YAP Xəzər rayon təşkilatı veteran partiya üzvü Rövşən Salahovun yubileyini qeyd etdi
29.06.2026 [14:54]
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatında partiyanın veteran üzvlərindən, Xəzər Rayon Ağsaqqallar Şurasının sədri Rövşən Salahovun 77 illik yubileyi münasibətilə görüş keçirildi.
Tədbiri giriş sözü ilə açan YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov yubilyarı səmimi təbrik edərək onun keçdiyi zəngin həyat və fəaliyyət yolundan danışdı. Namiq Əhmədov qeyd etdi ki, Rövşən Salahov uzun illər ərzində həm rayonun, həm də ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, öz fəaliyyəti ilə cəmiyyət arasında böyük nüfuz qazanmışdır. Bildirildi ki, Rövşən Salahov 1994-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür və partiyanın ideyalarının təbliği, təşkilati işlərin həyata keçirilməsi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılması istiqamətində mühüm xidmətlər göstərib. YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov vurğuladı ki, Rövşən Salahov partiyanın veteran üzvü kimi rayon təşkilatının keçirdiyi ictimai-siyasi, ideoloji və maarifləndirici tədbirlərdə daim fəallıq nümayiş etdirir. Onun zəngin həyat təcrübəsi, dövlətçilik ənənələrinə sadiqliyi və gənclərlə apardığı iş nümunəvi xarakter daşıyır. Qeyd olundu ki, ağsaqqalların cəmiyyətdəki rolu milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət kəsb edir və Rövşən Salahov bu missiyanı layiqincə yerinə yetirən ziyalılardandır.
Daha sonra YAP Xəzər rayon təşkilatının əməkdaşları, Xəzər Rayon Ağsaqqallar Şurasının üzvləri yubilyarı təbrik edərək ona uzun ömür, möhkəm cansağlığı, ailə səadəti və gələcək fəaliyyətində yeni uğurlar arzuladılar.
Tədbirdə çıxış edən Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri Təvəkkül Səlimov, Xəzər Rayon Ağsaqqallar Şurasının sədr müavini Altay Mansurov və digər iştirakçılar Rövşən Salahovla bağlı xatirələrini bölüşdülər. Çıxışlarda yubilyarın yüksək insani keyfiyyətləri, dövlətə və dövlətçiliyə sədaqəti, ictimai fəaliyyətə verdiyi töhfələr xüsusi vurğulandı. Bildirildi ki, onun həyat yolu gənc nəsil üçün örnək olmaqla yanaşı, vətəndaş məsuliyyətinin və fəallığının bariz nümunəsidir.
Sonda çıxış edən Rövşən Salahov ona göstərilən diqqət və ehtirama görə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirdi. O, Yeni Azərbaycan Partiyasının sıralarında fəaliyyət göstərməkdən qürur duyduğunu qeyd edərək bundan sonra da partiyanın məqsəd və məramlarının həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı.
Tədbirin sonunda Rövşən Salahov YAP Xəzər rayon təşkilatının və rayonun ictimai-siyasi həyatında fəal iştirakına, həmçinin 77 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olundu, ona qiymətli hədiyyə təqdim edildi. Xatirə şəkilləri çəkdirildikdən sonra görüş çay süfrəsi arxasında səmimi söhbət şəraitində davam etdi.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34

