marşrutları şirkətin internet səhifəsində, “DB Navigator” mobil tətbiqində və ya məlumat xidmətləri vasitəsilə yoxlamağı tövsiyə edib.

GSM-R sistemi qatarlarla dispetçer mərkəzləri arasında rabitəni və dəmir yolu hərəkətinin təhlükəsiz idarə olunmasını təmin edir.

Paylaş:
Baxılıb: 92 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30