Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Xəzər regionunda yeni əməkdaşlıq formatı

Xəzər regionunda yeni əməkdaşlıq formatı

27.08.2026 [09:45]

Böyük Britaniyanın “Interocean Group” şirkəti “Green Line Shipping” şirkəti ilə yeni birgə müəssisə yaradıb

Böyük Britaniyanın “Interocean Group” şirkəti Bakıda fəaliyyət göstərən “Green Line Shipping” ilə yeni birgə müəssisə təsis edib. Birgə müəssisə “Interocean Group”a daxil olan “Interocean Energy Services FZCO” şirkəti ilə Bakıda fəaliyyət göstərən “Green Line Shipping LLC” arasında yaradılıb. Bu əməkdaşlıq “Interocean Group”un Azərbaycanda və daha geniş Xəzər regionunda uzunmüddətli fəaliyyətini gücləndirməyə yönəlib. Əməkdaşlıq “Interocean Group”un beynəlxalq standartları və dənizdə əməliyyatlar sahəsində təcrübəsi ilə “Green Line Shipping”in yerli bazarı və regionu yaxşı bilməsi, habelə formalaşmış icra təcrübəsini bir araya gətirəcək. Bununla da mövcud və gələcək müştərilərlə iş üçün regionda daha güclü platformanın yaradılması hədəflənir.

Tərəfdaşlıq strateji, qeyri-səhm əsaslı əməkdaşlıq və birgə müəssisə çərçivəsidir, strateji “non-equity” (bizneslər birləşmir və ya satın alınmır) xarakteri daşıyır. Tərəflər dəniz və ofşor enerji xidmətləri, gəmi idarəetməsi, dəniz sığortası və aktivlər üçün kompleks həllər sahəsində layihələri birgə qiymətləndirmək və onların həyata keçirilməsi modellərini müəyyən etmək niyyətindədir.

Dəniz hövzəsinə yeni investisiyalar

Razılaşma “Interocean Group”un mühüm dənizçilik və dənizdə enerji bazarlarında genişlənməsi strategiyasının növbəti mərhələsidir. 2007-ci ildə yaradılan “Interocean Group” beynəlxalq təcrübə, texniki imkanlar, korporativ idarəetmə, layihələrin icrası sistemləri və inteqrasiya olunmuş aktiv həlləri sahəsində ekspertizasını təqdim edir. 17 ölkədə fəaliyyət göstərən şirkət Azərbaycanın dənizçilik şirkətləri ilə əməkdaşlığa da xüsusi önəm verməkdədir. Şirkətin baş direktoru Aleks Klark bildirib ki, birgə müəssisə strateji əhəmiyyətli bir bazarda mövqelərin gücləndirilməsi baxımından mühüm əhəmiyət kəsb edir. “Bakı Xəzər bölgəsində dəniz və dəniz fəaliyyətləri üçün əsas mərkəzdir və “Green Line Shipping” uzunmüddətli tərəfdaş olaraq dəyər verdiyimiz müəssisədir və bu partnyorluq yerli bilikləri, çatdırılma fokusunu və ortaq ambisiyanı bir araya gətirəcək. Birgə müəssisə həmçinin hər iki şirkətin səmərəliliyin artırılmasına və daha dayanıqlı iş üsullarının dəstəklənməsinə yönəlmiş diqqətini əks etdirir. Birlikdə beynəlxalq standartları praktik yerli icra ilə birləşdirən və müştərilərə təhlükəsiz, səmərəli və etibarlı əməliyyatlar həyata keçirməyə kömək edən bir platforma yaradacağıq”.

