Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

Çexiya hökuməti praqmatik xarici iqtisadi siyasət yürüdəcək

24.06.2026 [16:49]

Çexiyanın Baş naziri Andrey Babiş hökumətin ölkənin xarici siyasətində praqmatik yanaşmaya üstünlük verəcəyini bəyan edib. Onun sözlərinə görə, əsas məqsəd Çexiya şirkətlərinin xarici bazarlarda mövqelərini gücləndirmək və yeni biznes imkanları yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, Babiş bu açıqlamanı Senat sədri Miloş Vıstrçil üçün Tayvana planlaşdırılan səfərlə bağlı dövlət təyyarəsinin ayrılmasını təsdiqləməməsindən sonra verib. Baş nazir hesab edir ki, xarici siyasət ilk növbədə ölkənin iqtisadi maraqlarına xidmət etməlidir.

Hökumət başçısı yaxın vaxtlarda Azərbaycan, Qazaxıstan və Özbəkistan kimi ölkələrə səfərlər etməyi planlaşdırdığını bildirib. O vurğulayıb ki, bu səfərlərin əsas məqsədi Çexiya biznesi üçün yeni tərəfdaşlıqlar və investisiya imkanları yaratmaqdır.

Paylaş:
Baxılıb: 73 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Ədalətsiz qərar

24 İyun 10:19

Analitik

Ədəbiyyat

Sosial

Xocalının cəngavəri

24 İyun 08:38  

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30