Ölkəmiz rəqəmsal gələcəyini formalaşdıran dövlətlər sırasındadır
01.07.2026 [15:39]
Məlumdur ki, bu gün dünyanın aparıcı dövlətləri süni intellekt texnologiyalarına milyardlarla dollar investisiya yatırır, iqtisadiyyatın, səhiyyənin, təhsilin, nəqliyyatın və dövlət idarəçiliyinin müxtəlif sahələrində bu texnologiyaların tətbiqini genişləndirirlər. Eyni zamanda, süni intellekt milli təhlükəsizlik konsepsiyalarının da ayrılmaz hissəsinə çevrilib. Kiberhücumların qarşısının alınması, strateji məlumatların qorunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və operativ qərarların qəbulunda süni intellekt imkanları getdikcə daha böyük əhəmiyyət qazanır. Qeyd edək ki, bu inkişaf yeni riskləri də özü ilə gətirir. Dezinformasiyanın yayılması, kibertəhlükələr, şəxsi məlumatların qorunması, etik və hüquqi məsələlər dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Buna görə də süni intellektin inkişafı ilə yanaşı, onun təhlükəsiz və məsuliyyətli tətbiqini təmin edən hüquqi və institusional mexanizmlərin formalaşdırılması da vacibdir. Ölkəmizin rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi siyasət məhz bu reallıqları nəzərə alır. Yeri gəlmişkən, Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması dövlət idarəçiliyində innovativ yanaşmaların genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellektdən səmərəli istifadənin sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm addım hesab oluna bilər.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi fikirlər müasir dünyanın əsas inkişaf istiqamətlərini əks etdirən mühüm mesaj kimi qiymətləndirilə bilər. "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" ifadəsi göstərir ki, rəqəmsal transformasiya artıq seçim deyil, dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas faktorlardan biridir. Birinci-vitse Prezident, xanım Mehriban Əliyevanın çıxışında vurğulanan məqamlar ölkəmizin qlobal texnoloji transformasiya proseslərində fəal iştirak etmək, rəqəmsal imkanlardan maksimum faydalanmaq və eyni zamanda, yeni təhlükələrə qarşı dayanıqlı müdafiə mexanizmləri formalaşdırmaq niyyətini nümayiş etdirir.
Ən əsası, müasir dövrdə süni intellekt sahəsində uğur qazanan dövlətlər yalnız texnoloji üstünlük əldə etmir, həm də iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha güclü mövqeyə sahib olurlar.
Bəhruz İsgəndərov,
YAP Göygöl rayon təşkilatı üzrə “Göygöl Şərab Zavodu” Açıq Səhimdar Cəmiyyəti ərazi partiya təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