Xəzərdə yeni logistika zənciri

İngilis şirkətinin partnyoru olan “Green Line Shipping” dənizçilik xidmətləri və dənizdə mühəndislik sahəsində ixtisaslaşıb və bu yaxın fəaliyyət Xəzərdə logistikanın əlaqələndirilməsi və regional müştərilərlə iş imkanlarının təmin edilməsinə mühüm töhfə vermək niyyətindədir. Şirkətin baş direktoru Renat Rzayev bildirib ki, “Interocean Group” ilə partnyorluq Azərbaycanda və daha geniş Xəzər regionunda mövcud olan dənizçilik imkanlarını gücləndirməyə yönəlmiş strategiyanın bir hissəsidir. Xəzərdə beynəlxalq standartların və dəniz təcrübəsinin tətbiq olunduğu yeni logistika zənciri qurulur. Bundan ölkə iqtisadiyyatı töhfə görəcək, eyni zamanda, dəniz nəqliyyatında uzunmüddətli daşınma platforması qurulacaq.

Xəzər dənizi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşdiyi üçün böyük strateji və logistik imkanlara malikdir. Bakı və Ələt Limanlarının modernləşdirilməsi və regionda əsas logistika qovşağına çevrilməsi müasir geoiqtisadi rəqabətin artdığı dövrdə beynəlxalq daşıyıcı şirkətlərin marağını artırır. Bakı-Tbilisi-Qars dəmir yolunun Xəzər logistikasına qoşulması, Çindən və Mərkəzi Asiyadan gələn yüklərin bu tranzit xəttinə inteqrasiya edilməsi Xəzər dənizini Avropa və Asiya ilə birləşdirən əsas halqaya çevirməkdədir. Ələlxüsus da, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə Çindən artan yüklərin Xəzər dənizi vasitəsilə Qərbə daşınması yük dövriyyəsini sürətlə artırır və dəniz nəqliyyatı sistemləri və limanlar arasında koordinasiya güclənir.

“C5-dən “C6”-a keçid dəniz donanmasının strateji rolunu artırır

Son dövrlərdə, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin güclənməsi və Məşvərət görüşündə tamhüquqlu üzv olaraq yer alması, “C5-dən “C6”-a keçidi formalaşdırması regional tranzitlərin birləşməsini də təmin edir. Azərbaycan Mərkəzi Asiyadan gələn yüklərin dünya bazarına təhlükəsiz, sürətli və rəqabətli şəkildə çatdırmaq üçün genişşaxəli infrastrukturlar qurur ki, burada Xəzərin logistika landşaftı mühüm strateji məzmun kəsb edir. Qazaxıstanın tranzit potensialını artırması, Özbəkistanın Qafqaz limanlarına çıxış axtarması, Çinlə Mərkəzi Asiya arasında əlaqələrin genişlənməsi və Avropanın alternativ enerji və logistika marşrutlarına marağının artması Azərbaycanın qarşısında yeni logistik imkanlar açır. Bu amil dənizdə donanma infrastrukturnu gücləndirməyi, yeni daşınma şirkətləri ilə əlaqələrin artırılmasını labüd edir. Belə bir şəraitdə, xarici donanmaların nüfuzlu üzvlərinin, o cümlədən Böyük Britaniyanın “Interocean Group” kimi tanınmış daşıyıcısının Xəzər regionunda uzunmüddətli fəaliyyətə başlaması logistikanının rəqabətliliyini və dənizdə əməliyyatların səmərəliliyini də artırmış olacaq.

Beləliklə, “Interocean Group” və “Green Line Shipping”in birgə əməkdaşlığı qarşılıqlı strateji əhəmiyyət daşıyan logistikanı təmin edəcək, müştərilərin maraqlarına cavab verən daşınma xidmətlərini formalaşdıracaq. Əməkdaşlıq Xəzərdə və digər dəniz və okeanlarda dənizçilik, dənizdə enerji, dəniz təminatı və inteqrasiya olunmuş aktiv həlləri sahələrində yeni imkanları araşdırmaq və həyata keçirmək üçün daha geniş imkanlar yaradacaq.

E.CƏFƏRLİ

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

YAP xəbərləri

Gündəm

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Sosial

Analitik

Əl-Kibarın sirri

26 Avqust 09:56  

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31